Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2685/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “nağd pul krediti müqaviləsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 131550-1-14627 saylı Nağd pul krediti müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 03 saylı xx.xx.2016-cı il tarixli Razılaşmaya əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 13005.73 manat əsas borc, 2033.25 manat faiz borcu, ümumilkidə15038.98 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 131550-CNS-15365 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh şəxsi məqsəd ilə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 11500 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra Cavabdeh banka ərizə ilə müraciət edərək, xx.xx.2015-ci il tarixli 131550-CNS-15365 saylı kredit müqaviləsi üzrə kredit müddətinin uzadılmasını xahiş etmiş və Bankla Cavabdeh arasında illik 22 faiz hesablanması şərti ilə 60 ay müddətinə 11271,35 ABŞ dolları məbləğində kreditin müəyyən olunması barədə xx.xx.2015-ci il tarixli 131550-1-14627 saylı “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Bundan sonra Bank ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 131550-1-14627 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşma bağlanmış və Cavabdeh xx.xx.2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdıraraq Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 11488 AZN məbləğində müəyyən olunmuş kredit borcunu illik 27 faiz hesablanması şərti ilə 60 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Bu arada Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 131550-1-14627 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2016-cı il tarixinə mövcud olan borcu 12196,12 AZN məbləğində müəyyən olunmaqla illik 27 faiz hesablanması şərti ilə 60 ay müddətinə kapitallaşdırılmışdır. Bank ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 131550-1-14627 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 03 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2016-cı il tarixinə mövcud olan borcu 13995,32 AZN məbləğində müəyyən olunmaqla illik 27 faiz hesablanması şərti ilə 53 ay müddətinə kapitallaşdırılmışdır. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2017-ci il tarixindən icra etməmiş və nəticəsində cavabdehin Banka 13005.73 manat əsas borc, 2033.25 manat faiz borcu, ümumilkidə 15038.98 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, Banka yazılı və şifahi şəkildə müraciət edərək bildirib ki, kredit ödənişlərini ayda 200 manat olmaqla ödəsin. Lakin bank onunla razılığa gəlməmişdir. O borcu birdəfəyə ödəmək iqtidarında deyil. O borcu yalnız hissə-hissə ödəyə bilər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 131550-CNS-15365 saylı nağd pul kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 22 % hesablanmaqla 11500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 131550-1-14627 saylı nağd pul kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik 22 % hesablanmaqla 11271,35 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh 11488,00 AZN məbləğində borcu kapitallaşdırılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən Cavabdeh 12196,12 AZN məbləğində borcu kapitallaşdırılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 3 saylı Razılaşmaya əsasən Cavabdeh 13995,32 AZN məbləğində borcu kapitallaşdırılmışdır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2016-cı il tarixli 131550-1-14627\3 saylı "Nağd pul krediti müqaviləsi" üzrə xx.xx.2020-ci il tarixinə 13005.73 manat əsas borc, 2033.25 manat faiz borcu, ümumilkidə 15038.98 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyalardan görünür ki, İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, AB massivi A\yataqxana 25, ev 80 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş xx.xx.2020-ci tarixli 9\3863 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 3 saylı razılaşma müqaviləsinin qeyd olunan şərtləri əsas götürməklə Cavabdeh İddiaçı” ASC-yə iddia tələbinin tarixinə yəni xx.xx.2020-ci ilə olan əsas borc üzrə 13.005,73 ABŞ dolları, faiz borcu üzrə 2.033,25 ABŞ dolları olmaqla ümumilikdə 15.038,98 ABŞ dolları məbləğində təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 131550-CNS-15365 saylı nağd pul kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə 36 ay müddətinə illik 22 % hesablanmaqla 11500 ABŞ dolları kredit verilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixli 131550-1-14627 saylı nağd pul kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik 22 % hesablanmaqla 11271,35 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehin ərizəsinə əsasən xx.xx.2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən cavabdehin 11488,00 AZN məbləğində, xx.xx.2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən 12196,12 AZN məbləğində və xx.xx.2016-cı il tarixli 3 saylı Razılaşmaya əsasən 13995,32 AZN məbləğində borcu kapitallaşdırılmışdır. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh İddiaçı ASC-yə 131550-1-14627 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən 13005.73 manat əsas borc, 2033.25 manat faiz borcu, ümumilkidə 15038.98 manat borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, Cavabdeh 131550-1-14627 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən 13005.73 manat əsas borc, 2033.25 manat faiz borcu, ümumilkidə 15038.98 manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 131550-1-14627 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən 13005.73 manat əsas borc, 2033.25 manat faiz borcu, ümumilkidə 15038.98 (on beş min otuz səkkiz manat, doxsan səkkiz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2685/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2685/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver