Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2811/2020 10.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında xx xxxx 2020-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********08110 XİAOMİ REDMİ NOTE 6 PRO markalı telefon üçün 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə, cəmi 493 manat, ümumilikdə 493 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 513 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08110 XİAOMİ REDMİ NOTE 6 PRO markalı telefon almış və nəticədə 493 (dörd yüz doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 manat (12 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********08110 XİAOMİ REDMİ NOTE 6 PRO markalı telefon üçün 493 manat olmaqla ondan, 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 272 manat təşkil edir. Qeyd olunanlara əsasən, İMEİ kodu **********08110 XİAOMİ REDMİ NOTE 6 PRO markalı telefon üçün 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə, cəmi 493 manat, ümumilikdə 493 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 513 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə mövcuddur və tələb MPM-nin 284-1-ci maddəsinə uyğundur. Ərizə icraata qəbul edilmiş və Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat icraatında baxılmışdır. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan «xxxxxxxxxxx» X3 ilə Cavabdeh arasında xx.xx.2018ci il tarixdə bağlanmış müqavilədən görünür ki, «xxxxxxxxxxx» X3 Cavabdeh 12 ay müddətinə olmaqla ayda 60 manat ödəmək şərti ilə nisyə “Mal” (XİAOMİ REDMİ NOTE 6 PRO markalı telefon) satmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqavilədən irəli gələn ödəniş cədvəlinə əsasən cavabdeh tərəfindən aylıq ödənişlərin məbləği 60 manat olmaqla xx.xx.2019-cu il tarixə qədər həyata keçirilməlidir. İşdə olan xx.xx.2018-ci il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh malları qüsursuz şəkildə təhvil almışdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdehin xx.xx.2018-ci il tarixli Müqavilə üzrə əsas borca 272 manat ödəniş etmişdir, 493 manat məbləğində ümumilikdə ödənilməmiş borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh “xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərinin icra edilməməsinə görə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 429.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Əgər alıcı alğısatqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 600-cı maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, «xxxxxxxxxxx» X3 ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 448 manat əsas borc, 45 manat cərimə, ümumilikdə 493 manat borc və 20 manat dövlət rüsumu alınaraq iddiaçı «xxxxxxxxxxx» X2 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 367.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 448 manat əsas borc, 45 manat cərimə, ümumilikdə 493 manat borc və 20 manat dövlət rüsumu alınaraq iddiaçı «xxxxxxxxxxx» X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №2(010)-2811/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2811/2020
10.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver