Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-271/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3032596X2 iştirakı ilə, İddiaçı Cavabdeh Kəmran oğluna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3032596X4) qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 1600 (min altı yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə cavabdeh arasında rəsmi müqavilə bağlanılmadan şifahi qaydada razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, iddiaçıya özünə məxsus olduğunu dediyi 0,05 ha torpaq sahəsini arvadı X1 adına sənədləşdirmə və satması üçün iddiaçıdan Babaşov Natiq Cabbar oğlu ilə birlikdə ümumilikdə 6000 (altı min) manat pul almışdır. Lakin bundan sonra iddiaçıya qarşı cinayət əməli törətdiyini anladığı üçün polis şöbəsinə müraciət etmişdir. Cavabdeh barəsində cinayət işi açılmış və Bakı şəhəri Nizami Rayonu Məhkəməsinin hökmü ilə ona AR CM-ın müvafiq maddələri ilə hökm oxunmuşdur. Məhkəmə dövründə iddiaçıya müəyyən qədər pul qaytarıldığından məhkəmə araşdılması nəticəsində cavabdehin iddiaçıya 1600 (min altı yüz) manat məbləğində borcu qalmışdır, lakin bugünədək həmin borcu iddiaçıya geri qaytarmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, onun zərərçəkmiş şəxs kimi keçdiyi cinayət işi üzrə təqsirləndirilən şəxslər Babaşov Natiq Cabbar oğlu və Cavabdeh ümumilikdə 6000 (altı min) manat məbləğində borcu vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-331/2023 saylı cinayət işi üzrə məhkəmə gedişi zamanı 3000 (üç min) manat məbləğ Cavabdeh tərəfindən ödənilmişdir. Sonradan Cavabdeh atası https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3032596X4 ilə xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlamışdır. Cavabdehin atası K.Nağıyev demişdir ki, ona vurulmuş ziyanı ödəmək üçün ondan kreditə pul istəmişdir. Bu səbəbdən kredit müqaviləsi bağlamışlar. Belə ki, cavabdehin atası ona bildirmişdir ki, onu vurulmuş ziyanı birdəfəyə ödəyə bilmir, lakin ona vurulmuş ziyanı tam ödəyə bilmək üçün vəsaitə ehtiyacı vardır. Həmin vəsaitlə biznes işlərini görüb, ona olan borcunu tam qaytaracaqdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-331/2023 saylı hökm qəbul ediləndən bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə aralarında kredit müqaviləsi bağlanmış və cavabdehin atası hər ay 100 manat olmaqla, ödənişlər etmişdir. Hər ay maddi vəziyyəti ağır olduğu üçün cavabdeh tərəf 100 (bir yüz) manat olmaqla ona pul ödəmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, o, iddianı qismən qəbul edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-331/2023 saylı hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Həmin məhkəmə prosesindən onun tərəfindən hazırki iş üzrə İddiaçı 3000 (üç min) manat məbləğində ödəniş edilmişdir. Bu fakt Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-331/2023 saylı hökmünün 17-ci səhifəsində öz əksini tapmışdır. İş üzrə digər təqsirləndirilən şəxs Babaşov Natiq və onun özünün iddiaçıya cəmi 3000 manat məbləğində borcu qalmışdır ki, həmin borcdan 1600 manatı özünə aiddir və həmin 1600 manatdan 800 manatını özü ödəmişdir. Ödənişləri barədə qəbzləri də var. Digər 1400 manat isə Natiq Babaşovun ödəməli olduğu pul məbləğidir. İddiaçı məhkəmənin hökmündan apellyasiya şikayəti vermək istəyirdi, o, İddiaçı apellyasiya şikayəti verməməyi xahiş etmiş və Natiqin də ona olan borcunu özü ödəyəcəyini demişdir. Bu səbəbdən İddiaçı ilə atası arasında kredit müqaviləsi bağlanmışdır. Müqavilə notarial qaydada bağlanmışdır. İddiaçıya hər ay 250 manat ödəməyi öhdələrinə götürmüşlər. Atası tərəfindən 1600 manat məbləğdən 800 manat ödənilmişdir. Məhkəmə iclasında dindirilən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3032596X4 izahatında göstərdi ki, onun oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-331/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Həmin məhkəmə prosesindən onun tərəfindən hazırki iş üzrə İddiaçı 3000 (üç min) manat məbləğində ödəniş etmişdir. Bu fakt Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-331/2023 saylı hökmün 17-ci səhifəsində öz əksini tapmışdır. İş üzrə digər təqsirləndirilən şəxs Babaşov Natiq və oğlunun İddiaçı cəmi 3000 manat məbləğində borcu qalmışdır ki, həmin borcdan 1600 manatı onun oğluna aiddir və həmin 1600 manatdan 800 manatını özü ödəmişdir. Ödənişləri barədə qəbzləri də var. Digər 1400 manat isə N.Babaşovun ödəməli olduğu pul məbləğidir. İddiaçı məhkəmənin hökmündan apellyasiya şikayəti vermək istəyirdi, özü və oğlu iddiaçıya apellyasiya şikayəti verməməyi xahiş etmiş və Natiqin də ona olan borcunu özü ödəyəcəyini demişdir. Bu səbəbdən İddiaçı ilə onun arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən onun tərəfindən xx.xx.2024-cü il tarixinədək hər ay 250 manat olmaqla ödəməyi öhdəsinə götürməklə İddiaçı tərəfindən 3000 manat məbləğində pul verilmişdir. O, 1600 manat məbləğin 800 manatını iddiaçıya ödəmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-331/2023 saylı hökmdən görünür ki, Babaşov Natiq Cabbar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-cü il tarixli, 1(011)-60/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Babaşov Natiq Cabbar oğluna 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Babaşov Natiq Cabbar oğluna Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü üzrə çəkilməmiş 01 il 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Babaşov Natiq Cabbar oğluna 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin 30 mart 2021-cü il tarixli, 1 (011 )-60/2021 nömrəli hökmünə əsasən həmin cinayət işi üzrə şübhəli şəxs qismində tutularkən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 il 11 ay 28 gün (üç il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-60/2021 nömrəli hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanması, Babaşov Natiq Cabbar oğlunun hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınması, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 09 ay 23 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 01 il 04 ay 14 gün (bir il dörd ay on dörd gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, «Borc verən» İddiaçı «Borc alan» https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3032596X3 3000 (üç min) manat məbləğində pulu xx.xx.2024-cü il tarixinədək hər ay 250 (iki yüz əlli) manat olmaqla, qaytarmağı öhdəsinə götürmüşdür. İşin faktiki halları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-331/2023 saylı hökmü ilə hazırki mülki iş üzrə Cavabdeh Kəmran oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə Cavabdeh İddiaçı məxsus 4600 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirdiyi müəyyən edilmişdir. Cavabdeh dəymiş zərərdən 3000 manat məbləğində vəsaiti İddiaçı ödəmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.
505. Birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
Məhkəmənin mövqeyi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-331/2023 saylı hökmü ilə hazırki mülki iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə Cavabdeh İddiaçı məxsus 4600 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirdiyi müəyyən edilmişdir. Cavabdeh aldatma yolu ilə ələ keçirdiyi puldan 3000 manat məbləğində vəsaiti İddiaçı ödəmişdir. İşin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Belə olan halda məhkəmə yalnız cavabdehin iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyıb-daşımaması, yəni iddiaçının cavabdehdən həmin zərəri mülki qaydada tələb etməkdə haqlı olub-olmaması məsələsinə münasibət bildirir. Məhkəmə hesab edir ki, cavabdeh təqsirli olaraq törətdiyi cinayət əməli ilə İddiaçı məxsus pul vəsaitini ələ keçirdiyindən iddiaçının hesabına əsassız varlanmışdır. Belə ki, o öz təqsirli hərəkəti ilə iddiaçıya zərər vurmaqla qalmamış (delikt), vurduğu bu zərər nəticəsində qazanc əldə etmiş, əsassız varlanmışdır. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçı hesabına əsassız varlandığı və onu əsassız varlandıran pulu iddiaçıya qaytarmaq vəzifəsi daşıdığı nəticəsinə gəlmişdir. Delikt nəticəində əsassız varlanmaya görə cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan pulun miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, hazırda iddiaçı vurulmuş zərərə görə 1600 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini istəyir. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında bildirmişdir ki, onun İddiaçı vurduğu zərərə görə 800 manat məbləğində borcu qalmışdır. Belə ki, hökm çıxandan sonra iddiaçının apellyasiya şikayəti verməməsi üçün atası həmin hökm üzrə digər təqsirləndirilən şəxs Natiq Babaşovun da iddiaçıya olan borcunu, yəni əlavə olaraq 1400 manat borcu ödəməyi üzərinə götürmüşdür. İddiaçı bununla razılaşmış, lakin bunun notarial qaydada rəsmiləşdirilməsini istəmişdir. Notariusun depozit hesabına yerləşdirilən pulu yenidən iddiaçı özünə götürmüşdür. Məhkəmə iclasında dindirilən müstəqil tələb irəli sürməyən Kəmran Nağıyev (cavabdehin atası) izahatında bildirdi ki, İddiaçı məhkəmənin hökmündən apellyasiya şikayəti vermək istəyirdi, özü və oğlu iddiaçıya apellyasiya şikayəti verməməyi xahiş etmiş və Natiqin də ona olan 1400 manat borcunu özü ödəyəcəyini demişdir. Bu səbəbdən İddiaçı ilə onun arasında formal olaraq kredit müqaviləsi bağlanmışdır. O, oğlunun borcundan 800 manat qaytarmışdır. İddia tələbinə qismən etirazla bağlı iddiaçı izahatında bildirmişdir ki, cavabdehin atası Kəmran Nağıyevlə onun arasında 25 oktyabr 2023-cü il tarixində kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə iddiaçı Kəmran Nağıyevə 3000 manat məbləğində borc vermişdir. İddiaçı 3000 manat məbləğində borc məbləğini onun pulunu aldatma yolu ilə ələ keçirən cavabdehin atasına verməyini cavabdehin ona vurduğu 1600 manat zərəri ödəyə bilməməsi, həmin vəsait hesabına qazanc əldə edərək ona vurulmuş 1600 manat zərər məbləğini gələcəkdə qaytara bilməsi ilə əsaslandırmışdır. Belə olan halda, cavabdehin atası tərəfindən iddiaçıya 800 manat məbləğində pul vəsaitinin verilməsini iddiaçının etiraf etməsini, cavabdehin atasının həmin pul vəsaitini oğlunun İddiaçı vurduğu zərərə görə ödədiyini bildirməsini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh delikt nəticəsində əsassız varlanmaya görə İddiaçı vurduğu zərərdən 800 manat hissəsini artıq qaytarmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ödəməli olduğu məbləğ 800 manatdır.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh delikt nəticəsində əsassız varlanmaya görə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh delikt nəticəsində əsassız varlanmaya görə 800 (səkkiz yüz) manat, eləcə də ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova