Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2797/2024 13.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 193 manat aliment miqdarı xx.xx.2024-cü ildən başlayaraq, 235 manat sabit pul məbləğində müəyyən edilərək tutulması, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh - Cavabdeh ilə faktiki nikahdan xx.xx.2010-cu il tarixdə oğlu X3 doğulmuşdur. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-4216/2020 saylı qətnaməsi ilə cavabdehə qarşı iddiası qismən təmin edilmiş, cavabdeh-Cavabdeh xx.xx.2020-ci tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi qədər aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda ölkədə uşaqların yaşayış minimum məbləği 235 manatdır. Ancaq cavabdeh ona 161 manat 19 qəpik ödəyir. Çünki Suraxanı rayon İcra Şöbəsi İcra sənədini cavabdehin işlədiyi Penitensiar xidmətə göndərməmiş, bildirişin üzərində müəssisənin möhürü yoxdur, icra sənədinin bank vasitəsi ilə icra edilməsi sübut edilmir. Cavabdeh əmək haqqını aldıqdan sonra 161 manat 19 qəpik alimenti bank kartı vasitəsi ilə ona ödəyir. Bu səbəblərə və əsaslara görə xx.xx.2024-cü ildən başlayaraq alimentin minimum həddi müəyyən edilməklə 235 manata artırılmalıdır. Bu günədək nə Suraxanı rayon İcra Şöbəsi, nə məhkəmə, nə də cavabdeh ona aylıq əmək haqqı barədə heç bir məlumat vermirlər. Ona görə də aliment sabit pul formasında müəyyən edilərək tutulmalıdır. Cavabdeh ünvan 1 ünvanında, o isə Göyçay rayonu, Göyçay H.Əliyev küçəsi, 4 saylı evə qeydiyyatdadırlar. Abşeron rayonu, Saray qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, o, alimentini tələb etdiyi azyaşlı Kamran İsmayılovla birgə qeydiyyatsız Saray qəsəbəsi, S.Qazıyeva küçəsi, 14 saylı evdə yaşayır. İşsiz və əlildir. Göründüyü kimi o, iki əsasa görə mediasiya xərcindən azaddır, birincisi ünvanlı dövlət sosial yardımı alır, ikincisi DOST xidməti tərəfindən verilmiş arayışa əsasən işsiz kimi qeydiyyata alnmışdır. Cavabdehin etiraz ərizəsi Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iki azyaşlı övladlarının saxlanılması üçün alimentin artırılması barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, onun maaşı artanda aliment də artacaq. Onun da borcları var. 2 uşağı var. Hazırda 235 manat ödəyə bilməz. 730 manat maaş alır. Hərbi statusu artsa maaşı da artacaq. İddianın təmin olunmamasını xahiş edir. İş materialları. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4216/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi qədər aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “X2 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya MŞB/11/2024-00352 nömrəli işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş X2 İddiaçı iştirak etmiş, Cavabdeh isə X2 iştirak etməmişdir. İş materiallarında olan Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli, e44469c60fca40a2b4d0ebe5c9d7d615 nömrəli bildirişdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müraciətinə baxılmış və bildirilmişdir ki, “Ünvanlı sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması və Maddi məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailə tərkibinin düzgün göstərilməməsi səbəblərindən sosial yardımın təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı Dost Mərkəzi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli, 3-17-7/2-A-47997/2023 nömrəli arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir. Göyçay rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 487405 nömrəli, xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 (atası Cavabdeh, anası İddiaçı) 17.01. 2010-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 138 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflərin qeyri-rəsmi münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü X3 doğulmuşdur. Hazırda cavabdeh Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğdə, yəni hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi qədər aliment ödəyir. Bu səbəbdən məhkəmə hesab edir ki, təyin edilmiş alimentin artırılmalı deyil, dəyişdirilməlidir. Nəzərə alınmalıdır ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu kimi 235 manat olaraq müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdehin gəlirinin 1/4 hissəsini bu baxımdan az bir məbləğdir, uşağın isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. İddiaçı hər ay 235 manat məbləğində aliment tələb etmiş və məhkəmə onu uşağın maraqlarına uyğun hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək 730 manat maaş aldığını, borcları olduğunu və 235 manat məbləğində alimenti ödəyə bilməyəcəyini bildirsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə almaqla, qeyd edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Həmçinin iddiaçı 235 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh tutulması tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, hazırda cavabdeh tərəfindən aliment ödənildiyindən, 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması yalnız qətnamə qanuni qüvvəyə mindikdən sonra mümkündür. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-4216/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 48.2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4216/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 48.2 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva