Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2836/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh2 və Cavabdeh1 05A000030439 saylı kredit müqaviləsi üzrə müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1197.68 manat məbləğində kredit borcu və Cavabdeh2 05CL0000280 saylı kart hesabı üzrə kredit müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə 378.8 manat məbləğində kredit borcu, 629.01 manat məbləğində cərimə olmaqla, cəmi 1007.81 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 05A000030439 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.4167 % olmaqla 18 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1802.32 manat ödəniş etmiş və onun iddiaçıya 1197.68 manat kredit borcu qalmışdır. xx.xx.2014-cü il tarixli, 05A000030439 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Bundan başqa Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2014-cü il tarixdə 05CL0000280 saylı kart hesabı üzrə kredit müqaviləsi bağlanmış və illik faiz dərəcəsi 30% olmaqla 12 ay müddətinə kredit limiti daxilində plastik kart vasitəsi ilə 400 manat kredit götürmüşdür. Lakin cavabdeh dəfələrlə kredit ödənişlərini yubatmış və kredit borcunu və ona hesablanmış faizləri ödəməkdən qəsdən yayınır. Cavabdeh götürdüyü kreditdən 21.20 manat qaytarmış və 378.8 manat kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən kredit, kredit xəttinin müddəti bitənə qədər banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş status alır və illik 180 faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Beləliklə xx.xx.2020-ci il tarixə 1665 gün üçün hesablanmış cərimə 629.01 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmişdir. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli, 05A000030439 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 aylıq faiz dərəcəsi 2.4167 % olmaqla 18 ay müddətinə müqavilənin ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə X5 arasında 05A000030439A saylı zaminlik müqaviləsi bağlanmış, zamin borclunun öhdəliklərini tam icra etməsi üçün bank qarşısında tam məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 05CL0000280 saylı kart hesabı üzrə kredit müqaviləsindən görünür ki, bank borcalana illik 30% dərəcəsi ilə 400 manat məbləğində kredit xətti açır və kredit limiti daxilində kredit verir. xx.xx.2014-cü il tarixli ödəniş planından görünür ki, tərəflər ödəniş planını öz imzaları ilə təsdiq etmişlər. Həmin ödəniş planı üzrə gecikməyə görə gündəlik cərimə kredit qalığının 0.5 %-i miqdarında müəyyən edilmişdir. Xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu ödəmələri barədə xəbərdarlıq edilmiş, borcun ödənməyəcəyi təqdirdə hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh2 xx.xx.2020-ci il tarixinə banka 1197.68 manat məbləğində, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh2 xx.xx.2020-ci il tarixinə banka 378.8 manat əsas və 629.01 manat məbləğində cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin X1rumlarının dövlət reyestri məlumatları haqqında elektron portalından çıxarışın surətindən görünür ki, İddiaçı QSC xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmaqla, hüquqi ünvanı ünvan 1 məhəllə 1033-dür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, borclu hər iki müqavilə üzrə icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Lakin iddia tələbindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasının təmini üsulu kimi X5 ilə əsas kredit müqaviləsi ilə eyni tarixdə - xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı da bu müqavilə üzrə borcun ödənilməsini həm əsas borclu, həm də zamindən tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi zaminə münasibətdə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı iş üzrə cavabdeh X2 zamin olduğu kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 18 aylığa bağlanmışdır. Göründüyü kimi iddiaçı tərəfindən zaminə qarşı tələb irəli sürmək müddəti artıq keçmişdir. Odur ki, iddia cavabdeh X3 münasibətdə təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas borca münasibətdə qanuni və əsaslı olsa da, iddia tələbi dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Hazırkı işdən göründüyü kimi, iddiаçı cаvаbdehdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 629.01 manat məbləğində cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin «Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir xx xxxx 2009cu il tаrixli Plenum qərаrındа göstərilmişdir ki, «digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır. Məhkəmə hesab edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnun mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq kredit müqaviləsi üzrə 30 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 05A000030439 saylı kredit müqaviləsi üzrə 1197.68 manat məbləğində pul və 05CL0000280 saylı kart hesabı üzrə kredit müqaviləsi üzrə 378.8 manat məbləğində pul və 30 manat cərimə, 408.8 manat (dörd yüz səkkiz manat səksən qəpik) məbləğində pul tutulаrаq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qaldırılması üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 05A000030439 saylı kredit müqaviləsi üzrə 1197.68 manat məbləğində pul və 05CL0000280 saylı kart hesabı üzrə kredit müqaviləsi üzrə 378.8 manat məbləğində pul və 30 manat cərimə, 408.8 manat (dörd yüz səkkiz manat səksən qəpik) məbləğində pul tutulаrаq və 30 manat dövlət rüsumu tutlaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2836/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2836/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver