Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-27/2020 18.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X4 katibliyi, iddiaçı “YeloBank” X5 nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “YeloBank” X5 Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nikoil” İKB ASC-ti Cavabdeh qarşı borcun tutulması tələbi barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11342,49 ABŞ dolları əsas borc, 4195,89 ABŞ dolları faiz borcu və 2318,36 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 17856,74 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməiclasında bir neçə dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək son nəticədə Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədək hesablanmış 11342,49 ABŞ dolları əsas, 5755,36 ABŞ dolları faiz və 4432,07 ABŞ dolları cərimə,cəmi 21529,92 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı X1 X6 adı “YeloBank” X7 dəyişdirilmişdir. Məhkəmə iclasında iddiaçı“YeloBank” X5 nümayəndəsi X8 iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki,Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 18%-lə 36 ay müddətinə 15290 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənn şərtləri pozmuş, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2017-ci il dekabrın 14-dək Cavabdeh banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11342.49 ABŞ dolları əsas borc, 4195,89 ABş dolları faiz borcu və 2318,36 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 17856,74 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirr. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsinivə işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X2 X9 – “Bank”, Cavabdeh – “Borcalan” olmaqla bağlanmış həmin müqaviləyə əsasən “borcalan” Cavabdeh illik 18%-lə 36 ay müddətinə 15290 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.2.14-cü bəndinə əsasən, gecikdirilmiş borc yaranan halda - hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180 %-i həcmində dəbbə pulu hesablanır. Həmin müqavilənin 2.2.5-ci bəndinə görə borcalan həmin müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən, Borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.2.14-cü bəndində nəzərdə tutulmuş miqdarda Banka dəbbə pulu ödəməlidir. İş materiallarından görünür ki, Cavabdeh Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh imza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi xx.xx.2017-ci il müəyyən olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 11342,49 ABŞ dolları əsas borc, 3755,36 ABŞ dolları faiz və 4432,07ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 21529,92 ABŞ dolları borcu vardır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-1038/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 15913 saylı xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 22-A-1-0-1140-14 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddəti bitən tarixə iddiaçı Nikoil” İKB ASC-nə olan əsas borcu11.389.90 ABŞ dolları, faiz borcu isə 3.536.56 ABŞ dolları təşkil edir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-27/2020 saylı qərardadından görünür ki, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 5571 saylı rəyindən görünür ki, tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli 22-A-1-0-1140-14 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh müqavilə müddəti bitən tarixə iddiaçı Nikoil” İKB ASC-nə olan əsas borcu 11.389.90 ABŞ dolları, faiz borcu isə 5746,20 ABŞ dolları təşkil edir. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, borcalan Cavabdeh xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi ilə götürdüyü öhdəliyipozmuş, onları lazımınca icra etməmiş və İddiaçı X1 ASC-yə ödənilməli olan əsas borcu vəəsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmişmüddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, borcalan Cavabdehborcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Bununla belə işin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədək hesablanmış banka 11342,49 ABŞ dolları əsas, 5755,36 ABŞ dolları faiz və 4432,07 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 21529,92 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasına dair tələb irəli sürmüşdür. İş üzrə keçirilmiş ekspertiza zamanı verilmiş rəydə isə Cavabdeh banka xx.xx.2018cı il tarixinə, yəni müqavilə müddəti bitən tarixə 11.389,90 ABŞ dolları əsas, 5746,20 ABŞ dolları faiz borcunun olması müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh kredit müqaviləsi üzrə borcun məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas borc iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Faiz borcuna gəldikdə isə iddiaçınnı tələb etdiyi 5755,36 ABŞ dolları məbləğində faiz borcu qismən, yəni iş üzrə verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyinə uyğun olaraq, 5746,20 ABŞ dolları məbləğində müəyyən edilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın "4432,07ABŞ dollarıməbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh cəmi 20 (iyirmi) ABŞ dollarıməbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası MM-nin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx xxxx 2020-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddianın qismən təmin edildiyinə görə həmin ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Eləcə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11342,49 ABŞ dolları məbləğində əsas, 5746,20 ABŞ dolları məbləğində faiz və 20 ABŞ dolları məbləğində cərimə olmaqla 17108,69 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) və 30 manat məbləğində dövlət rüsumu iddiaçı “YeloBank” X5 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesaba keçirilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-27/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-27/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver