Məhkəmə qərarları › İş №2(010)-2722/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2722/2024

11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2722/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İlk ddia üzrə İddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İlk İddiaçı Cavabdeh qarşı “aliment miqdarının və əlavə xərcin artırılması” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının və əlavə xərcin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2944/2022 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat pul məbləğində müəyyən edilməsi, xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu üçün 70 manat məbləğində əlavə xərcin artırılaraq 150 manat pul məbləğində müəyyən edilməsi və Cavabdeh alınaraq onun xeyrinə tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından iki övladları – xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2944/2022 nömrəli qətnaməsinə müvafiq olaraq cavabdehlə aralarında bağlanmış, xx.xx.2013-cü il tarixdə Ağcabədi Rayon Qeydiyyat Şöbəsində 325 nömrəli nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan anadan olan xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin və xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu üçün 70 manat məbləğində əlavə xərcin onun xeyrinə tutulması qət edilmişdir. Övladlarının saxlanılması üçün bu məbləğ kifayət etmir. Övladlarının təhsilinin və zehni qabiliyyətinin inkişafı üçün əlavə olaraq xərc tələb olunur və bu xərclər yalnız onun hesabına həyata keçirilir. Övladları böyüdükcə onların saxlanması üçün əlavə məsrəflər də meydana gəlir ki, yuxarıda qeyd olunan hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat aliment məbləği bu xərcləri ödəmir. Həmçinin övladı, xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu üçün sözügedən qətnamə ilə müəyyən edilmiş 70 manat məbləğində əlavə xərc onun zəruri ehtiyaclarını qarşılamır. Belə ki, övladı autizm xəstəsidir və daimi olaraq psixoloji təlimlərə ehtiyacı vardır. Fəqət sözügedən təlimlərin xərcləri yalnız onun tərəfindən qarşılanır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən alimentin məbləğinin qanunla müəyyən edilmiş qaydada 235 manat məbləğində olmaqla artırılmasını, eyni zamanda xx.xx.2014cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu üçün 70 manat məbləğində əlavə xərcin 150 manat olmaqla artırılmasını qanunamüvafiq hesab edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ailə münasibətlərinə aid sözügedən mübahisənin məhkəmədənkənar mediasiya vasitəsilə həll edilməsi üçün təklif göndərilmiş, bununla bağlı mediasiya prosesi keçirilmişdir. Lakin sözügedən mübahisə cavabdehin laqeydliyi səbəbindən öz həllini tapmamışdır.

Qarşılıqlı iddia.

3. Cavabdeh qarşılıqlı iddia tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2944/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment miqdarının azaldılaraq hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddianın əsaslandırıldığı hallar.

4. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə birgə nikahlarından iki övladları – xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 2944/2022 nömrəli qətnaməsinə müvafiq olaraq cavabdehlə aralarında bağlanmış, xx.xx.2013-cü il tarixdə Ağcabədi Rayon Qeydiyyat Şöbəsində 325 nömrəli nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan anadan olan xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin və xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu üçün 70 manat məbləğində əlavə xərcin xeyrinə tutulması qət edilmişdir. Hazırda Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X9ndə həkim-revmakardioloq vəzifəsində işləyir və aylıq əmək haqqı 1044.01 manat təşkil edir. Naxçıvan Muxtar Respublikasında işlədiyi üçün burada kirayədə qalır, qeyd olunan əmək haqqı onun xərclərini ödəmir. Cavabdeh İddiaçı da həkim vəzifəsində işləyir, hətta cavabdeh Bakı şəhəri Nizami rayonu 26 saylı şəhər poliklinikası və Bakı şəhəri Suraxanı rayonu 23 saylı şəhər poliklinikası olmaqla iki yerdə işləyir və iki yerə görə məvacib alır. Bundan başqa, cavabdeh İddiaçı övladı Ağayev Ömər Elvin oğlunun qəyyumu olduğundan Ağayev Ömər Elvin oğlunun sağlamlıq imkanları məhdud olan şəxs kimi aldığı sosial pensiyanı da alır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından da görünür ki, qeyd olunan aliment miqdarını ödəyə bilmədiyi üçün İddiaçı hazırda 2598 manat borcu qalmışdır. Məhkəmələr tərəfindən aliment təyin edilərkən aliment ödəməli olan şəxsin nəzərdə tutulan məbləği ödəmək iqtidarında olub-olmaması məsələsi birinci növbədə araşdırılmalıdır. Tərəflərin izahatları.

5. İlk ddia üzrə İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi.

6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etdi.

İş materialları.

7. Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 567069 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Ömər Elvin oğlu (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Türkiyə Respublikasının Samsun şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 479 nömrə ilə qeyd edilmişdir.

8. Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 000446 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikasının Samsun şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 634 nömrə ilə qeyd edilmişdir.

9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli Xüsusi Təhsil Məktəbi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 66 nömrəli arayışın surətindən görünür ki, Ağayev Ömər Elvin oğlu 3 nömrəli xüsusi təhsil məktəbində 3-cü sinifdə təhsil alır.

10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəb tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 27 nömrəli arayışın surətindən görünür ki, X6 Bakı şəhəri Suraxanı rayonu V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin 1-ci sinfində oxuyur.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 2944/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Ağcabədi rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 325 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 İddiaçı yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi, xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu üçün 70 manat məbləğində əlavə xərcin bu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X9 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 23 nömrəli arayışdan görünür ki, Ağayev X5 Əliyeva adına Naxçıvan şəhər Poliklinikası PHŞ-də həkim-revmokardioloq vəzifəsində işləyir və aylıq əmək haqqı 1044.1 manat təşkil edir.

13. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 205372/2022-18-10 nömrəli arayışdan görünür ki, borclu Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2944/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar İddiaçı hal-hazırda 2598 manat aliment borcu yaranmışdır.

14. “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 129 nömrəli arayışdan görünür ki, Ağayev Ömər Elvin oğlu xx.xx.2022-ci il tarixdən bu günədək “Birgə və Sağlam” İctimai Birliyinin autizmli uşaqlar üçün xidmət göstərən Autizm Mərkəzində fərdi dəstək alır.

15. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X9 23 nömrəli Şəhər Poliklinikasının baş həkimi Əliyev Sənan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 36-K nömrəli əmrin surətindən görünür ki, 23 nömrəli Şəhər Poliklinikasının Terapiya şöbəsinin sahə həkimi terapevti İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş məlumatdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlliyi müəyyən edilmiş Ağayev Ömər Elvin oğluna görə 220 manat məbləğində sosial müavinət, 100 manat məbləğində sağlamlıq imkanları məhdud uşağa qulluğa görə Prezident təqaüdü alır.

İşin faktiki halları.

17. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur.

18. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 2944/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Ağcabədi rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 325 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 İddiaçı yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi, xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu üçün 70 manat məbləğində əlavə xərcin bu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

19. xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğluna uşaq autizmi, kanner sindromu, yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə diaqnozu qoyulmuşdur.

Tətbiq edilən hüquq.

20. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

21. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

24. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı.

Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

25. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

26. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

29. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşaqların yaşları artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişlik yaradır.

30. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir.

31. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşaqların maraqları üstün tutularaq uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılıb hər ay hər uşağa 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.

32. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

33. İddia tələbinin növbəti hissəsi cavabdehin uşaqların xəstəliyi ilə əlaqədar hər ay ödənilən 70 manat məbləğində əlavə xərcin miqdarının 150 manat məbləğində artırılması ilə bağlıdır. İş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışlarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlunun orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. İddiaçı uşağın müayinə və müalicəsinə mütəmadi olaraq çəkdiyi xərclərlə bağlı sübutları da məhkəməyə təqdim etmişdir.

34. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 24) göstərilmiş qərarına istinadla qeyd edir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.

35. Məhkəmə hesab edir ki, uşaqda olan xəstəliklərin müalicəsi tələb etdiyindən cavabdehdən tərəfindən ödənilən əlavə xərcin məbləği də artırılmalı və 150 manat məbləğində müəyyən edilməlidir. Odur ki, ilk iddia uşağa görə tələb edilən 150 manat məbləğində əlavə xərcə münasibətdə təmin edilməlidir.

36. Məhkəmə onu da qeyd edir ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (Azərbaycan Respublikasının Ailə Məcəlləsi, maddə 81.3).

37. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaya ayrıca münasibət bildirməyə artıq zərurət qalmamışdır. Belə ki, artıq məhkəmə ilk iddia üzrə iddiaçının alimentin və əlavə xərclərin artırılması barədə iddiası təmin edilməli olduğu nəticəsinə gəldiyindən qaşılıqlı iddianın təmin olunması istisna edilir. Beləliklə, qaşılıqlı iddia təmin edilməməlidir.

38. Məhkəmə, son olaraq onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 25) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərci.

39. Alimentin artırılması və əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 92.40 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

40. Qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

41. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, qarşılıqlı iddia təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2944/2022 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat pul məbləğində, xx.xx.2014cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu üçün 70 manat məbləğində əlavə xərcin artırılaraq 150 manat pul məbləğində müəyyən edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2722/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, ödənilməmiş 94.40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, qaşılıqlı iddia rədd edilməlidir.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlk iddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2944/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat pul məbləğində, xx.xx.2014-cü il təvəllüdlü Ağayev Ömər Elvin oğlu üçün 70 manat məbləğində əlavə xərcin artırılaraq 150 manat pul məbləğində müəyyən edilsin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2722/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Ödənilməmiş 94.40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar