Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2813/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi » tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2n istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh Bakı şəh, Suraxanı ray, Hövsan qəsəbəsi,F.Bayramov prospekti, ev 22A, mənzil 28-dən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia həcminin azaldılması barədə ərizə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 2n istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs., F.Bayramov prospekti, ev 22A, mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bayramov Füzuli prospektində yerləşən 22a nömrəli, 28 nömrəli mənzil tam pay hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh onun qızı 1995-ci ildə ailə quraraq daimi yaşamaq üçün ərinin evinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndinə köçmüş, həmin vaxtdan mülkiyyətində olan mənzildə deyil, ərinin evində yaşayır. Mənzildən istifadə etmir, mənzillə onun heç bir əlaqəsi yoxdur. Hal-hazırda da onun cavabdehlə əlaqəsi yoxdur. Cavabdeh mübahisəli mənzildən uzun müddət (27 il müddətində) və davamlı olaraq könüllü istifadə etməmişdir, çünki onun mənzildəki yaşayış sahəsinə olan ehtiyacı olmamışdır və mənzillə bağlılığını da itirmişdir. 1995-ci ildən cavabdehin yaşayış yeri Bakı şəhəri, Hövsan kəndiində yerləşən ərinin evi olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi və göstərdi ki cavabdehin ünvan 2n istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı onun anasıdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bayramov Prospekti, 22A № li ünvandakı 3-cü blok, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 55,92 kv.m. 4 (dörd) otaqdan ibarət olan mənzil Bakı şəhər X2 icraiyyə Komitəsinin qərarı ilə 6 (altı) nəfərdən ibarət olan ailəsinin mənzilə olan ehtiyacı nəzərə alınaraq 17 aprel 1970-ci il tarixdə atası X1 verilmişdir, həmin tarixdən sözü gedən mübahisəli mənzilə qeydiyyatdadır. O, 1995-ci il tarixdə ailə quraraq ərinin bağ evinə gəlin köçmüşdür. Gəlin köçməyinə baxmayaraq yaşadığı mənzilin şəraiti qənaətbəxş olmadığına görə həmişə ata evindən istifadə etmişdir. Bu gündə onun ev əşyalarının müəyyən hissəsi həmin evdədir. Atasının ölümündən sonrada bağ evində şərait olmadığına görə həmişə içə hazırlq işlərini ata evində etmişdir. Son beşildə anasının münasibəti ona qarşı dəyişmiş, nəticədə bacısının oğlunu gətirib ona toy edib özü ilə saxlayır, anasına qarşı o həmişə diqqətli olub onun qulluğunu tutmuşdur, bacısının oğlunu evləndirib özü ilə saxlayır. O, heç vaxt anasına qarşı olmamışdır. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində izahat verən onun vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin əssasız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışından notariat qaydada təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov prospekti, ev 22A, mənzil 28-in mülkiyyətçisidir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh ünvan 2 qeydiyyatdadır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Bakə şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Departamentinin 1 saylı xüsusi təyinatlı 11 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 18 may 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 yaşamır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh İddiaçı mülkiyyətində olan və ünvan 2 ünvanında qeydiyyatda olsada da, ailə qurmuqla başqa ünvana köçmüşdür və hazırda mübahisəli mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair tətbiq edilməli maddi hüquq norması tərəflər arasında münasibətlər yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə (1982-ci il redaksiyasında) müvafiq olaraq muəyyən edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ilə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır; Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sübutlarla və tərəflərin izahatları ilə Cavabdeh qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən evdə 1995-ci ildən həmin evdə yaşamaması müəyyən edilir. Lakin, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Məhkəmə qənaətə gəlir ki, Cavabdeh 1995-ci ildə ailə həyatı qurub mübahisəli evdən köçməsi həmin evi məhz daimi əsaslarla tərk etdiyinə dəlalət edir. Bu baxımdan məhkəmə cavabdehin məhkəmə iclasında gətirdiyi dəlillərlə razılaşmayaraq qeyd edir ki, onun istinad edilən müddət ərzində mənzilə köçürülmə iddiası ilə məhkəməyə müraciət etməsi və ya ümumiyyətlə həmin mənzilə köçüb yaşamağa cəhd etməsi müəyyən edilmir və onun qeydiyyatda olduğu mübahisəli evə qayıtmaq arzusunun nümayiş etdirilməməsindən ibarət hallar həmin evi məhz daimi əsaslarla tərk etməsini təsdiq edir. Belə ki, keçən müddət ərzində onların həmin mənzilə geri qayıtması üzrə hər hansı cəhdinin olmaması, yəni mənzilə köçürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməməsi və yaxud məhkəmədə iddia qaldırmaması məhkəmənin onun həmin evə qayıtmaq istəyinin olmaması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Həmin evdə qeydiyyatda qalması isə formal olmuşdur. Odur ki, məhkəmə yuxarıda istinad edilən 1982-ci il redaksiyasında olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları baxımından hesab edir ki, cavabdehin mübahisəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün əsaslar mövcüddur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Əlı̇ yeva Lətı̇ fə Ənvər qızının iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov prospekti, ev 22A, 28 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2813/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2813/2022
20.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver