Məhkəmə qərarları › İş №2(010)-2653/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2653/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2653/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, Məhkəmə iclasının katibi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı* və İddiaçı2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə qarşı “alqı-satqı müqaviləsinin və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı* və İddiaçı2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə qarşı “alqı-satqı müqaviləsinin və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin verilmiş 2(*02)-*936/2023 saylı qətnaməsi əsasında verilmiş 2(*02)- *936/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 9-cu döngə ünvanında 0.06 ha torpaq sahəsində yerləşən, 2 ədəd * mərtəbəli, 7 otaqlı, *00.4 kv.m yaşayış, 75.4 kv.m köməkçi sahədən ibarət *9 saylı fərdi yaşayış evin Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurunun sifarişi əsasında "xxxx" MMC tərəfindən *3.03.2024-cü il tarixdə keçirilmiş açıq hərracdan satılması barədə alqı-satqı müqaviləsinin və *3.03.2024-cü il tarixli hərrac protokolunun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. və 259.0.6-cı maddələrinin tələbinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materiallarına əlavə edilmiş *430488007 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı4 tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin **4.* və **4.*.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (m. **4.2). Təsvir olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı* və İddiaçı2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə qarşı “alqı-satqı müqaviləsinin və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, əlavə olunmuş sənədlərlə və ödənilmiş dövlət rüsumu ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı* və İddiaçı2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə qarşı “alqı-satqı müqaviləsinin və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödəniş sistemində *430488007 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş *00 manat dövlət rüsumu tam olaraq bu ödənişi həyata keçirən İddiaçı4 büdcədən geri qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar