Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2717/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 6000 manat borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 6000 (altı min) manat borc verməyinin sübutu kimi məhkəməyə Masallı rayonu Ərkivan qəsəbə sakinləri X5, X3 təqdim edir. Bununla əlaqədar Cavabdeh iddiaçının xeyrinə 6000 (altı min) manat borcun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, öz izahatında iddianı onunla əsaslandırmışdır ki, 2017-ci ildə öz qardaşı olan cavabdehə 1 ilə qaytarmaq şərti ilə 6000 (altı min) manat pul borc verilməsini xahiş etdi. İddiaçı razılıq vermiş və qohumun (xalamın əri) X4 vasitəsi ilə cavabdehə 6000 (altı min) manat borc vermişdir. Aradan uzun müddət keşməsinə və cavabdehin xahişi ilə borcun qaytarılması üçün verdiyi əlavə 1 il 6 ay müddətin bitməsinə baxmayaraq cavabdeh pulunu qaytarmamış və hazırda qaytarmaqdan imtina edir. Cavabdehə 6000 (altı min) manat borc verməyinin sübutu kimi məhkəməyə Masallı rayonu Ərkivan qəsəbə sakinləri X5, X3 təqdim edir. Bununla əlaqədar Cavabdeh iddiaçının xeyrinə 6000 (altı min) manat borcun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 iddia tələbinə etiraz bildirməklə, iddianın qəbul etməmiş, 2017-ci ildə yoldaşı ilə iddiaçı arasında münasibətlər yaxşı olmamış, ona görə ki, tərəflər 2013-cü ildə evi banka qoymuş, pulu götürmüş, 2016cı ildə həmin borc bağlanmalı idi, yəni kredit bitməli idi. Lakin 2017-ci ildə evin pulu bağlanmamışdır. Onun 6000 min manatı olsaydı gedib evinin borcunu bağlayardı. Qaraçuxurda iddiaçının adına olan evi banka ipoteka qoymuşlar, həmin borcu iddiaçı üçün götürmüşlər, onlara pul lazım olmayıb. 2019-cu ilə kimi pulu ödəmədi cavabdeh, yoldaşı xəbər göndərdi, cavabdeh isə bildirdi ki, evi batırsa ona maraqlı deyil. Cavabdeh də borc götürdü evi bankdan çıxartdı və cavabdehi məhkəməyə vermişdir. Məhkəmə cavabdehin xeyrinə qətnamə çıxartdı, daha sonra cavabdeh verdi apelyasiya məhkəməsinə. Apelyasiyada da qətnamə qüvvədə qaldı. Daha sonra Ali Məhkəməyə verdi, orda da qətnamə qüvvədə qaldı və cavabdeh iş icraya gedəndən sonra birinci dəfə fevralın 4-də pul ödəyib, cavabdehə olan 9 min borcdan başlayıb ödəməyə, ödəməmişdən bir gün qabaq, yəni fevralın 3-də ərizə yazıb, yoldaşını məhkəməyə verib. 18 iyun tarixli məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Namik onun vasitəsilə qardaşına pul göndərib, şahid də gətirib vermişdir. 12 dekabr Melissa parkın yanında görüşmüş, Namikin qardaşına 6000 manat pul vermişdir. Həmin pulu saymamış, onun yanında yalnız min manat sayılmış, qalan məbləğ sayılmamışdır. Bundan əlavə Namikin sözünə görə 6 min manat borca verdiyini bilir. Namik pulu etibar elədi, dedi ki, bu pulu çatdir qardaşı Gülbabaya. Q.Əmənov da pulu gətirib vermişdir. İddiaçı borc verib və ya borc qaytarmağını dəqiq deyə bilməyəcəkdir. Namik iddiaçıya pulu verəndə dedi ki, Gülbaba ondan borc pul istəyib. Namik pulu saydı bükdü kağıza ona verdi, özü saymamışdır pulu. 1000 manatı özü saymışdır. Gülbabaya 6 min adı ilə vermişdir pulu. Gülbaba iddiaçının yanında pulu saymadı, pulu aldı oturdu maşına. İddiaçı və Cavabdeh şahidin baldızının oğludurlar. Oğlu iddiaçı ilə biryerdə idi, iddiaçı pulu Gülbabaya verəndə 2 qardaşın arasında olan söhbəti iddiaçı bilə bilməz. 08 iyul 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X1 Namiklə orta məktəbdə bir sinifdə oxuduğunu, həm Namiklə həm Gülbaba ilə münasibətlərin yaxşı olduğunu bildirmişdir. Qardaşlar arasında münasibət yaxşı olmadığı üçün H.Əkbərov telefon vasitəsi ilə vasitəçi kimi iştirak etmiş bu məslədə telefon vasitəsi ilə bildirmişdir ki, Gülbabanın Namikə 6000 borcu var, Namikin isə Gülbabaya 9000 borcu var. Gülbaba ona zəng vurub deyib ki, 9000 manat pulu qaytarılsın. Namik də deyib ki, 6000 manat borcu qaytarılsın. Gülbabaya zəng eliyib demişdir ki, Namikin 6000 manat borcunu qaytar. Gülbaba isə deyib ki, 9000 manat pulu qaytarsın.Gülbabanın nömrəsi məndə yoxdur. Gülbabanın nömrəsini qardaşından götürüb zəng etmişdir.Öz telefonundan zəng etmişdir. 3-4 gün danışıqlar aparılıb. Gülbaba borcunu etiraf etmirdi, yalnız 9000 manat borcun qaytarılmağını istəyirdi. H.X6 borc pul istəməyini görməmiş və eşitməmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını və çıxışlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı cavabdehlə öz arasında borc hüquq münasibətlərinin olduğunu qeyd edərək, javabdehin bu münasibətlərdən irəli gələn öhdəliklərini icra etməməsini iddia edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı 2017-ci ildə öz qardaşı olan cavabdehə 1 (bir) ilə qaytarmaq şərti ilə 6000 (altı min) manat pul borc verilməsini iddia edir. İlk olaraq qanunun yuxarıda qeyd olunan müddəalarına istinadən iddia predmetinin 6000 (altı min) manat olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin yaranmasını təsdiq edən hər hansı yazılı müqavilə iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaşı tərəfindən təqdim olunmuş şahidlərin ifadələrinə hüquqi qiymət verərək, məhkəmə qeyd edir ki, borj münasibətlərindən irəli gələn mübahisələrdə tərəflər arasında bu hüquq münasibətlərinin mövcudluğunu təsdiq olunması üçün praktikada bəzi hallarda şahidin ifadələri sübut növü kimi məhkəməyə təqdim olunur. Belə şahidin ifadələri məhkəmə tərəfindən tərəflərin işin halları haqqında izahatları əsasında, mülki prosessual qanunvericiliyi ilə nəzərdə tutulan qaydada – heç bir sübutun əvvəlcədən müəyyən olunmuş qüvvəyə malik olmadığını nəzərə almaqla, işdə olan sübutların hərtərəfli, tam, obyektiv və birbaşa tədqiqinə əsaslanan daxili inamına görə qiymətləndirilməlidir. Həmin şahid ifadələri mövcudluğu birtərəfli qaydada, özü-özlüyündə tərəflər arasında borc müqaviləsinin bağlanması faktının qeyd-şərtsiz və müstəsna sübutu deyil və işin digər halları ilə birlikdə, məsələn, tərəflərin arasında əvvəllər də borc münasibətlərinin olması, onların hazırki borc münasibətlərinə girməzdən əvvəl qarşılıqlı yazışması, danışıqları, onların arasında mövcud olmuş və ya hazırda mövcud olan əmtəə və pul dövriyyəsi, digər müqavilə və ya müqavilədən kənar öhdəliklərinin olub-olmaması, cavabdeh tərəfindən məhz borc öhdəliklərinin mövcudluğunu təsdiq edən hərəkətlərin edilməsi, yəni güvənliyi şübhə doğurmayan bir neçə sübutun məcmusu ilə qiymətləndirilməlidir. İddiaçı məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Cavabdeh 2017-ci ildə cavabdehə 1 ilə qaytarmaq şərti ilə 6000 (altı min) manat pul borc verilməsini xahiş etdi. İddiaçı razılıq vermiş və qohumun (xalasının əri) X4 vasitəsi ilə cavabdehə 6000 (altı min) manat borc vermişdir. Bu zaman iddiaçı onunla cavabdeh arasında əvvəllər də borc münasibətlərinin olmasına, onların hazırki borc münasibətlərinə daxil olmazdan əvvəl qarşılıqlı danışıqlarına, onların arasında mövcud olmuş və ya hazırda mövcud olan əmtəə və pul dövriyyəsi, digər müqavilə və ya müqavilədən kənar öhdəliklərinin olmasına, cavabdeh tərəfindən məhz borc öhdəliklərinin mövcudluğunu təsdiq edən hərəkətlər etməsinə dair heç bir əlavə sübut təqdim edilməmişdir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddiaçı ilə qohum, dost münasibətində olan şahidlərin qeyri-müəyyən, başqa heç bir sübutlarla təsdiq olunmayan ifadələrinin məzmunundan tərəflər arasında borc öhdəliklərinin mövcud olması və nəticə etibarı ilə iddiaçının cavabdehə 6000 manat məbləğində borc pul verməsi qənaətinə gəlmək olmaz. Azərbaysan Respublikasının Mülki Prosessual Məsəlləsinin 217.4.-sü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Bütün yuxarıda qeyd olunanlara məcmu halında hüquqi qiymət verən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2717/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2717/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver