Məhkəmə qərarları › İş №2(010)-2764/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2764/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2764/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “ər-arvadın ümumi borcunun paylara uyğun bölünməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “ər-arvadın ümumi borcunun paylara uyğun bölünməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun cavabdehlə faktiki ayrı yaşadıqları 2020-ci ilin may ayında "xxxx" ASC-yə olan 8500 manat kredit borcunun birgə nikah dövründə götürülmüş borc hesab edilərək hər ikisinin öhdəliyi hesab edilməklə borcun 1/2 hissəsinin onun, 1/2 hissəsinin isə Cavabdeh hesab edilərək, borcun 1/2 hissəsinin, yəni 4250 manatın cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy etmişdir. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir. 2020-ci ilin may ayından Cavabdeh ilə münasibətləri pisləşdikdən sonra cavabdeh yaşadıqları evdən çıxıb getmişdir. Cavabdeh aralarında olan əmlak bölgüsü və nikahın ləğvi ilə bağlı məhkəmə proseslərində təsdiq etmişdir ki, onlar 2020-ci ilin may ayından faktiki olaraq ayrı yaşayırlar. Birgə nikah dövründə 24.12.2019-cu il tarixdə ailə vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə Cavabdeh da məlumatı ilə "xxxx" ASC-dən 10880 manatlıq kredit götürmüşdür. Hal-hazırda həmin kredit üzrə 7364.60 manat kredit borcu vardır. Bankla onun arasında müqavilə bağlandığından o, kredit üzrə ödəniş etməyi öhdəlik kimi üzərinə götürmüşdür və kredit üzrə borc bağlanana kimi hissə-hissə ödəniş etməyə məcburdur. Cavabdeh isə həmin kredit üzrə nə borclu kimi, nə də zamin kimi rəsmi olaraq öhdəlik götürmədiyindən borcun ödənilməsində hər hansı marağı yoxdur və hər hansı köməklik göstərmir. Ancaq nikah dövründə əldə edikləri əmlaklardan pay və uşaqlara olan alimenti qətiyyətlə tələb edir. Belə ki, təxminən, 2020-ci ilin may ayından o, həmin kredit borcunu cavabdehlə birgə təsərrüfatı bölüşmədən hər ay hissə-hissə ödəyir. Onun 2020-ci ilin may ayında 8500 manat kredit borcu olmuşdur. Belə olduğu halda birgə nikah dövründə götürülmüş 10880 manat kredit borcundan faktiki olaraq ayrılıqda yaşadıqları müddətdə mövcud olan 8500 manat borcun 1/2 hissəsi cavabdehin, 1/2 hissəsi onun hesab edilərək, həmin borcun 1/2 hissəsi, yəni 4250 manatı cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, cavabdehlə olan nikahı 2020-ci ilin may ayında pozulmuşdur. O, 2019-cu ildə ailəsinin xərclərini qarşılamaq üçün dostlarından, anasından borc almış, Xaçmaz rayonunda sarımsaq əkməyə başlamışdır. Lakin təsərrüfatı uğurlu alınmamış, bütün pulu itirmişdir. Borc götürüb təsərrüfat quran vaxt bu barədə iddiaçıya məlumat verməmişdir. Lakin, təsərrüfat alınmayıb borclarını qaytarmaq üçün 2019-cu ilin dekabr ayında bankdan kredit götürən vaxt iddiaçıya borcu olduğunu, bu səbəbdən bankdan kredit götürdüyünü bildirmişdir. O, bu krediti ailəsi üçün, ailənin gəlirini artırmaq üçün götürdüyü borcları qaytarmaq məqsədilə götürmüşdür. Lakin, hər ay təkcə o kredit ödəyir. Belə ki, hər ay 438 manat kredit, 350 manat isə aliment ödəyir. Hesab edir ki, iddiaçı da ailə üçün götürülmüş bu kreditin yarısını ödəməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının bankdan götürdüyü kreditin cavabdehə aidiyyəti yoxdur. Belə ki, iddiaçı özü də qeyd edir ki, bu krediti borclarını qaytarmaq üçün götürmüşdür. Onun bəhs etdiyi sarımsaq təsərrüfatından isə cavabdehin ümumiyyətlə məlumatı olmamışdır. Cavabdehin bundan məlumatı olsa belə bu borcu ailəsinin xərclərini qarşılamaq üçün təsərrüfat qurmaq məqsədilə götürdüyünü sübut etmək hər bir halda iddiaçının üzərinə düşür. İddiaçı isə bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilmiş 01.04.2021-ci il tarixli, 110/2164 nömrəli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-dən 24.12.2019-cu il tarixində GTKR1724137A110 nömrəli 10880 (on min səkkiz yüz səksən) manat məbləğində nağd krediti rəsmiləşdirmişdir və hal-hazırda qeyd olunan kredit üzrə borcu 7364.60 manat təşkil edir. "xxxx" ASC və İddiaçı arasında bağlanmış 24.12.2019-cu il tarixli, GTKR1724137A110 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, Bank müştəriyə istehlak məqsədilə 36 ay müddətinə, illik 25.9 % dərəcəsi ilə 10880 manat məbləğində kredit verməyi, müştəri isə həmin kreditdən istifadə etməyi və yaranmış borclarını müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh nikahı dövründə (tərəflər arasında nikahın bağlanması tarixini təsdiq edən sənədin əsli məhkəməyə təqdim edilməsə də cavabdehin nümayəndəsi kreditin birgə nikah dövründə götürüldüyünü mübahisələndirməmişdir) – 24.12.2019-cu il tarixdə İddiaçı "xxxx" ASC-dən 10880 manat məbləğində kredit götürmüşdür. İddiaçı bu krediti Xaçmaz rayonunda sarımsaq təsərrüfatı qurmaq məqsədilə aldığı borcları qaytarmaq üçün götürdüyünü, bu təsərrüfatı isə ailəsinin xərclərini qarşılamaq üçün qurmaq istədiyini bildirmişdir. O, bu əsasla hesab etmişdir ki, cavabdeh Bankdan götürdüyü kredit borcunun yarısını ödəməlidir. Məhkəmə isə iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının banka olan kredit borcu o vaxt tərəflərin ümumi borcu kimi qəbul edilə bilərdi ki, bu pul məqsədli şəkildə ailənin konkret ehtiyaclarının ödənilməsi üçün götürülmüş olsun və həqiqətən bu ehtiyaclara sərf edildiyi sübut edilsin. Bunu sübut etmək də hər bir halda iddiaçının üzərinə düşür. İddiaçı isə bu kreditin haraya xərclənməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. O, krediti sarımsaq təsərrüfatı qurmaq məqsədilə aldığı borcları qaytarmaq üçün götürdüyünü, təsərrüfatı isə ailəsi üçün qurduğunu bildirmiş, lakin qeyd etdiklərini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçının bu kreditlə borclarını qaytardığı, bu borcları isə sarımsaq təsərrüfatı qurmaq üçün aldığı sübut edilsə belə iddiaçının hansısa təsərrüfat qurması hələ o demək deyil ki, bu təsərrüfat ailənin xərclərini qarşılamaq üçün qurulmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, iddia ərizəsində qeyd etdiyindən fərqli olaraq məhkəmə iclasında izahat verən iddiaçı təsərrüfat qurarkən cavabdehə heç bir məlumat vermədiyini, sonradan bankdan kredit götürərkən cavabdehə borcları olduğunu dediyini bildirmişdir. Belə bir vəziyyətdə məhkəmə bu kreditin birbaşa, yaxud dolayı yolla ailənin xərclərini qarşılamaq üçün götürüldüyü nəticəsinə gələ bilmir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Bundan başqa, cavabdehin ümumi borcda hər hansı payının müəyyən edilməsi üçün tərəflərin ümumi əmlakdakı payları müəyyən edilməli, bu zaman borc ümumi əmlakdakı paya uyğun hesablanmalıdır. Hazırkı işdə isə belə bir hal müəyyən edilməmişdir. Odur ki, bütün bu qeyd edilənlərə əsasən iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Son olaraq, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ər-arvadın ümumi borcunun paylara uyğun bölünməsi” tələbinə dаir iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “ər-arvadın ümumi borcunun paylara uyğun bölünməsi” tələbinə dаir iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar