Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2839/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LİAC markalı kondisioner, GORENJE markalı mikser üçün 102 (bir yüz iki) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, 17.03.2019-cu il tarixli müqaviləsinə əsasən, ALYANS DOLAB, ALYANS TUMBA, ALYANS TERMO, Matras, Pufik-Yumşaq, ALYANS JURNALNİ, ALYANS KAMOD, ALYANS MASA, ALYANS VİTRİN, ANTUANETTA FS-08, Delta künc divan dəəsti üçün, 5966 (beş min doqquz yüz almış altı) manat ödənilməmiş hissə, 1790 (bir min yeddi yüz doxsan) manat dəbbə pulu, ümumilikdə, 7888 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7918 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddianın müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdeh, “xxxx” MMC ilə 01.07.2018-ci il tarixli və 17.03.2019-cu il tarixli müqavilələrinə əsasən, HOFFMANN LİAC markalı kondisioner, GORENJE markalı mikser və ALYANS DOLAB, ALYANS TUMBA, ALYANS TERMO, Matras, Pufık - Yumsaq, ALYANS JURNALNİ, ALYANS KAMOD, ALYANS MASA, ALYANS VİTRİN, ANTUANETTA FS-08, Delta kunc divan desti almış və nəticədə 7888 (yeddi min səkkiz yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1819 (min səkkiz yüz on doqquz) manat (18 ay x 100 manat + 19 manat ilkin ödəniş) HOFFMANN LİAC markalı kondisioner, GORENJE markalı mikser üçün ümumilikdə, 132 (yüz otuz iki) manat olmaqla ondan, 102 (yüz iki) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə borcu yaranmışdır. Cavabdeh digər həmin tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə 17.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 7409 (yeddi min dörd yüz doqquz) manat (23 ay x 314 manat + 187 manat ilkin ödəniş) ALYANS DOLAB, ALYANS TUMBA, ALYANS TERMO, Matras, Pufık - Yumsaq, ALYANS JURNALNİ, ALYANS KAMOD, ALYANS MASA, ALYANS VİTRİN, ANTUANETTA FS- 08, Delta kunc divan desti üçün ümumilikdə, 7756 (yeddi min yeddi yüz əlli altı) manat olmaqla ondan, 5966 (beş min doqquz yüz altmış altı) manat ödənilməmiş hissə, 1790 (min yeddi yüz doxsan) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3160 manat təşkil edir. HOFFMANN LİAC markalı kondisioner, GORENJE markalı mikser üçün 102 (bir yüz iki) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, 17.03.2019-cu il tarixli müqaviləsinə əsasən, ALYANS DOLAB, ALYANS TUMBA, ALYANS TERMO, Matras, Pufik-Yumşaq, ALYANS JURNALNİ, ALYANS KAMOD, ALYANS MASA, ALYANS VİTRİN, ANTUANETTA FS-08, Delta künc divan dəəsti üçün, 5966 (beş min doqquz yüz almış altı) manat ödənilməmiş hissə, 1790 (bir min yeddi yüz doxsan) manat dəbbə pulu hesablanmışdır.Bununla əlaqədar iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 6068 manat ödənilməmiş əsas borc, 1820 manat dəbbə pul vəsaitini, ümumilikdə 7888 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7918 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 01.07.2018-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən HOFFMANN LİAC markalı kondisioner, GORENJE markalı mikser almış və həmin əşyanı alınmasına görə 1819 manat pulu 18 ay ərzində, ilkin ödəniş 19 manat, hər ay 100 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 17.03.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən ALYANS DOLAB, ALYANS TUMBA, ALYANS TERMO, Matras, Pufık - Yumsaq, ALYANS JURNALNİ, ALYANS KAMOD, ALYANS MASA, ALYANS VİTRİN, ANTUANETTA FS- 08, Delta kunc divan desti almış və həmin əşyanı alınmasına görə 7409 manat pulu 23 ay ərzində, ilkin ödəniş 187 manat, hər ay 314 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 30 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 01.07.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LİAC markalı kondisioner, GORENJE markalı mikser üçün 102 (bir yüz iki) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu olmaqla ümumilikdə 132 (bir yüz otuz iki) manat; 17.03.2019-cu il tarixli müqaviləsinə əsasən ALYANS DOLAB, ALYANS TUMBA, ALYANS TERMO, Matras, Pufık - Yumsaq, ALYANS JURNALNİ, ALYANS KAMOD, ALYANS MASA, ALYANS VİTRİN, ANTUANETTA FS- 08, Delta kunc divan desti üçün 5966 (beş min doqquz yüz altmış altı) manat ödənilməmiş hissə, 1790 (bir min yeddi yüz doxsan) manat dəbbə pulu olmaqla, ümumilikdə 7756 (yeddi min yeddi yüz əlli altı) manat miqdarında borcu borcu vardır. Mülki iş materiallarında olan 28 oktyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxx” ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 19.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh, “xxxx” MMC ilə 01.07.2018-ci il tarixli və 17.03.2019-cu il tarixli müqavilələrinə əsasən, HOFFMANN LİAC markalı kondisioner, GORENJE markalı mikser və ALYANS DOLAB, ALYANS TUMBA, ALYANS TERMO, Matras, Pufık - Yumsaq, ALYANS JURNALNİ, ALYANS KAMOD, ALYANS MASA, ALYANS VİTRİN, ANTUANETTA FS-08, Delta kunc divan desti almış və nəticədə 7888 (yeddi min səkkiz yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1819 (min səkkiz yüz on doqquz) manat (18 ay x 100 manat + 19 manat ilkin ödəniş) HOFFMANN LİAC markalı kondisioner, GORENJE markalı mikser üçün ümumilikdə, 132 (yüz otuz iki) manat olmaqla ondan, 102 (yüz iki) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 7409 (yeddi min dörd yüz doqquz) manat (23 ay x 314 manat + 187 manat ilkin ödəniş) ALYANS DOLAB, ALYANS TUMBA, ALYANS TERMO, Matras, Pufık - Yumsaq, ALYANS JURNALNİ, ALYANS KAMOD, ALYANS MASA, ALYANS VİTRİN, ANTUANETTA FS- 08, Delta kunc divan desti üçün ümumilikdə, 7756 (yeddi min yeddi yüz əlli altı) manat olmaqla ondan, 5966 (beş min doqquz yüz altmış altı) manat ödənilməmiş hissə, 1790 (min yeddi yüz doxsan) manat dəbbə pulu hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, 6068 manat məbləğində əsas borc Əliyev Elməddin Tofiq oğlundan tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 01.07.2018-ci il tarixli və 17.03.2019-cu il tarixli müqaviləsinin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 6068 manat məbləğində əsas borca tənasübsüz olaraq 1820 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 1820 manat məbləğində cərimə pulu azaldılaraq 80 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 6068 (altı min alktmış səkkiz) əsas borcu, 80 (səksən) manat cərimə pulu olmaqla, ümumilikdə 6148 (altı min bir yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti iddia qismən təmin edildiyindən 24 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 01.07.2018-ci il tarixli və 17.03.2019-cu il tarixli müqavilələrinə əsasə 6068 (altı min alktmış səkkiz) əsas borcu, 80 (səkkiz) manat cərimə pulu olmaqla, ümumilikdə 6148 (altı min bir yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin əvəzi qismində 24 (iyirmi dörd) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2839/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2839/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver