Məhkəmə qərarları › İş №2(010)-2833/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2833/2020

09.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2833/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbi ilə məhkəməyə müraciət edərək onun və oğlu xx.xx.2018-ci il təvəllüdlü oğlu X2 əvvəllər yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqularının müəyyən edilməsi və həmin ünvana köçürülmələrini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanda qeydiyyatda olsa da, hazırda faktiki olaraq atasına məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, ev 49, mənzil 26 ünvanında yerləşən bir otqalı mənzildə xx.xx.2018-ci il təvəllüdlü oğlu X4 ilə birlikdə yaşayır. xx.xx.2014-cü il tarixdə X5 ilə nikaha daxil olmuş, xx.xx.2020-ci il tarixdə nikahları pozulmuşdur. X5 ilə nikaha daxil olduqdan sonra, Seymura məxsus ünvan 1 ünvanda yaşamışlar. Göstərilən ünvanda yaşadıqları müddət ərzində həmin mənzildə əlavə olaraq mətbəx, sanitar qovşağı, qonaq otağı və zirzəmi tikərək artırmışlar. Həmin evdən çıxmağına baxmayaraq ona məxsus cehiz və digər şəxsi əşyaları bu günə qədər həmin mənzildədir. Hazırda atasına məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, ev 49, mənzil 26 ünvanında yerləşən bir otqalı mənzildə xx.xx.2018-ci il təvəllüdlü oğlu X4 ilə birlikdə yaşayır. Cavabdeh2 ilə ailə qurduqdan sonra ünvan 1 ünvanda yerləşən mənzildə xx.xx.2018-ci il təvəllüdlü oğlu X4 ilə yaşamaqlarına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatına alınmamışlar. Bu isə qeydiyyatla bağlı olaraq bir sıra əlavə problemlər yaradır. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verib, iddiasının təmin edilməsni xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçını və vəkilinin izahatını dinləyən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın tələbindən görünür ki, prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını müəyyən edir və mülki məhkəmə icraatının çəkişmə prinsipinə əsaslandığını müəyyən edir. MPM-nin 89.3.-cü maddəsinə əsasən lazımi sübutların (yazılı sübutlar) əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Hazırkı işdə tələbin əsasını iddiaçının mübahisə predmeti olan evə istifadə hüququnun əmələ gəlməsi təşkil edir ki, həmin hüquq əsasında da, iddiaçı tərəf evə köçürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının tələbinə görə daşınmazəmlakla bağlı hər hansı hüququn tanınmasını tələb etmək üçün ilk növbədə həmin əmlaka maddi hüquq normalarının tələblərinə müvafiq müqavilə əsasına və ya qanuni əsasa söykənən hüquq yaranmalıdır. Hazırkı işdən isə görünür ki, iddiaçının mübahisələndirdiyi əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənəd və ya digər sübut təqdim etməmişdir. Beləliklə,hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddiası təmin ediləsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar