Məhkəmə qərarları › İş №2(010)-2705/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2705/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2705/2022 25.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiаçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 9800 manat borc və ödənilmiş **8 manat dövlət rüsumu olmaqla, ümumilikdə 99*8 manat məbləğində pulun tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh *3.09.202*-ci il tarixdə İddiaçıdə menecer marketinq vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində işdən azad olunmuşdur. Cavabdeh işlədiyi müddətdə İddiaçı-dən 9800 manat pulu müxtəlif bəhanələrlə götürmüşdür. Cavabdeh 29.0*.2022-ci il tarixində izahat yazaraq MMC-dən götürdüyü 9800 manat pulu imzası ilə təsdiqləmişdir. Həmin izahat cavabdeh tərəfindən imzalanmışdır. Bundan əlavə Cavabdeh MMC-dən götürdüyü 9800 manat pulu hissəhissə MMC-yə qaytarmağa söz vermişdir. Öz imzası ilə 9 ay olmaqla hər ay *000 manat və xx.xx.2022-ci il tarixində sonuncu qalan 800 manatı ödəməyi özünə öhdəlik götürməklə *7.03.2022-ci il tarixində yazılı olaraq qəbz yazmışdır. xx.xx.2022-ci il tarixində Binəqədi rayon Polis Şöbəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət etmişlər. Binəqədi rayon Polis Şöbəsinin 4-cü polis bölməsi məsələnin mülki xarakterli olmasına dair onlara imtina məktubu vermişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, şirkətin fəaliyyəti su filtrlərinin satışı ilə bağlıdır. Cavabdeh şirkətdə marketinq üzrə mütəxəssis işləmişdir. İşlədiyi dövr ərzində şirkətdən bir neçə dəfə pul istəmişdir. Belə ki, iki il ərzində bir dəfə demişdir ki, ailəsinin vəziyyəti pisdir, həyat yoldaşı hamilədir və uşağı itirə bilərlər. Bu səbəbdən ona 4000 manat borc vermişlər. Qalan 5800 manat pulu isə atası əməliyyat olunduğu üçün istəmişdir. Sonradan borcu istədiklərində demişdir ki, birbirlərinə problem yaratmasınlar, polisə müraciət etməsinlər, borclarını qaytaracaq. Lakin borcu qaytarmadığından polisə müraciət etmişlər. Onlar borcla bağlı polis bölməsinə müraciət edən zaman orada borclu olduğunu etiraf etmiş və söz vermişdir ki, ayda 500 manat ödəyə bilər. Lakin onlar həmin borcdan ayda hissə-hissə 500 manat ödənilməsinə razı olmamışdır. Cavabdehin həqiqətən də əmək haqqından tutulmalar olmuş, lakin bu tutulmalar onun başqa borcları ilə bağlı olmuşdur. Cavabdeh tərəfindən 29.0*.2022-ci il tarixli izahatında göstərdiyi noutbuk, master fayl, Azərbaycan Dövlət Reklam Agentliyi üçün, miqrasiya üçün yazılmış pullar, 800 manat məbləğində borcun hazırkı tələb edilən borca aiddiyəti yoxdur. Belə ki, onun özü tərəfindən imzalanmış yazılı öhdəlikdən görünür ki, 9800 manat pulun hər ay *000 manat olmaqla ödənilməsini üzərinə götürmüşdür və bu pulun həmin işlərə aidiyyəti yoxdur. Cavabdeh bu pulları şəxsi işləri üçün borc almış və bu borcu qaytarmaqla bağlı yazılı öhdəlik götürmüşdür. Əgər doğurdan da öhdəlik götürməsi ilə bağlı ona təzyiq göstərilibsə, nə üçün bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etməmişdir? Əksinə, sonradan onlara məlum olmuşdur ki, cavabdeh onları aldatmış, götürdüyü pulları nə yoldaşının hamiləliyi, nə də ki, atasının xəstəliyinə xərcləmişdir. Noutbukla bağlı qeyd edir ki, həmin noutbuk şirkətin sahibi Maria xanıma məxsusdur. Cavabdeh telefon mağazasından “İphone *3” markalı telefon almaq üçün elektron qaimə göndərib telefonu əldə etmişdir. Mağaza həmin telefonun pulunun ödənilməsini tələb etdikdə bildirmişlər ki, onlar telefon sifariş verməyiblər və elektron qaimədən xəbərləri yoxdur. Bundan sonra mağaza cavabdehdən pulun ödənilməsini tələb etdikdə o, Maria xanıma məxsus olan həmin noutbuku aldığı “İphone *3” markalı telefona olan borcunu ödəmək üçün mağazaya vermişdir. Yəni, bu göstərilənlərin, eləcə də cavabdehin birinci izahatında göstərdiklərinin hazırkı mübahisəyə aidiyyatı yoxdur. Onlar cavabdehin ondan nəğd şəkildə aldığı 9800 manat məbləğində borcu tələb edirlər Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, həqiqətən də iddiaçı MMC-dən borc pul götürmüşdür. Lakin götürdüyü borc təxmini 4000 manat məbləğində olmuş və bu borc hər ay maaşından çıxılmışdır. Hazırda ondan tələb edilən 9800 manatla bağlı qeyd edir ki, şirkətdə müəyyən problemlər olmuş və bu problemləri həll etmək üçün şirkət tərəfindən ona 2500 manat məbləğində pul verilmişdir. Buna baxmayaraq, öhdəliklə bağlı ona görə sənəd yazıb imzalamışdır ki, onu şantaj etməklə buna məcbur etmiş, onu polisə vermək, həbs etdirmək və ailəsinə təzyiq göstərməklə hədələmişlər. İzahatlarının birində qeyd etdiyi *550 manat məbləğində olan noutbuk şirkətə məxsus olmuşdur. Bu noutbuku işlədiyi müddətdə istifadə etmiş və işdən çıxdıqda şirkətə təhvil vermişdir. İzahatında qeyd etdiyi 2500 manat məbləğində olan master fayl ilə bağlı bildirir ki, bu məbləğ reklam çəkilişinə ödənilməli olan məbləğ olmuş və həmin reklam da çəkilərək master fayla yerləşdirilmişdir. Qeyd edilən 4000 manat da həmçinin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə reklam çəkilişi üçün ödənilmiş məbləğdir. Həmin puldan 2500 manat ona verilmiş, *500 manat isə şirkətin öz işçisi tərəfindən reklam agentliyinə təqdim olunmuşdur. Ona verilmiş 2500 manatı da öz növbəsində agentliyin işçisinə vermişdir. Miqrasiya sənədləri ilə bağlı alınmış 300 manatı qaytarmış, qalan 800 manat borcunu isə şirkətin işçisi Rəhim müəllimdən borc kimi almışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi tərəfindən İddiaçı-də menecer vəzifəsində işləyən X2 ünvanlanmış **.04.2022-ci il tarixli məktubda qeyd edilir: “Sizin İddiaçı şirkətində işləyən Cavabdeh müxtəlif bəhanələrlə və dələduzluq yolu ilə 9800 manat pulu mənimsəməsi, müxtəlif bəhanələrlə pulu qaytarmaması barədə xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş ərizəniz tərəfimizdən araşdırılmışdır. Araşdırma zamanı ərizəniz əsasında toplanmış materialın mülki iddia xarakterli olduğu müəyyən edildiyinə görə Binəqədi RPİ-nin 4-cü PŞ-nin dəftərxanasının arxivinə təhvil verilmişdir. Odur ki, göstərilənlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etməyiniz Sizə tövsiyə olunur”.

6. İddiaçı-nin direktoru Medvedeva Mariaya həmin şirkətin marketinq meneceri Cavabdeh tərəfindən verilmiş 29.0*.2022-ci il tarixli izahatdan görünür ki, xx.xx.*993-cü il təvəllüdlü, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi və T.Bayramov küçəsi, döngə *, ev 5 qeydiyyatında olan Cavabdeh borca noutbuk üçün *550 manat, master fayl üçün verilməli olan 2500 manat, ADRA üçün götürülmüş 4000 manat, miqrasiya üçün götürülmüş 300 manatı 0*.02.2022-ci il tarixdə, Rəhim bəydən götürülmüş 800 manat məbləğində pulu *0.02.2022-ci il tarixdə geri qaytarmağı öz üzərinə götürür.

7. Cavabdeh tərəfindən İddiaçı-nin direktoru Medvedeva Maria xanıma verilmiş *7.03.2022-ci il tarixli qəbzdən görünür ki, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, döngə *, ev 5 ünvanında qeydiyyatlı, Əlibəyov Qardaşları ünvanında faktiki yaşayan Cavabdeh ümumilikdə 9800 manat məbləğində olan borcu xx.xx.2022-ci il tarixdə *000 manat; xx.xx.2022-ci il tarixdə *000 manat, xx.xx.2022ci il tarixdə *000 manat; xx.xx.2022-ci il tarixdə *000 manat; xx.xx.2022-ci il tarixdə *000 manat; xx.xx.2022-ci il tarixdə *000 manat; *3.04.2022-ci il tarixdə *000 manat; *7.04.2022-ci il tarixdə *000 manat; 2*.04.2022-ci il tarixdə *000 manat və xx.xx.2022-ci il tarixdə 800 manat ödəməyi öhdəsinə götürmüşdür.

İşin faktiki halları.

8. İddiaçı keçmiş işçisi olan Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh orada işlədiyi dövrdə şəxsi işləri üçün MMC-dən cəmi 9800 manat məbləğində borc aldığını, borcun qaytarılması ilə bağlı yazılı öhdəlik götürdüyünü, lakin borcunu ödəmədiyini iddia edərək həmin pulu cavabdehdən tələb etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı-dən 4000 manat məbləğində borc aldığını, lakin bu borcun hissə-hissə maaşından tutularaq ödənildiyini bildirmiş, qalan pulları isə MMCnin işləri üçün götürdüyünü iddia etmişdir. İddiaçı-yə 9800 manat məbləğində borcu olması və bu borcu hissə-hissə ödəməsi barədə yazılı öhdəliyi isə polisə verilmək, həbs edilmək, ailəsinə təzyiq göstərilməklə hədələndiyinə görə götürdüyünü bildirmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə *4. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. *4.2.7. Əsassız varlanma. Maddə *35. Əşya hüququnun obyektləri. *35.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Maddə 329. Əqdlərin formaları. 329.*. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 33*. Yazılı əqd. 33*.*. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 35*. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 35*.*. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.*. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsi. 739.*. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsinin forması. 740.*. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə *09*. Əsassız varlanma anlayışı. *09*.*. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. *09*.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə *092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. *092.*. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

*0. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02.04.202*-ci il tarixli Qərarı.

Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.*-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

**. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

*2. İşin faktiki hallarından göründüyü kimi İddiaçı Cavabdeh MMC-dən cəmi 9800 manat məbləğində borc aldığını, lakin borcunu qaytarmadığını iddia etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı-yə ünvanlanmış yazılı müraciətdən (borcun etirafı haqqında mücərrəd müqavilə yox, məhz yazılı müraciət) görünür ki, o, MMC-yə 9800 manat məbləğində borcu olduğunu qəbul etmiş, bu borcu xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri arasında hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh həmin müraciətin özü tərəfindən yazılıb imzalandığını qəbul etsə də bunu təzyiq altında – polisə verilmək, həbsə girmək, ailəsinə təzyiq göstərilmək kimi hədələrin təsiri ilə etdiyini iddia etmişdir. Həmçinin bildirmişdir ki, o, İddiaçı-dən 4000 manat məbləğində borc almış, lakin bu borcu maaşından tutulmalarla qaytarmış, qalan pulu isə şirkətin işləri üçün götürmüş və şirkətin problemlərinə xərcləmişdir. *3. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında heç bir borc müqaviləsi bağlanmamışdır və işin bu halını hər iki tərəf mübahisələndirmir. Halbuki iddiaçı hüquqi şəxsdir. Eləcə də cavabdehə borc verildiyi iddia edilən pul 9800 manat məbləğindədir ki, həm hüquqi şəxs tərəfindən borc verilməsi zamanı, həm də bu məbləğdə pulun borc verilməsi zamanı tərəflər arasında yazılı müqavilə bağlanmalı olduğu birbaşa qanunla müəyyən edilmişdir (Mülki Məcəllə, mad. 740.2). *4. Bununla belə məhkəmə İddiaçı tərəfindən Cavabdeh 9800 manat məbləğində borc pul verildiyi nəticəsinə gəlir. Məhkəmə ilk növbədə ona görə belə nəticəyə gəlir ki, iş materiallarında cavabdehin özünün də mübahisələndirmədən qəbul etdiyi kimi onun tərəfindən yazılıb imzalanmış yazılı müraciət mövcuddur və burada cavabdeh iddiaçıya 9800 manat məbləğində borcu olduğunu qəbul etmiş, bu borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh bu yazılı öhdəliyi təzyiq altında yazıb imzaladığını iddia etsə də məhkəmə cavabdehin izahatını inandırıcı hesab etmir. İlk növbədə ona görə ki, cavabdeh iddiaçı tərəfindən ona istənilən formada təzyiq olunmasına dair hər hansı sübutu, ən azından bu cür təzyiqin olmasını ehtimal etməyə zəmin yaradacaq hansısa dəlili (məsələn, tərəfindən bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi, yaxud ən azından həmin dövrdə iş yerində təzyiqə məruz qalması ilə bağlı ailə üzvləri, dostları, yaxınları ilə arasında baş tutmuş danışıqları, bu barədə şahid ifadələrini) məhkəməyə təqdim etməmişdir. *5. Halbuki mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, mad. *4.2 və 77.*). Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. *6. Digər tərəfdən, cavabdeh iddia etmişdir ki, onu bu yazılı öhdəliyi imzalamağa məcbur edən “təzyiq” polisə verilmək, həbs edilməklə bağlı olmuşdur. Cavabdehin izahatından belə başa düşülür ki, o, heç bir borcu olmadığı halda iddiaçıya 9800 manat məbləğində borcu olması ilə bağlı yazılı öhdəlik götürməyə məcbur edilmiş, bununla bağlı özü polisə müraciət etmək əvəzinə, nədənsə qarşı tərəfin onu polisə verməsindən, sonrasında həbs olunmaqdan çəkinmişdir. Hansı ki, əgər cavabdehin dediyi kimi onun İddiaçı-yə heç bir borcu olmasa idi, onun polisə verilməkdən çəkinməsinə heç bir lüzum qalmaz, bu “hədə” onun üçün heç bir əhəmiyyət daşımazdı. Cavabdehin ailəsi ilə hədələnməklə bağlı qeyd etdikləri isə heç bir sübutla təsdiq edilməməklə birlikdə ümumiyyətlə inandırıcılıqdan uzaqdır. *7. Belə olan halda məhkəmə cavabdehin təzyiqə məruz qalması və bu təzyiqin təsiri altında iddiaçıya borcu olduğunu yazılı şəkildə qəbul etməsi ilə bağlı izahatını işin faktiki hallarını öz mənafeyinə uyğun dəyişdirmək cəhdi kimi qiymətləndirir, bu izahatı inandırıcılıqdan uzaq və qeyri-səmimi hesab edir. *8. Cavabdehin bir digər dəlili ondan ibarət olmuşdur ki, o, iddiaçıdan cəmi 4000 manat məbləğində borc almış və bu borcu qaytarmış, qalan pulu isə İddiaçı-nin işləri üçün almış, bu pul borc olmamışdır. Lakin cavabdeh bununla bağlı hissədə də qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. *9. Əksinə, iş materiallarında olan yenə cavabdeh tərəfindən İddiaçı-yə ünvanlanmış başqa bir yazılı izahatdan görünür ki, o, İddiaçı-dən *550 manat dəyərində noutbuk, 2500 manat dəyərində master fayl, “ADRA üçün” 4000 manat, “miqrasiya üçün” 300 manat, “Rəhim bəydən” 800 manat borc pul götürdüyünü bildirmiş, bu pulları qeyd edilmiş qrafik üzrə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh bu izahatın da tərəfindən yazılıb imzalandığını mübahisələndirməmişdir. Bununla belə cavabdehin məhkəmə iclasında verdiyi izahatdan belə görünür ki, onun "xxxx" götürdüyünü iddia etdiyi pul MMC-nin miqrasiya xidməti və reklam agentliyi ilə bağlı “işləri” üçün götürülmüş puldur və cavabdehin yazılı izahatında istinad etdiyi “miqrasiya üçün”, “ADRA üçün” qeydləri də bununla bağlı olmuşdur. Lakin cavabdeh əsaslandıra bilməmişdir ki, nəyə görə iş üçün xərclədiyi bu pulları izahatında “borca götürdüyü” pul kimi təqdim edərək bu borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bənzər şəkildə, məhkəmə iclasında həmin izahatda qeyd edilmiş noutbuk və master faylı qaytardığını iddia edən cavabdeh nədənsə yazılı izahatında bu əşyaları da borc kimi göstərərək, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin qeyd edilməlidir ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi hazırda cavabdehdən tələb edilən pulun bu izahatda qeyd edilənlərlə əlaqəsi olmadığını, cavabdehdən yalnız iddiaçıdan aldığı və ödəməyi yazılı şəkildə öhdəsinə götürdüyü 9800 manat məbləğində pulun tələb edildiyini bildirmişdir. Odur ki, məhkəmə hazırda cavabdehdən tələb edilən pulun əslində iddiaçının işləri üçün xərclənmiş olması ilə bağlı hissədə də cavabdehin izahatını inandırıcılıqdan uzaq, özünümüdafiə xarakterli, qeyrisəmimi izahat kimi qiymətləndirir.

20. Bütün bu qeyd edilən halları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh həqiqətən 9800 manat məbləğində borc pul verilmişdir. 2*. Bununla belə yuxarıda da qeyd edildiyi kimi nəzərə alınmalıdır ki, iddiaçının hüquqi şəxs olmasına və verilən borcun 9800 manat məbləğində olmasına baxmayaraq, tərəflər arasında bağlanmış hər hansı yazılı müqavilə yoxdur və bu, işin mübahisəsiz halıdır. Halbuki, müqavilə tərəfi hüquqi şəxs olduqda, eləcə də borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsinin yazılı formada bağlanmalı olduğu birbaşa qanunla müəyyən edilmişdir. Bu isə o deməkdir ki, tərəflər arasında şifahi formada bağlanmış borc müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. Çünki müqavilə bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş formada (yazılı) bağlanmamışdır.

22. Məhkəmə bu əqdin mübahisə edilən yox, məhz əhəmiyyətsiz əqd olması nəticəsinə ona görə gəlir ki, bu əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsızdır. Təsadüfi deyil ki, yazılı formada bağlanmaqda da daxil olmaqla tələblərə uyğun bağlanmayan girov müqaviləsinin əhəmiyyətsiz sayılması (Mülki Məcəllə, maddə 280.4), bank əmanəti müqaviləsinin yazılı formasına riayət edilməməsinin bu müqavilənin etibarsızlığına səbəb olması və belə müqavilənin əhəmiyyətsiz sayılması (Mülki Məcəllə, maddə 946.2), bank hesabı müqaviləsinin yazılı formasına riayət edilməməsinin bu müqavilənin etibarsızlığına səbəb olması və belə müqavilənin əhəmiyyətsiz sayılması (Mülki Məcəllə, maddə 955.2) birbaşa qanunla müəyyən edilmişdir.

23. Eynilə borc müqaviləsinin iştirakçısı hüquqi şəxs olduğu və müqavilə predmetinin məbləğinin üç min manatdan çox olduğu halda müqavilənin yazılı formada bağlanması qaydasına riayət edilməməsinin borc müqaviləsinin etibarsızlığına səbəb olduğu və bu müqavilənin əhəmiyyətsiz sayıldığı qəbul edilməlidir. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əvəzedilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu müəyyən edilir.

24. Belə olan halda hazırkı iş üzrə iddiaçı əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə (cavabdehə) qarşı tələb hüququnu reallaşdırmış, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia qaldırmışdır.

25. Bu hissədə məhkəmə qeyd edir hər nə qədər iddia tələbinin hüquqi əsasını verilmiş borcun qaytarılması təşkil etsə də yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsinin Plenumu qərarında da qeyd edildiyi kimi istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

26. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı iddiadır və əhəmiyyətsiz borc müqaviləsi üzrə əldə etdiyi 9800 manat məbləğində pul hesabına əsassız varlanmış Cavabdeh həmin pulu İddiaçı-yə qaytarmalıdır. Məhkəmə xərcləri.

27. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən **8 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.*.2-ci maddəsi ilə müəyyən edilmiş iddia qiymətinə (*.000 manatdan *0.000 manatadək olduqda 30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi məbləğində) mütənasib olmuşdur. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu bütövlükdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9800 manat məbləğində pul və ödənilmiş **8 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı-yə ödənilməlidir.

29. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiа təmin edilsin. Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş **8 (yüz on səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar