Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2779/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh 1674.42 ABŞ dolları əsas borc, 977.42 ABŞ dolları faiz borcu, cəmi 2651.84 ABŞ dolları məbləğin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədri E.Ə.Həsənov ərizə ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə baxış mərhələsində üzrlü səbəbdən iştirak edə bilmədiyindən mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 23.02.2015-ci il tarixdə № 22-15-11-006005 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 28 % olmaqla 48 ay müddətinədək 4202 dollar məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən 23.02.2015-ci il tarixdə № 22-15-11006005 saylı kredit müqaviləsində göstərilən öhdəliklər lazımınca icra olunmamışdır. Aralarında bağlanmış 23.02.2015-ci il tarixdə № 22-15-11- 006005 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, 23.02.2015-ci il tarixdə № 22-15-11-006005 saylı kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.16 % miqdarında dəbbə (penya) pulu ödəyir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə Borcalan Borcverənə verilmiş kredit məbləğinin 56 % miqdarında cərimə faiz ödəyir. 23.02.2015-ci il tarixdə № 22-15-11-006005 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı Əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.5- ci bəndində əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bəndlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri Borc verənin nəfinə ödəməlidir. 23.02.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 23.02.2021-ci il tarixinə İddiaçı ASC-yə əsas borcu 1674.42 dollar, faiz borcu 977.42 dollar, cəmi 2651.84 dollar təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Cavabdeh İddiaçı ASC-yə borcu 1674.42 ABŞ dollarıdır. İddiaçı tərəfindən tələb olunan qalan borcu qəbul etmir. İddiaçı ASC-yə olan 1674.42 ABŞ dollarını hissə-hissə ödəmək fikrindədir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh 4202 ABŞ dolları məbləğində kredit verilməsi üçün İddiaçı ASC-nə 23.02.2015-ci il tarixdə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 23.02.2015-ci il tarixli № 22-15-11-006005 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh illik 28 faiz dərəcəsi ilə 48 ay müddətinə olmaqla 23.02.2019-cu il tarixədək 4202 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh 19.04.2019-cu ildə əsas məbləğdən 1309.06 ABŞ dolları, 14.06.2019-cu ildə faizdən 32.65 ABŞ dolları ödənilmiş (güzəşt edilmiş) vəsait Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən ödənilmiş kompensasiya məbləğləridir. 23.02.2015-ci il tarixli 22-15-11-006005 saylı kredit müqaviləsi üzrə Cavabdeh 23.02.2019-cu il tarixə, İddiaçı ASC-yə cəmi borcu 2651,84 ABŞ dolları, əsas borcu 1674.42 ABŞ dolları, faiz borcu üzrə 977.42 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Suraxanı Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli 2(010)-2779/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2021-ci il tarixli 9/5137 nömrəli rəyi 08.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, 19.04.2019-cu il tarixində 1309.06 ABŞ dolları məbləğində cari hesaba kompensasiya mədaxil olunmuş və əsas borcdan silinmişdir. Bundan əlavə 14.06.2019-cu il tarixində faizdən 32.65 ABŞ dolları faizdən ödənilmiş (güzəşt edilmiş) həmin məbləğlər nəzərə alındığı təqdirdə Cavabdeh banka olan borcu 2231.66 ABŞ dolları məbləğində müəyyən olunmuş, o cümlədən əsas borc üzrə 1674.42 ABŞ dolları, faiz borcü üzrə 557.24 ABŞ dolları müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.02.2015-ci il tarixli № 22-15-11-006005 saylı Kredit Müqaviləsinə əsasən bank Cavabdeh illik 28 % olmaqla 48 ay müddətinədək 4202 dollar məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hal-hazırda Cavabdeh İddiaçı ASC-yə 23.02.2015-ci il tarixli № 22- 15-11-006005 saylı Kredit Müqaviləsinə əsasən əsas borc üzrə 1674.42 ABŞ dolları, faiz borcu üzrə 557.24 ABŞ dolları, ümumilikdə 2231.66 ABŞ dolları borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin qismən edilməli, Cavabdeh 23.02.2015-ci il tarixli № 22-15-11-006005 saylı Kredit Müqaviləsinə əsasən əsas borc üzrə 1674.42 ABŞ dolları, faiz borcu üzrə 557.24 ABŞ dolları, ümumilikdə 2231.66 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 23.02.2015-ci il tarixli № 22-15-11-006005 saylı Kredit Müqaviləsinə əsasən əsas borc üzrə 1674.42 ABŞ dolları, faiz borcu üzrə 557.24 ABŞ dolları, ümumilikdə 2231.66 (iki min iki yüz otuz bir dollar, altmış altı sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2779/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2779/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver