Məhkəmə qərarları › İş №2(010)-283/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-283/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-283/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X16 qızının katibliyi, ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili X5 və ilkin iddia üzrə Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” ilkin iddia əizəsi və ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbinə dair qarşılqılı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 80850 (səksən min səkkiz yüz əlli) manat pulun qətnamə qəbul edilən tarixdə Bank uçot dərəcəsini hesablamaqla xeyrinə tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilərək ilk iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) üzərinə onun barəsində «dələduzluq yolu ilə pulunu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə ÜZR istəməsi öhdəlyinin qoyulmasına və ondan onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən «dələduzluq yolu ilə pulunu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi həqiqətə uyğun olmayan məlumatları yayması nəticəsində ona vurduğu mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh-Cavabdeh 2020-ci ilin əvvələrindən başlayaraq ayrı-ayrı tarixlərdə 180.000 manat pul vermiş, cavabdeh həmin vəsaitin 103.000 manat hissə-hissə qeri qaytarmış, qalan 77.000 manatı qaytarmaqdan imtina etmiş, müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bu səbəbə görə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət verərək cavabdeh-Cavabdeh etibarından sui-istifadə edərək dələduzluq yolu ilə külli miqdarda pulunu ələ keçirdiyini, qaytarmadığını göstərmiş və məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyata qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərdiyi vəsaitin cavabdehə verdiyi öz təsdiqini tapmışdır. Qərarda məsələnin mahiyyət etibarı ilə məhkəməyə aid olması səbəbindən mülki icraat qaydasında məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Daha sonra, Yasamal RPŞ-nə xx.xx.2020-ci ildə eyni məzmunlu şikayət ərizəsi verərək cavabdeh-Cavabdeh onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu ələ keçirdiyini,onu aldatdığını, pulu qaytarmaqdan imtina etdiyini göstərərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Yasamal RPŞ-si İŞ-si xx.xx.2021-ci il tarixdə qərar qəbul edərək toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərarlaradan görünür ki, Cavabdeh ona və başqalarına qarşı dələduzluq əməli törətmiş, lakin zərərin bir hissəsini ödədiyinə görə cinayət məsuliyyətindən yayına bilmişdir. Bununla belə aralarında mülki mübahisə olduğuna görə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Halbuki cavabdehin ziddiyyətli ifadələri ilə dələduzluq etdiyini etiraf etmişdir. Belə ki, cavabdeh bir yerdə pulu mebel biznesinə görə, digərində isə maşın alverinə görə, arada pulu faizə aldığını bildirmiş, tam fərqli izahatlar verərək guya pulu ondan qaynatasının tenderdə udduğuna görə pul lazım olduğunu demişdir. Bunlar ona dəlalət edir ki, istintaqa yalan ifadələr verib və cinayət məsuliyyətindən yayınıb. Hazırda cavabdehin ona 77000 manat borcu vardır və onu qaytarmaqdan imtina etdir. Azərbaycan Respublikası MM-in 445.1-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə,əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə,gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə həmin maddi hüquq normasına əsasən borclu ona 77000 manatın 5%-i miqdarında, yəni 3850 manat illik faiz ödəməlidir. Cavabdeh 80850 (səksən min səkkiz yüz əlli) manat pulun qətnamə qəbul edilən tarixdə Bank uçot dərəcəsini hesablamaqla xeyrinə tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddiaçını uşaqlıqdan tanıyır. Belə ki, uşaqlıqları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən məhəllədə keçmişdir. O, İddiaçı faizə pul götürmüşdür. Elçinə üç dəfəyə, hər dəfə 18.000 manatdan olmaqla 54.000 manat qaytarmışır. Sonradan bilmişdir ki, Elçinin ona faizə verdiyi həmin pul əslində onun deyilmişdir. Belə ki, o, həmin pulu X3 nisbətən aşağı faizə götürüb, ona eyni pulu daha yüksək, yəni 20 faizə verirmiş. Elçindən götürdüyü pulun qalan hissəsini Elçinə vaxtında qaytara bilmədi. Sonradan Elçin və Elçinin mənə verdiyi pulu götürdüyü Nadir Məmmədli ondan əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə, daha sonra isə Bakı şəhəri Yasamal RPİ-nə eyni məzmunlu şikayət ərizələri yazaraq şikayət etdilər. Lakin əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində xx.xx.2020-ci il tarixli qərarla, daha sonra da Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də aparılmış araşdırmanın nəticəsi üzrə qəbul edilmiş xx.xx.2021 -ci il tarixli qərarla əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edildi. Həmin şəxslər daha sonra eyni məzmunlu şikayət ərizəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə də ondan şikayət etdilər, lakin Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində aparılmış araşdırmanın da nəticəsində qəbul edilmiş qərarla əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edildi. İlk iddiaçıdan götürdüyü 102.000 manat puldan qalan borcunun əvəzində isə xx.xx.2021-ci il tarixdə qayınatası X6 tərəfindən İddiaçı ona verdiyi pulu götürdüyü X7 50.000 manat pul verilmişdir. Bu faktı qarşılıqlı iddia ərizəsinə qoşmada məhkəməyə təqdim etdiyi 50.000 manat pulun Nadir Məmmədli tərəfindən təhvil alınmasına dair tərtib edilib imzalanmış sənədin surəti (əsli Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə təqdim edilmişdir) təsdiq edir. Beləliklə, xx.xx.2021-ci il tarixdən sonra onun ilk iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır. İlk iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş qanuni qüvvədə olan qərarların surətlərindən də göründüyü kimi onun əməlində hər hansı, o cümlədən dələduzluq cinayətinin tərkibi yoxdur. Həmçinin onun barəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş olmağına dair də hər hansı siibut yoxdur. Belə olan halda ilk iddiaçının onun barəsində ilk iddia ərizəsində yazmaqla yaydığı «dələduzluq yolu ilə pulumu ələ keçirdiyini», «mənə və başqalarına qarşı dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» ifadələrinin həqiqətə uyğun olmayan məlumatlar, yəni yalan məlumatlar olduğu sübut olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməmiş istənilən şəxs barəsində «dələduzluq yolu ilə pulumu ələ keçirdiyini», «mənə və başqalarına qarşı dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi ifadələrin işlədilməsi ilə həmin şəxsin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnmiş olması mübahisəsizdir. ilk iddianın rədd edilərək ilk iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) üzərinə onun barəsində «dələduzluq yolu ilə pulunu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə ÜZR istəməsi öhdəlyinin qoyulmasına və ondan onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən «dələduzluq yolu ilə pulunu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi həqiqətə uyğun olmayan məlumatları yayması nəticəsində ona vurduğu mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilk iddia ərizəsində yazılanlara uyğun izahat verərək ilkin iddia tələbin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ilk iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsində təsvir olunanlara uyğun izahatını verərək əlavə olaraq bildirdi ki, o, həm Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatında, həm də ondan sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsində aparılmış araşdırma zamanı verdiyi izahatında, habelə bundan sonra da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma zamanı verdiyi izahatında, habelə hazırkı mülki iş üzrə məhkəmə iclaslarında verdiyi ifadələrində birmənalı olaraq bildirmişdir ki, İddiaçı ona verdiyi 165000 manat pul, sonradan bildiyinə görə əslində İddiaçı özünə məxsus olan pul vəsaiti olmamış, belə ki, İddiaçı həmin pulları X9 adlı şəxsdən faizə götürüb, sonradan özünün də faizini üstünə əlavə edərək ona vermişdir. Çünki İddiaçı onun qayınatası mərhum Mehman Məmmədova məxsus «Classi» mebel mağazasında günəmuzd elektrik olaraq işləmiş, orta aylıq qazancı təxminən 1000-1500 manat olan bir elektrikin birdən-birə 180000 manat pulunun olması və həmin pulu guya ona mebel işinə yatırmaq üçün verdiyi inandırıcı deyildir. Əslində İddiaçı faiz olaraq pul götürmüş, sonradan isə Elçinin verdiyi pulun Nadirdən alıb ona 20 faizlə verdiyini bilmişdir. O, şəxsən Nadirdən pul almamış, sonuncudan pulu Elçin alıb ona gətirmişdir. Eləcə də o, göstərmişdir ki, Nadir onun haqqında şər və böhtan izahat vermiş, onunla qazanc əldə etmək məqsədilə mebel işi qurmaq məqsədilə ondan pul almamış, şəxsən Elçin ona Samir və Namiqin yanında 102.000 manat pul vermiş, həmin vaxt Nadir orada olmamış. Elçinə həmin 102000 manata görə əlavə olaraq hər dəfə 18000 manat olmaqla üç dəfəyə cəmi 54000 manat qaytarmış, X7 mebeli işi qurub ona əldə etdiyi qazancdan 45 gündən bir 2020-ci ilin mart ayının axırlarında may ayının əvvəlində 15000 manat qazanc kimi verməmiş, ümumiyyətlə Nadirdən hər hansı məsqsədlə pul almamış, sonradan Elçindən aldığı 102000 manat pulun Nadirə məxsus olmasını eşidib-bilmiş, hazırda isə Elçindən faiz olaraq götürdüyü puldan 50000 manat borcu qalmış, Nadir və Elçin ondan şikayət etdikləri üçün Respublika Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış və orada qərar qəbul edilmişdir. X11 tərəfindən öz dəsti-xəttilə yazılmış xx.xx.2021-ci il tarixli qəbzlə onun qayınatası X6 50000 (əlli min) manat məbləğində pulu X4 atası X8 vermiş, sonuncu da həmin pulu alaraq bu faktı imzası ilə də təsdiq etmişdir. Qarşılıqlı iddia ilə bağlı isə ilk iddiaçı ilk iddia ərizəsində onun barəsində «dələduzluq yolu ilə pulumu ələ keçirdiyini», «mənə və başqalarına qarşı dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi məlumatlar yazmaqla, bunnula da həmin məlumatları yaymaqla cavabdehin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələnmiş, lakin yaymış olduğu həmin həqiqətə uyğun olmayan məlumatların doğru olduğuna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinindən məhkəməyə təqdim olunmuş vətəndaşlar İddiaçı, X12, X1, X13 və X2 müraciətləri əsasında toplanmış material üzrə həmin İdarənin Əməliyyat təminatı şöbəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı Vüqar Ağayev tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi qərar, həmin material üzrə alınmış İddiaçı və Cavabdeh izahatları, eləcə də için materiallarında olan İddiaçı və X4 müraciətləri əsasında toplanmış material üzrə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Məhəmmədli Cümşüdov tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 fevral 2021-ci il tarixli qərarı məhkəmə iclasında tədqiq edilərək müəyyən olunmuşdur ki, tərəflər həmin araşdırmalar zamanı izahatlarında qeyd etdikləri xüsusatlar məhkəmə iclasında ifadə edilmiş mövqelərinə uyğun olmuşdur. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, iddiaçını, eləcə də cavabdehi oğlunun dostları kimi tanıyır. Cavabdeh ona 248 000 ABŞ dolları borcu olmuş, həmin puldan 50000 manat sonuncunun qaynatası ödəmiş o isə hazırda məhkəmədə ona təqdim olunmuş qəbzi imzalamışdır. Həmin pul vəsaitinin İddiaçı heç bir aidiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə də, təsvir olunanlar ona dəlalət edir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmışdır. Qeyd edilən qanunvericilik aktı norması isə iddia tələbinin maddi hüquqi əsası kimi çıxış edir. Bu isə ona dəlalət edir ki, tərəflər arasında borc müqaviləsi bağlandığı andan müqavilə tərəflərinin hüquq və vəzifələri – borc verənin borcu tələb etmək hüququ, borc alanın borcu qaytarmaq vəzifəsi yaranmışdır. Hazırki ilkin iddia tələbi ilə bağlı olaraq iş üzrə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsini qanunverici aşağıdakı qaydada həll etmişdir. İddiaçı məhz 180000 manat məbləğində pulun borc verildiyini, cavabdeh isə borc müqavilələrində göstərilən məbləğlərin qaytarılmasını sübut etməlidir. Bununla belə qeyd edilməlidir ki, iddiaçı Cavabdeh həmin puldan 103 000 manat qaytarıldığını bildirmiş, cavabdehin mövqeyi isə ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə iddiaçıdan alınmış 165000 manat təşkil edən pul vəsaiti əslində iddiaçının digər şəxslərdən alınaraq faizlə ona verilmişdir. Hazırda isə həmin pulu tam qaytarmışdır. Lakin ilkin iddia üzrə cavabdehin öhdəliyinin tam icra olunmasını təsdiq edən sübut təqdim etməməsi ilə yanaşı məhkəmə o halı nəzərə alır ki, ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin müxtəlif vaxtlarda 103.000 manat pul aldığını etiraf etməsi ilkin iddia tələbinin həmin hissədə əsaslı olduğuna dəlalət edir. Öz növbəsində ilkin iddia üzrə cavabdeh borc məbləğinin İddiaçı aid edilməməsi və ümumiyyətlə bütün borcunun qaytarmış olduğunun qeyd etsə də hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki Mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir və kredit müqaviləsi borc alınmış pulu iddiaçıya qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Ancaq ilkin iddia üzrə cavabdehin bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun bildirdiklərini sübut edə bilməməsini göstərir. Onun vəsatəti əsasında dindirilmiş şahidin bildirdikləri isə ilkin iddia üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə aid deyildir. Məhkəmə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı borc pulun qaytarılmasına dair iddia tələbinin qismən yəni iddiaçının etirafı nəzərə alınmaqla (180.000-103.000) cəmi 77000 manat məbləğində pulun cavabdehdən tutulması yolverilən olmaqla qanuni və əsaslı hesab edir. Həmin hissədə iddia tələbi təmin olunaraq cavabdehdən borclu olduğu 77000 manat pul alınıb iddiaçıya verilməlidir. Bununla belə məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehdən borc məbləğinin illik 5 %-lə hesablanmış 3850 manat məbləğində pulun tutulmasına dair tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir. Həmin qərarda bildirilir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; Bu baxımdan məhkəmə bu hissədə iddia tələblərinə qiymət verib hesab edir ki, cavabdeh tərəfindən qaytarmalı olduğu pulların qanunsuz saxlamaları, qaytarmaqdan boyun qaçırmaları, ödənilməsini digər şəkildə gecikdirmələri və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplaması sübuta yetirilməmişdir. Odur ki, bu hissədə ilkin iddia əsassız olduğuna görə təmin edilməməidir. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi ona qarşı «dələduzluq yolu ilə pulumu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə ÜZR istəməsi öhdəlyinin qoyulmasına və ondan onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən «dələduzluq yolu ilə pulumu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi həqiqətə uyğun olmayan məlumatları yayması nəticəsində ona vurduğu mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat tələb etməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma, həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostların, tanışların və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Şərəf və ləyaqəti alçaltma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər; yazılı, şifahi, bədən hərəkətləri ilə və sair. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyləməklə, nalayiq sözlər söyləməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər. Şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər. Mühümü odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Azərbaycan Respublikası Konstitusiyasının 46 və 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin tələbinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirilməklə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə... məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər... Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s.) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Göründüyü kimi şərəf və ləyaqətin müdafiəsi ilə bağlı hallar araşdırılarkən yuxarıda göstərilən üç elementin vahidliyi mövcud olmalı, onlardan hər-hansı birinin olmaması şəxsin şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Hazırki iş üzrə cavabdehin iddiası barəsində yuxarıda qeyd edilən ünvanlara müraciət etməsi sonuncunun şərəf və ləyaqətini ləkələməsi kimi qiymətləndirilməməlidir. Hazırki qarşılıqlı iddianın kontekstində isə ilkin iddia üzrə iddiaçının konkret halda cavabdehin hərəkətlərindən iddia tələbində qeyd edilməsi Konstitusiyada nəzərdə tutulmuş məhkəməyə müraciət hüququndan istifadə etməsi həmin məlumatların iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilməməlidir. Belə olan halda isə iddiaçının iddia tələbini əsaslandıraraq cavabdehin hərəkətlərinə qiymət verib «dələduzluq yolu ilə pulumu ələ keçirdiyini», «ona və başqalarına dələduzluq əməli törətmiş», «dələduzluq etdiyini etiraf edib» kimi cümlələrinin işlətməsi onun (qarşılıqlı iddia üzrə iddiaçının) şərəf və ləyaqətinə zərər vurulması kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia tələbi təmin edilmədiyindən müvafiq olaraq həmin tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır. Çünki həmin tələb digər tələbdən birbaşa asılıdır və məhz onların mövcudluğu halında məhkəmə tərəfindən qiymətləndirilərək münasibət bildirilə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə iddia qismən təmin edilsin. ilkin idda üzrə Cavabdeh Sahı̇ b oğlundan ilkin iddia üzrə iddiaçı Qasımov Elçı̇ n Namı̇ q oğlunun xeyrinə 77000 (yetmiş yeddi min) manat məbləğində pul vəsaiti tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar