Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2774/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli CəmiyyətininCavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Künc divan Adona-Mobilya mebel üçün 335 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, cəmi 436 manat, İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon üçün 148 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, cəmi 159 manat, Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Uretan mebel üçün 2058 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu, cəmi 2352 manat, İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon, “Samsung” markalı soyuducu üçün 195 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, cəmi 210 manat, mebel dəsti üçün 1163 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, cəmi 1338 manat, Sonorous surefix asqı üçün 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, cəmi 22 manat, "Hoffmann" markalı LED televizor üçün 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, cəmi 390 manat, ümumilikdə 4907 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4937 manat məbləğində pulun Cavabdeh “xxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2017-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il vəxx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Künc divan Adona-Mobilya mebel, İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon, Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Ureton mebel, İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon, “Samsung” markalı soyuducu, Sonorous surefix asqı və "Hoffmann" markalı LED televizor almış və nəticədə 4907 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1608 manat olan Foriella- Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Ureton mebel üçün umumilikdə 436 manat olmaqla, ondan 335 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 666 manat olan İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon üçün ümumilikdə 159 manat olmaqla, ondan 148 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2254 manat olan Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Uretan mebel üçün ümumilikdə 2352 manat olmaqla, ondan 2058 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 784 manat olan İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 210 manat olmaqla, ondan 195 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1219 manat olan mebel dəsti üçün ümumilikdə 1338 manat olmaqla, ondan 1163 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 24 manat olan Sonorous surefix asqı üçün ümumilikdə 22 manat olmaqla, ondan 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 330 manat olan "Hoffmann" markalı LED televizor üçün ümumilikdə 390 manat olmaqla, ondan 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2664 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 həmçinin göstərdi ki, cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon üçün və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon üçün olan borclarını ödəmişdir. Hazırda qeyd edilən müqavilələr üzrə cavabdehin borcu yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, iddia ərizəsində qeyd edilən əmlakları o, birgə nikah dövründə almış və keçmiş arvadına vermişdir. Daha sonra onun iddiasına əsasən həmin əmlakların keçmiş arvadında qalması şərti ilə onların dəyərinin ona ödənilməsi qət edilmişdir. Buna baxmayaraq o, telefon alınması ilə əlaqədar olaraq bağlanmış iki müqavilə üzrə qalıq borcları ödəmişdir, qalıq borc məbləğlərini isə keçmiş arvadından pulu alandan sonra ödəyəcəkdir. Eyni zamanda hesab edir ki, ona həddindən çox cərimə tətbiq edilmişdir ki, bu da həmin məbləğin onun tərəfindən ödənilməsini çətinləşdirir. Odur ki, cavabdeh məhkəmədən ədalətli və qanuni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeharasında bağlanmış xx.xx.2017-ci iltarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Künc divan Adona-Mobilya mebelsatılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefonsatılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 23 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Uretan mebelsatılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 16 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefonsatılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 23 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə mebel dəstisatılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə Sonorous surefix asqı satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 11 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə "Hoffmann" markalı LED televizor satılmışdır. İşdə olan Maliyyə arayışından görünür ki, borclu Cavabdeh Künc divan Adona- Mobilya mebel üçün 335 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon üçün 148 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Ureton mebel üçün 2058 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu, İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon üçün 195 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, mebel dəsti üçün 1163 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, Sonorous surefix asqı üçün 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, "Hoffmann" markalı LED televizor üçün 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu olmaqla, ümumilikdə 4221 manat ödənilməmiş hissə, 686 manat dəbbə pulu borcu vardır. Həmçinin iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, borclu Cavabdeh Künc divan Adona-Mobilya mebel üçün 335 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu, Foriella-Dnepr yataq dəsti, matras, Marvin- Genc-Carpayı, Doshek Ureton mebel üçün 2058 manat ödənilməmiş hissə, 294 manat dəbbə pulu, mebel dəsti üçün 1163 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, Sonorous surefix asqı üçün 22 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, "Hoffmann" markalı LED televizor üçün 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu olmaqla, ümumilikdə 2715 manat ödənilməmiş hissə, 485 manat dəbbə pulu borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehdən satış məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də, məhkəmə əsas borcla bağlı onu qeyd edir ki, iddiaçı əsas borc üzrə xx.xx.2017-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə tələb edilən əsas borcun tutulması hissəsində tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə müvafiq olaraq İMEİ kodu **********87685 olan “Samsung Galaxy A6” markalı telefon və İMEİ kodu **********96040 olan “Samsung Galaxy A50” markalı telefon üçün tələb edilən borc məbləğləri ilə bağlı qeyd edir ki, məhkəmə iclasında tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş maliyyə arayışından müəyyən olunduğu kimi, cavabdeh qeyd edilən müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir və hazırda onun həmin müqavilələr üzrə borcu yoxdur. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun miqdarı Künc divan Adona-Mobilya mebel üçün 10 manat, Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc-Carpayı, Doshek Ureton mebel üçün 30 manat, mebel dəsti üçün 20 manat, "Hoffmann" markalı LED televizor üçün 10 manat olmaqla, cəmi 70 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Künc divan Adona-Mobilya mebel üçün 335 manat ödənilməmiş hissə,10 manat dəbbə pulu, cəmi 345 manat, Foriella-Dnepr yataq dəsti, matras, Marvin-Genc- Carpayı, Doshek Ureton mebel üçün 2058 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 2088 manat, mebel dəsti üçün 1163 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 1183 manat, Sonorous surefix asqı üçün 22 manat ödənilməmiş hissə, "Hoffmann" markalı LED televizor üçün 300 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 310 manat, ümumilikdə 3948 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3978 (üç min doqquz yüz yetmiş səkkiz) manat məbləğində pul tutularaq iddiaçı "xxxxxxxxxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2774/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2774/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver