Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-267/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, X2nun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 borclu Cavabdeh qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1975-ci ildə Şamaxı rayonunda doğulmuş və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Yat-3 ünvanında pasport qeydiyyatında olan borclu Cavabdeh xx xxxxx 2018-ci il tarixli müqavilə üzrə 8784 (səkkiz min yeddi yüz səksən dörd) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 8804 (səkkiz min altı yüz altmış səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3878/2020 nömrəli məhkəmə əmri çıxarılaraq ərizə təmin edilmişdir. Borclu Cavabdeh ümumi iddia icraatına keçidlə bağlı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsi və ümumi qaydalara uyğun olaraq iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(010)-3878/2020 nömrəli məhkəmə əmrinin ləğv edilməsinə və iddia icraatına keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 2(010)-3878/2020 nömrəli qərardad qəbul edərək məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 ilə iş üzrə borclu Cavabdehnın arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən borclu Cavabdeh kreditordan 1 ədəd dəyəri 2399 manat olan LG TV 55UJ634V markalı televizor, hər birinin dəyəri 2800 manat olan 2 ədəd A/C Mitsubishi SRK63ZSPR-S markalı kondisioner və 1 ədəd dəyəri 659 manat olan Bosh MFW68660 markalı ət çəkən maşın, 1 ədəd dəyəri 699 manat olan Braun 3022 ütü, 1 ədəd dəyəri 328 manat olan Bosh MUM4427 mətbəx robotu, 1 ədəd 299 Polaris PGS1611VA buxar ütüsü əldə edib. Borclu əmlakların cəmi dəyəri olan 99xx xxxxxxxx 1200 manat ilkin ödəniş etdikdən sonra qalıq 8784 manatı hər ay 732 manat olmaqla 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. Lakin borclu müqavilə üzrə borcunu ödəməkdən imtina edib. Bu barədə borluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. Odur ki, borcludan xx xxxxx 2018-ci il tarixli tarixli müqavilə üzrə dəyəri 8784 (səkkiz min yeddi yüz səksən dörd) manat əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 8804 (səkkiz min səkkiz yüz dörd) manat məbləğində pul vəsaitinin alınaraq X1na ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. X2 xx.xx.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciə edərək, işə iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, müvəkkilinin dediklərinə əsasən o, bir alqı-satqı müqaviləsi üzrə mallar almış, lakin ondan iki müqavilə üzrə şişirdilmiş məbləğlərin ödənilməsi tələb edilir. Bu baxımdan da borc məbləği ilə razı deyillər. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin təşəbbüsü ilə cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclas zalında iş materialları ilə tanış olduqdan sonra mülki iş materiallarında olan bir müqavilə üzrə borcun tələb olunmasını müəyyən etmişdir. Məhkəmə iclasında Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq mülki iş üzrə fikri öyrənilərkən o, müqavilədə qeyd edilən əşyaların hər birini təhvil aldığını və müqavilədəki imzanın ona məxsus olmasını bildirmiş, iki müqavilə üzrə ondan pulun tələb edildiyini bildirsə də, mülki iş üzrə iki müqavilənin olmasını təsdiq edəcək heç bir sübutunun olmadığını qeyd etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 ilə iş üzrə borclu Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən borclu Cavabdeh kreditordan 1 ədəd dəyəri 2399 manat olan LG TV 55UJ634V markalı televizor, hər birinin dəyəri 2800 manat olan 2 ədəd A/C Mitsubishi SRK63ZSPR-S markalı kondisioner və 1 ədəd dəyəri 659 manat olan Bosh MFW68660 markalı ət çəkən maşın, 1 ədəd dəyəri 699 manat olan Braun 3022 ütü, 1 ədəd dəyəri 328 manat olan Bosh MUM4427 mətbəx robotu, 1 ədəd 299 Polaris PGS1611VA buxar ütüsü əldə etmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən Alıcı əmlakların cəmi dəyəri olan 99xx xxxxxxxx 1200 manat ilkin ödəniş etdikdən sonra qalıq 8784 manatı hər ay 732 manat olmaqla 12 ay müddətinə Satıcıya ödəyir. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxx 2018-ci il tarixli müqaviləyə əsasən X4 8784 manat borcu var. xx xxxxxx 2020-ci il 537/20 №-li pretenziyadan görünür ki, cavabdehə 5 gün müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, X5 tərəfindən məhkəməyə ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə müqavilədə sadalan əşyaları təhvil alması, həmin müqaviləni öz imzası ilə təsdiq etməsi və müqavilənin həqiqiliyinin göstəricisi kimi ilkin ödəniş etməsi iş materialları və cavabdehin özünün izahatı ilə təsdiqini tapdığından və qeyd olunan faktları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının irəli sürdüyü, cavabdehdən 8784 manat əsas borcun tutulması barədə tələblər əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı iş üzrə” xx xxxx 2007-ci il tarixli qərarında X9 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iclasında müəyyən edildi ki, X2 Cavabdeh qarşı məhkəmə əmri çıxarılması barədə məhkəməyə müraciət etdiklərindən 20 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 8784 manat məbləğində pul ödənilməlidir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh X2nun xeyrinə tutulmalı və Cavabdeh dövlət nəfinə 10 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxx 2018-ci il tarixli müqavilə üzrə 8784 (səkkiz min yeddi yüz səksən dörd) manat məbləğində pul tutularaq X2na ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul Cavabdeh X2nun xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 10 (on) manat dövlət rüsumu tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-267/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-267/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver