Məhkəmə qərarları › İş №2(010)-2650/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2650/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2650/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi X5 katibliyiilə, İddiaçı “xxxxxxxxxxx” X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” X2 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” X2 (bundan sonra MMC-nin) Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara adir sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Samsung markalı LED televizor, PLAYSTATİON- 4 SONY üçün 1937 (bir min doqquz yüz otuz yeddi) manat ödənilməmiş hissə, 439 (dörd yüz otuz doqquz) manat dəbbə, ümumilkdə 2376 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2406 (iki min dörd yüz altı) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X3 ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı LED televizor, PLAYSTATİON-4 SONY almış və nəticədə 2376 (iki min üç yüz yetmiş altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 3430 (üç min dörd yüz otuz)manat (24 ay x 133 manat + 238 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor, PLAYSTATİON -4 SONY üçün ümumilkdə 2376 (iki min üç yüz yetmiş altı) manat olmaqla, ondan 1937 (bir min doqquz yüz otuz yeddi) manat ödənilməmiş hissə, 439 (dörd yüz otuz doqquz) manat dəbbə pulu, (hər gün ödənilməmiş məbləğin 1% miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1493 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti itirilmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mühahisəsiz olaraq penya ödəyir. Bununla əlaqədar iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli CəmiyyətiSamsung markalı LED televizor, PLAYSTATİON -4 SONY üçün 1937 (bir min doqquz yüz otuz yeddi) manat ödənilməmiş hissə, 439 (dörd yüz otuz doqquz) manat dəbbə, cəmi 2376 manat, ümumilikdə 2376 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2406 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X3 ödənməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” X4-satqı qiyməti 3430 (üç min dörd yüz otuz)manat (24 ay x 133 manat+ 238 manat ilkin ödəniş)Samsung markalı LED televizor və PLAYSTATİON-4 SONYalmış və həmin əşyanı alınmasına görə 3430 manat pulu 24 ay ərzində, 238 manat ilkin ödəniş ödəmək şərti ilə, hər ay 133 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx xxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh“xxxxxxxxxxx” ASC-yəxx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3430 (üç min dörd yüz otuz) manat (24 ay x 133 manat+ 238 manat ilkin ödəniş) Samsung markalı LED televizor, PLAYSTATİON-4 SONY üçün 1937 (bir min doqquz yüz otuz yeddi) manat ödənilməmiş hissə, 439 (doqquz yüz otuz doqquz) manat cərimə ümumilikdə ödənilməmiş 2376 (iki min üç yüz yetmiş altı) manat borcu yaranmışdır. Mülki işin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktundan məlum olur ki, “xxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasənalqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasənəşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3430 (üç min dörd yüz otuz)manat (24 ay x 133 manat+ 238 manat ilkin ödəniş) Samsung markalı LED televizor, PLAYSTATİON-4 SONY1937 (bir min doqquz yüz otuz yeddi) manat ödənilməmiş hissə, 439 (dörd yüz otuz doqquz) manat cərimə pulu borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 1937 (bir min doqquz yüz otuz yeddi) manat məbləğində əsas borc Cavabdeh tutularaq “xxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 3430 manat məbləğində əsas borca tənasübsüz olaraq 439 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 439 manat məbləğində cərimə pulu azaldılaraq 30 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 1937 (bir min doqquz yüz otuz yeddi) manat məbləğində əsas borc və 30 manat hesablanmış dəbbə pulu, ümumilikdə 1967 manat məbləğində olan borc Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxxxx” ASC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, “xxxxxxxxxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 27 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1937 (bir min doqquz yüz otuz yeddi) manat əsas borcu, 30 (otuz) manat cərimə pulu olmaqla, ümumilikdə 1967 (bir min doqquz yüz altmış yeddi) manat məbləğində pul vəsaiti tutularaq “xxxxxxxxxxx” X8 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq “xxxxxxxxxxx” X8 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar