Məhkəmə qərarları › İş №2(102)-4985/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4985/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4985/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusuna və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya instansiyasında icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Raf iq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil1 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(103)2760/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)2929/2020 nömrəli qətnaməsi ilə (hakim L.O.Talıbova) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusuna və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İd arəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(103)-2760/2021 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və A.N.İmanovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-2929/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2020ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (dövlət qeydiyyatı) ləğv edilmiş, mənzilin dəyəri olaraq ödənilmiş 150000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq Cavabdeh1 qaytarılması qət edilmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(103)-2760/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli iclasında cavabdehin (kassatorun) etibarnamə əsasında səlahiyyətli nümayəndəsi, Vəkil1 “Elektron məhkəməsi” Sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək, tərəflər arasında məhkəmədən kənar qarşılıqlı razılığa gəlindiyini və barışıq sazişi bağlandığını, bu səbəbdən kassasiya şikayətindən imtina etdiyini göstərmiş və həmin imtinanın qəbul edilməsini, kas sasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3-cü maddəsinə əsasən kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayətindən imtina etdiyindən, kassasiya şik ayətindən imtina səlahiyyətli şəxs tərəfindən imzalanmaqla yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və kassasiya instansiyasında icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(103)2760/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar