Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2776/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli CəmiyyətininCavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıbaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “LG” markalı LED televizor üçün 1496 (min dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat cərimə, cəmi 1646 manat, ümumilikdə 1646 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1676 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “LG” markalı LED televizor almış və nəticədə 1646 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1602 manat ( 18 ay x 89 manat + 0 manat ilkin ödəniş) olan “LG” markalı LED televizor üçün 1646 manat olmaqla ondan, 1496 manat ödənilməmiş hissə, 150 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 106 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək göstərdi ki, o, iddiaçı təşkilatdan dəyəri hissə-hissə ödəmək şərti ilə “LG” markalı LED televizor götürmüş, lakin, sonradan işini itirdiyindən ödənişlərini həyata keçirə bilməmişdir. Əsas borc məbləğini birdəfəyə ödəmək iqtidarında deyil, eyni zamanda hesablanmış cərimə borcu ilə razı deyil. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə “LG” markalı LED televizor satılmışdır. İşdə olan Maliyyə arayışından görünür ki, borclu Cavabdeh “LG” markalı LED televizor üçün 1496 manat ödənilməmiş hissə, 150 manat cərimə olmaqla, ümumilikdə 1646 manat borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdeh X2 üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehdən satış məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə hesab edir ki, iş üzrə hesablanmış dəbbə pulu tənasübsüz yüksək məbləğdə olduğundan dəbbə pulu məbləği azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh "LG" markalı LED televizor üçün 1496 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 1506 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1536 (bir min beş yüz otuz altı) manat məbləğində pul tutularaq iddiaçı "xxxxxxxxxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "LG" markalı LED televizor üçün 1496 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 1506 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1536 (bir min beş yüz otuz altı) manat məbləğində pul tutularaq iddiaçı "xxxxxxxxxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2776/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2776/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver