Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-270/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35000 manat vurulmuş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında 6 il müddətində dayə işləmişdir. O, 29 yanvar 2019-cu il tarixdən başlayaraq həmin ilin mart ayının əvvəllərinə qədər olan müddət ərzinda dolabda olan iki ədəd xırda çantalardan bir ədəd sarı qızıldan 583 əyarlı üzəri brilyant qaşlarla bəzədilmiş 25qram çəkidə olan 4150 manat dəyərində saat, bir ədəd sarı qızıldan 750 əyarlı 15 qram çəkidə üzərində antikvar fiqurlar olan 2200 manat dəyərinda üzük, bir ədəd sarı qızıldan 750 əyarli 12 qram çəkidə üzərində antikvar fiqurlar olan 2000 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 6 qram çəkidə üzərində antikvar fiqurlar olan 1300 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 12 qram çəkidə üzərində antikvar fiqurlar olan 1800 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 9 qram çəkidə üzərində antikvar fiqurlar olan 1500 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 585 əyarlı 7 qram çəkidə üzərində antikvar fiqurlar olan 1000 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 585 əyarlı 9 qram çəkidə üzərində antikvar fiqurlar olan 700 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 585 əyarlı 6 qram çəkidə üzərində antikvar fiqurlar olan 500 manat dəyərində üzük, bir ədəd sarıqızıldan 585 əyarlı 20 qram çəkidə üzərində anlikvar fiqurlar olan 1700 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 585 əyarlı 16 qram çəkidə üzərində antikvar fiqurlar olan 1500 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 585 əyarlı qram 4 çəkidə olan 150 manat dəyərində uşaq qolbağı, bir ədəd sarı qızıldan 585 əyarlı 3 qram çəkidə 50 manat dəyərində uşaq qolbağı, bir ədəd sarı qızıldan 585 əyarlı 5 qram çəkidə 800 manat dəyərində onluq, bir ədəd sarı qızıldan 585 əyarlı 3 qram çəkidə 400 manat dəyərində beşlik, bir ədəd sarı qızıldan 585 əyarlı 12 qram çəkidə 1500 manat dəyərində qolbaq, bir ədəd Sibir qızıldan 750 əyarlı 12 qram çəkidə 7000 manat dəyərində qolbaq, 10 ədəd sarı qızıldan 585 əyarlı bir ədədinin çəkisi 10 qram olan hər birinin dəyəri 1000 manat, ümumilikdə 10.000 manat dəyərində olan qolbaqlar, bir ədəd sarı qızıldan 585 əyarlı 5 qram çəkidə 500 manat dəyərində kişi üzüyü, bir ədəd sarı qızıldan 585 əyarlı 1,10 qram çəkidə 200 manat dəyərində sırğa və bir ədəd sarı qızıkdan 585 əyarlı 4,96 qram çəkidə 150 manat dəyərində sırğanı oğurlamış və ümumilikdə ona 40.000 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh barəsində aparılan cinayət işi çərçivəsində o, 5000 manat pulunu qaytarmış, qalah 35 000 manat vurulmuş ziyanı isə hazıra kimi ödəməkdən imtina edir. Cavabdehin həmin əməlin tərədilməsində təqsiri məhkəmənin hökmü ilə təsdiq edildiyinə görə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, öz izahatında göstərdi ki, iddiaçının mənzilindən 40.000 manat dəyərində qızıl-zinət əşyalarının olmasını təsdiq edən heç bir sübut olmadığı halda ona əsassız olaraq bu məbləğdə qızıl-zinət əşyalarının oğurlanması barədə ittiham verilmişdir. O, cəmi dəyəri 5000 manat təşkil edən iddiaçıya məxsus əşyalarını oğurlamış və onun dəyərini barəsində aparılan cinayət işinin istintaqı zamanı tam olaraq iddiaçıya ödəmişdir. Belə olan halda barəsində irəli sürülmüş iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi qismində izahat verən onun vəkili X4 iddia tələbini qəbul etmədiyini bildirərək, cavabdehin izahatına uyğun verərək göstərdi ki, törədilmiş əməllə əlaqədar cavabdehin barəsində aparılan cinayət işi zamanı oğurlanmış əşyaların dəyərinin müəyyən edilməsi üçün hər hansı araşdırma aparılmamış və ittihamda əks olunmuş əşyaların dəyəri yalnız iş üzrə zərərçəkmiş, hazırki iş üzrə iddiaçınındeməsinə görə qeyd edilmişdir. Bu isə iddiaçının tələbinin şişirdilmiş olduğuna dəlalət edir. Bunlara əsasən iddia tələbi əsassız olduğuna görə rədd olunmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş Bakı şəhər Nizami Rayon Məhkəməsinin 01 yanvar 2019-cu il tarixli 1(010)-275/2019 saylı hökmü ilə müəyyən olunur ki, X2 təqsirli bilinmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 yanvar 2019-cu il tarixindən başlayaraq həmin ilin mart ayının əvəllərinə qədər olan müddət ərzində dayə kimi işlədiyi İddiaçı məxsus ünvan 2 ünvanında dolabda olan iki ədəd xırda çantalardan bir ədəd sarı qızıldan 583 əyarlı üzəri brilyant qaşlarla bəzədilmiş 25 qram çəkidə 4150 manat dəyərində saat, bir ədəd sarı qızıldan 750 əyarlı 15 qram çəkidə üzərində antikvar fiqurlar olan 2200 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 12 qram çəkidə üzərində antikvar fiqurlar olan 2000 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 6 qram çəkidə üzərində antikvar fiqurlar olan 1300 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 12 qram çəkidə üzərində antikvar fiqurlar olan 1800 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 750 əyarlı 9 qram çəkidə üzərində antikvar fiqurlar olan 1500 mant dəyərində üzük, bir ədəd sarı qızıldan olan 585 əyarlı 7 qram çəkidə üzərində antikvar fiqurlar olan 1000 manat dəyərində üzük, bir ədəd sarı qızıldan olan 585 əyarlı 9 qram çəkidə üzərində antikvar fiqurlar olan 700 manat dəyərində üzük, bir ədəd sarı qızıldan 585 əyarlı 6 qram çəkidə üzərində antikvar fiqurlar olan 500 manat dəyərində üzük, bir ədəd 585 əyarlı 20 qram çəkidə üzərində antikvar fiqurlar olan 1700 manat dəyərində üzük, bir ədəd sarı qızıldan olan 585 əyarlı 16 qram çəkidə üzərində antikvar fiqular olan 1500 manat dəyərində olan üzük, bir ədəd sarı qızıldan 585 əyarlı 4 qram çəkidə 150 mamnat dəyərində uşaq qolbağı, bir ədəd sarı qızıldan 585 əyarlı 3 qram çəkidə 150 manat dəyərində uşaq qolbağı, bir ədəd sarı qızıldan 585 əyarlı 5 qram çəkidə 800 manat dəyərində onluq, bir ədəd sarı qızıldan 585 əyarlı 5 qram çəkidə 800 manat dəyərində onluq, bir ədəd sarı qızıldan 585 əyarlı 3 qram çəkidə 400 manat dəyərində beşlik, bir ədəd sarı qızıldan 585 əyarlı 12 qram çəkidə 1500 manat dəyərində qolbaq, bir ədəd Sibir qızılından 750 əyarlı 12 qram çəkidə 7000 manat dəyərində qolbaq, 10 ədəd sarı qızıldan 585 əyarlı bir ədədinin çəkisi 10 qram olan hər birinin dəyəri 1000 manat, ümumilikdə 10000 manat dəyərində olan qolbaqlar, bir ədəd sarı qızıldan 585 əyarlı 5 qram çəkidə 500 manat dəyərində kişi üzüyü, bir ədəd sarı qızıldan 585 əyarlı 1.10 qram çəkidə 200 manat dəyərində sırğa və bir ədəd sarı qızıldan 585 əyarlı 4.96 qram çəkidə 150 manat dəyərində sırğanı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 40000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan xüsusatlara, qanunvericilik aktı normalarına əsasən, eləcə də yuxarıda göstərilən hökmlə cavabdehin törətdiyi cinayət əməli ilə iddiaçıya zərər vurulması sübuta yetirildiyindən məhkəmə hesab edir ki, onun tərəfindən vurulmuş ziyan İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə əmlaka vurulmuş zərərə görə 35000 manat tutulmalıdır. Bu baxımdan məhkəmə cavabdehin məhkəmə iclasında gətirdiyi dəlillərlə razılaşmayaraq bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün müəyyənləşdirdiyi faktlara münasibətdə preyudisiallıq məhdud olsa da, Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin mənasına görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan hərəkətin olub-olmaması faktı, bu hərəkətin konkret şəxs tərəfindən edilib-edilməsi faktı mülki iş üzrə sübut olunmadan azaddır. Ona görə də iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş faktları yenidən sübut etməyə borclu deyildir. Bu isə ona dəlalət edir ki, cavabdehin Bakı şəhər Nizami Rayon Məhkəməsinin 01 yanvar 2019-cu il tarixli 1(010)-275/2019 saylı hökmü ilə müəyyən edilmiş faktları iddia tələbinə etiraz etməklə yenidən mübahisələndirməsi yolverilməzdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddia tələbi üzrə 35000 (otuz beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 35030 (otuz beş min otuz) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-270/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-270/2021
06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver