Məhkəmə qərarları › İş №2(010)-2637/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2637/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2637/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədəiddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mebel dəsti üçün 2026 (iki min iyirmi altı) manat ödənilməmiş hissə, 550 (beş yüz əlli) manat dəbbə,cəmi 2576 manatSafari markalı dehliz dolabı üçün 455 (dörd yüz əlli beş) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat dəbbə cəmi 571 manat, ümumilikdə 3147 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3177 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərəkbildirdi ki, cavabdeh“xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Mebel dəsti , Safari markalı dehliz dolabı almış və nəticədə 3147 (üç min yüz qırx yeddi) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3384 (üç min üç yüz səksən dörd) manat (24 ay x 141 manat +0 manat ilkin ödəniş) Mebel dəsti üçün 2576 (iki min yetmiş altı) manat olmaqla ondan, 2026 (iki min iyirmi altı) manat ödənilməmiş hissə, 550 (beş yüz əlli) manat dəbbə;xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (24 ay x 35 manat + 0 manat ilkin ödəniş) Safari markalı dehliz dolabı üçün 571 (beş yüz yetmiş bir) manat olmaqla ondan, 455 (dörd yüz əlli beş) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat dəbbə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1743 manat təşkil edir.Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, maddi imkanszlığından öhdəliklərini icra edə bilməmişdir. Belə olan halda hissəhissə ödəməklə öhdəliyini icra edə bilər. Məhkəmə proses iştirakçısınıdinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 3384 manat olan mebel dəstini ilkin ödənişsiz, hər ay 141 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 2576 manat olan Safari markalı dəhliz dolabını ilkin ödənişsız hər ay 35 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2018-ci il tarixli alğısatqı müqaviləsi üzrə 2026 manat ödənilməmiş hissə, 550 manat dəbbə pulu, xx.xx.2018ci il tarixli alqı-satqı müqaviləsi üzrə 455 manat ödənilməmiş hissə, 116 manat dəbbə pulu olmaqla – cəmi 571manat olmaqla ümumilikdə 3147 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 3384 manat olan mebel dəstini ilkin ödənişsiz hər ay141 manat ödəniş edilməsi şərti ilə 24ay müddətinə və xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsinə əsasən dəyəri 840 manat olan Safari markalı dəhliz dolabını ilkin ödənişsiz hər ay35 manat ödəniş edilməsi şərti ilə 24 ay müddətinə nisyə satılmış olsa da, həmin müqavilələrin şərtləri pozularaq, alıcı tərəfindən əsas məbləğ üzrəcəmi 2481 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən,bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə özöhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi qismən təmin edilərək, xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 2026 manat, xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 455 manatməbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cavabdehdən xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə10 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 2026manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 455manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxxxxxxxxx” MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2026manat məbləğindəəsas borc və10manat məbləğində dəbbə pulu və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 455manat məbləğindəəsas borc və 10 manat məbləğində dəbbə pulu və 30manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 2531manat məbləğində pul vəsaiti iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar