Məhkəmə qərarları › İş №2(010)-2713/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2713/2020

03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2713/2020 03.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclas katibi x1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhərində 03 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh İddiaçı ASCnin xeyrinə 635,31 manat əsas, 147,27 manat faiz, cəmi 782,58 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, 109804-605984/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi üçün 18 ay müddətinə, illik 22% dərəcəsi ilə 700 (yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişdir. 12 may 2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 635.31 manat məbləğində əsas borcu, 147.27 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 782.58 manat məbləğində kredit borcu yaranmışdır. Qeyd olunanlara əsasən, Cavabdeh İddiaçı ASCnin xeyrinə 635,31 AZN əsas, 147,27 AZN faiz, cəmi 782,58 AZN və dövlət rüsumu olaraq ödənilmiş 30,40 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə mövcuddur və tələb MPM-nin 284-1-ci maddəsinə uyğundur. Ərizə icraata qəbul edilmiş və Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat icraatında baxılmışdır. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, 109804-605984/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi üçün 18 ay müddətinə, illik 22% dərəcəsi ilə 700 (yeddi yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh kredit borcu üzrə ödənişləri ayda 46,18 manat olmaqla həyata keçirməsi nəzərdə tutulub. İş materiallarında olan 30.08.2019-cu il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh 700 manat məbləğində pulu tam şəkildə qəbul etmişdir. İş materiallarında olan 12.05.2020-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, cavabdehin 12.05.2020-ci il tarixinə İddiaçı ASC-ə 635,31 manat əsas, 147,27 manat faiz borcu vardır. İş materiallarında olan xəbərdalıqdan və onun ünvan sahibinə çatdırılmasının təsdiq edən qəbzdən müəyyən olunur ki, Cavabdeh öhdəliklərinin icrası barədə xəbərdar edilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ASC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30,40 AZN dövlət rüsumu cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 635,31 manat əsas, 147,27 manat faiz, cəmi 782,58 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 AZN ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-230, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 635,31 manat əsas, 147,27 manat faiz, cəmi 782,58 manat borc və ödənilmiş 30,40 AZN dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar