Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2652/2020 10.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, iddiaçı “xxxxxxxxxxx” x1 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx”x4 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TOSHİBA markalı RAS kondisioner, üçün 521 (beş yüz iyirmi bir) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə, cəmi 573 manat; Acer Aspire 3 A315-53G i3 komputer üçün 557 (beş yüz əlli yeddi) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə, cəmi 613 manat; Remington markalı fen, Gorenje markalı fen, Rowenta markalı fen ütü üçün 136 (bir yüz otuz altı) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, cəmi 150 manat; ümumilikdə 1336 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1366 (bir min üç yüz altmış altı) manat olmaqla Cavabdeh alınaraq “xxxxxxxxxxx” x2 ödənməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı “xxxxxxxxxxx” x4 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə 20.08.2018-ci il, 02.02.2019-cu il, 08.03.2019-cu il tarixli müqavilələrinə əsasən, TOSHİBA markalı RAS kondisioner, Acer Aspire 3 A315-53G i3 komputer, Remington markalı fen, Gorenje markalı fen, Rowenta markalı fen ütü almış və nəticədə 1336 (bir min üç yüz otuz altı) manat borc yaranmışdır. Cavabdeh müqaviləsinin şərtlərini pozmuş və nəticədə 20.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1116 (bir min on altı) manat (18 ay x 62 manat + 0 manat ilkin ödəniş) TOSHİBA markalı RAS kondisioner üçün 573 (beş yüz yetmiş üç) manat olmaqla ondan, 521 (beş yüz iyirmi bir) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə; 02.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1040 (bir min qırx) manat (12 ay 86 manat + 8 manat ilkin ödəniş) Acer Aspire 3 A315-53G i3 komputer üçün 613 (altı yüz on üç) manat olmaqla ondan, 557 (beş yüz əlli yeddi) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə; 08.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 204 (iki yüz dörd) manat (6 ay x 34 manat + 0 manat ilkin ödəniş) Remington markalı fen, Gorenje markalı fen, Rowenta markalı fen ütü üçün 150 (bir yüz əlli) manat olmaqla ondan, 136 (yüz otuz altı) manat ödənilməmiş hissə, 14 (on dörd) mant cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1146 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. TOSHİBA markalı RAS kondisioner, üçün 521 (beş yüz iyirmi bir) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə, cəmi 573 manat; Acer Aspire 3 A315-53G i3 komputer üçün 557 (beş yüz əlli yeddi) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə, cəmi 613 manat; Remington markalı fen, Gorenje markalı fen, Rowenta markalı fen ütü üçün 136 (bir yüz otuz altı) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, cəmi 150 manat; ümumilikdə 1336 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1366 manat olmaqla Cavabdeh alınaraq “xxxxxxxxxxx” x2 ödənməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı “xxxxxxxxxxx” x1 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək”hüququ cavabdehə müvafiq qaydada izah olunmuşdur. Lakin, Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir etiraz göndərilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.08.2018-ci tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”,Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh oğlu TOSHİBA RAS markalı kondisioner üçün ilkin ödəniş 0 manat, hər ay 62 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 02.02.2019-cu tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh oğlu Acer Aspire 3 A315-53G i3 komputer üçün ilkin ödəniş 8 manat, hər ay 86 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 08.03.2019-cu tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh oğlu Remington markalı fen, Gorenje markalı fen, Rowenta markalı fen ütü üçün ilkin ödəniş 0 manat, hər ay 34 manat ödəmək şərti ilə 6 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş 22 may 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 20.08.2018-ci il tarixə Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh “xxxxxxxxxxx”MMC-yə 521 (beş yüz iyirmi bir) manat məbləğində ödənilməmiş əsas borc, 52 (əlli iki) manat məbləğində cərimə, ümumilikdə ödənilməmiş məbləğ 573 (beş yüz yetmiş üç) manat borcu vardır. 02.02.2019cu il tarixə Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh “xxxxxxxxxxx” MMC-yə 557 (beş yüz əlli yeddi) manat məbləğində ödənilməmiş əsas borc, 56 (əlli altı) manat məbləğində cərimə, ümumilikdə ödənilməmiş məbləğ 613 (altı yüz on üç) manat borcu vardır. 08.03.2019-cu il tarixə Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh “xxxxxxxxxxx” MMC-yə 136 (bir yüz otuz altı) manat məbləğində ödənilməmiş əsas borc, 14 (on dörd) manat məbləğində cərimə, ümumilikdə ödənilməmiş məbləğ 150 (bir yüz əlli) manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 01.05.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, 20.08.2018-ci il, 02.02.2019-cu il, 08.03.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqavilələrinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh TOSHİBA markalı RAS kondisioner üçün ilkin ödəniş 0 manat, hər ay 62 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmış, alıcı Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və onun satıcıya ödənilməmiş cəmi 573 manat, Acer Aspire 3 A315-53G i3 markalı kompüter üçün ilkin ödəniş 8 manat, hər ay 86 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmış, alıcı Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və onun satıcıyaödənilməmiş cəmi 613 manat, Remington markalı fen, Gorenje markalı fen, Rowenta markalı fen ütü üçün ilkin ödəniş o manat, hər ay 34 manat ödəmək şərti ilə 6 ay müddətinə nisyə satılmış olsa da, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və onun satıcıya ödənilməmiş cəmi 150 manat, ümumilkdə isə cavabdehin 1336 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 1214 manat ödənilməmiş əsas borc, 122 manat cərimə, ümumilikdə 1336 manat məbləğində borc “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1214 manat ödənilməmiş əsas borc, 122 manat cərimə, ümumilikdə 1336 (bir min üç yüz otuz altı) manat məbləğində pul vəsaiti iddiaçı “xxxxxxxxxxx” x3 xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq “xxxxxxxxxxx” x5 ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2652/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2652/2020
10.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver