Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2787/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "Bank Respublika” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə kredit borcunun, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6200,62 manat məbləğində əsas kredit borcunun, 3407 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 9607,62 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi. İddiaçının nümayəndəsi Nümayəndə "iddia tələbinin həcminin azaldılması haqqında" ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2210 manat məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Bank Respublika” ASC ilə bağlanmış 04.05.2018-ci il tarixli 18011-0240/625479 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 18 ay müddətinə illik 23% dərəcəsi ilə 8.000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə 04.05.2018-ci il tarixli 18011-0240/062934 Z saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə 24.12.2021-ci il tarixdə məhkəməyə AZEMİS vasitəsi ilə ərizəsi daxil olmuş və o, həmin ərizəsində məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçı banka olan borcunu tam ödəmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04.05.2018-ci il tarixli 18011- 0240/625479 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 «Bank Respublika” ASCdən 18 ay müddətinə illik 23% dərəcəsi ilə 8.000 (səkkiz min) manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. 04.05.2018-ci il tarixli 18011-0240/062934 Z saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borcalan Cavabdeh2 oğlunun bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 18.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı banka 6200,62 manat məbləğində əsas kredit borcu, 3407 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla cəmi 9607,62 manat məbləğində borcu vardır. İddiaçı ASC-nin Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4800 saylı 03.09.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 04.05.2018-ci il tarixli 18011-0240/625479 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 (sual üzrə tarixə) İddiaçı ASC olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: əsas borc üzrə 6220.67 manat, faiz borcu üzrə 2064.15 manat. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 tərəfindən 04.11.2019-cu il tarixdən sonra 7437,62 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 04.11.2019-cu il tarixə göstərildiyindən 7437.62 manat məbləğində ödəniş nəzərə alınmadı. Qeyd edilir ki, 04.05.2018-ci il tarixli 18011-0240/625479 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh2 cərimə borcu hesablanmadı. Məhkəmə Ekspertiza mərkəzinin 9/7500 saylı 15.11.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 04 may 2018-ci il tarixli, 18011-0240/625479 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh2 28.09.2021-ci il tarixə (qərardadın tarixinə) İddiaçı ASC-nə olan borcu 1338,33 AZN məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 00,0 AZN, faiz borcu üzrə 853,75 AZN, faiz borcu (illik 5%-lə hesablanmaqla) - 484,58 AZN. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4 Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 04.05.2018-ci il tarixli 18011-0240/625479 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə Cavabdeh2 18 ay müddətinə illik 23% dərəcəsi ilə 8.000 (səkkiz min) manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Bununla yanaşı, işi materialları ilə müəyyən olunur ki, iddiaçı ilə digər cavabdeh Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və o Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə görə onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə müəyyən edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bunun nəticəsində onun bank qarşısında 2210 manat faiz borcu yaranmışdır. Cavabdeh1 zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdehlər müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdirlər. 15.11.2021-ci il tarixli 9/7500 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 28.09.2021-ci il tarixə (qərardadın tarixinə) İddiaçı ASC-yə olan borcu 1338,33 AZN məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 00,0 AZN, kredit müqaviləsinin qüvvədə olduğu müddətə faiz borcu üzrə 853,75 AZN, kredit müqaviləsi bitdikdən sonra hesablanmış faiz borcu - 484,58 AZN. Məhkəmə 15.11.2021-ci il tarixli 9/7500 saylı rəyi mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 iddia tələbinə uyğun olaraq 18011-0240/625479 saylı kredit müqaviləsinə əsasən həmin kredit müqaviləsinin qüvvədə olduğu müddətə faiz borcu üzrə 853,75 (səkkiz yüz əlli üç manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının cəmi dəyəri 150 (bir yüz əlli) manat məbləğində vəsait, iddia qismən təmin edildiyindən iddiaçı və cavabdeh Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Digər Cavabdeh1 münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçının ona qarşı pul tələbinə dair iddiası əsassızdır. Belə ki, iddiaçı bankla Cavabdeh1 arasında 04.05.2018-ci il tarixli 18011- 0240/062934 Z saylı zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, Cavabdeh1 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 04.05.2018-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18011- 0240/625479 saylı kredit müqaviləsinin müddəti 04.11.2019-cu il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən Cavabdeh1 qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət edir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 18011-0240/625479 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 853,75 (səkkiz yüz əlli üç manat yetmiş beş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla cəmi 883,75 (səkkiz yüz səksən üç manat yetmiş beş qəpik) manat vəsait tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ASC və Cavabdeh2 oğlundan müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının cəmi dəyəri 150 (bir yüz əlli) manat məbləğində vəsait alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu:142596, büdcə səviyyəsinin kodu: 3) xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2787/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2787/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver