Məhkəmə qərarları › İş №2(010)-2780/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2780/2025

22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2780/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh avtoqəza nəticəsində iddiaçıya məxsus “Kia Rio” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən 5062,79 manat maddi ziyanın və 71 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdeh 7 fevral 2023-cü il tarixdə saat 00:30 radələrində Chevrolet Aveo markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sabunçu rayonu, Şəhər şossesi ilə Zabrat qəsəbəsi tərəfdən Aeroport şossesi istiqamətində, həmin şossedə müəyyən edilmiş 60 km/saat sürət məhdudiyyətini aşaraq, saatda 70 km sürətlə hərəkət edərkən, “Msoyl” yanacaq doldurma məntəqəsinin qarşısında əks hərəkət zolağına çıxaraq qarşıdan hərəkət edən X1 50-60 km sürətlə idarə etdiyi “Kia Rio” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı və X2 50 km sürətlə idarə etdiyi Mersedes Çitan markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtamobillər toqquşmuşdur. X3 idarə etdiyi “Kia Rio” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçıya məxsusdur. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomaşına 5630 manat ziyan dəymişdir. Bu fakt "xxxx" ASC verdiyi ziyan aktında da öz əksini tapmışdır. Dəymiş ziyanın 567,21 manat məbləğini sığorta qarşılamış, ödənişi hesabına köçürmüşdür. Qalan 5062,79 manat pulu cavabdehdən tələb edir. Ona görə də, məcbur olub məhkəmədə iddia qaldırır. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, cavabdehin törətdiyi qəza nəticəsində iki maşına ziyan dəymişdir. Sığorta 5630 manat məbləğdən 567,21 manatını ödəyib. Qalan pulu isə cavabdehdən tələb edir. Cavabdehlə heç bir əlaqəsi yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesabatından görünür ki, “Kio Rio” markalı ** EZ *** dövlət nömrə nişanlı avtomobilə “Gold avto servis” təmir müəssisəsində baxış keçirilmiş və baxış zamanı avtomaşına 5630 manat məbləğində ziyan dəydiyi aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, X5 “Chevrolet Aveo” markalı ** UH *** dövlət nömrə nişanlı avtomobili 55000 manat məbləğində sığorta etmişdir. Toqquşma zamanı İddiaçı məxsus “Kio Rio” minik markalı ** EZ *** dövlət nömrə nişanlı avtomobilə 5630 manat məbləğində zərər dəymiş, hesablanmış sığorta ödənişi isə 567,21 manat olmuşdur. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 567,21 (beş yüz altmış yeddi manat iyirmi bir qəpik) manat məbləğində ödəniş edilmişdir. İddiaçı Cavabdeh göndərmiş olduğu xx.xx.2025-ci il tarixli pretenziya məktubunda qeyd olunmuşdur: “7 fevral 2023-cü il tarixdə saat 00:30 radələrində “Chevrolet Aveo” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sabunçu rayonu, Şəhər şossesi ilə Zabrat qəsəbəsi tərədən Aeroport şossesi istiqamətində, həmin şossedə müəyyən edilmiş 60 km/saat sürət məhdudiyyətini aşaraq, saatda 70 km sürətlə hərəkət edərkən, “Msoyl” yanacaqdoldurma məntəqəsinin qarşısında əks hərəkət zolağına çıxaraq qarşıdan hərəkət edən X1 50-60 km sürətlə idarə etdiyi “Kia Rio” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı və X2 50 km sürətlə idarə etdiyi “Mersedes Çitan” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtamobillər toqquşmuşdur. X3 idarə etdiyi “Kia Rio” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomaşın mənə məxsusdur. Yol nəqliyyat hadisəsi nəticəsində mənə mənsus avtomaşına 5630 manat ziyan dəymişdir. Bu fakt "xxxx" ASC-nin verdiyi ziyan aktında da öz əksini tapmışdır. Dəymiş ziyanın 567,21 manat məbləğini sığorta qarşılamış, ödənişi hesabıma köçürmüşdür. Qalan 5062,79 manat pulu mən Sizdən tələb edirəm. Pulu mənə ödəmədiyiniz təqdirdə Sizin haqqınızda aidiyyatı üzrə inzibati orqanlara şikayət etmək məcburiyyətində olacağam”. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, sürücü Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibi başlanması rədd edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respu blikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Chevrolet Aveo” minik markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı mülkiyyətində olan “Kia Rio” minik markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hazırda iddiaçı, Cavabdeh iddiaçıya məxsus olan “Kia Rio” minik markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 5062,79 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsini istəyir. Cavabdeh məhkəməyə gəlmədiyindən onun iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus əmlaka Cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Bununla da, İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulması halı-delikt baş vermişdir. İddiaçı ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Tələb edilən məbləğə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə müəyyən edir ki, iş materialında olan “Gold avto servis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində 2007-ci il buraxılışlı “Kia Rio” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci həmin tarixə 5630 manat təşkil etmişdir. Eyni zamanda iddiaçı da həmin məbləğlə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, dəymiş ümumi ziyan məbləğindən iddiaçının aldığı sığorta ödənişi çıxılmalı və sığorta ödənişi ilə əhatə olunmayan yerdə qalan ziyan məbləği, yəni 5062,79 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 5062,79 (beş min altmış iki manat yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 71 (yetmiş bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 5062,79 (beş min altmış iki manat yetmiş doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 71 (yetmiş bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar