Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2840/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ HakimMəmmədov Tural Nurulla oğlunun sədrliyi, X10 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək xx xxxx 2020-ci il tarixindən cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, xx xxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxx 2012-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 340 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il taixli, 2 (010)-2997/2015 saylı qətnaməsinə əsasən 216 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda uşaqlarının 10 və 8 yaşları var, qət edilən 216 manat onların maddi ehtiyaclarını ödəmir. Ona görə də, cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. İddiaçı iddia tələbini müdafiə edərək aliment məbləğinin artırılaraq hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Beləliklə, işin halları ilə müəyyən edilir ki, tərəflər arasında rəsmi nikah mövcud olmuş, birgə nikahdan onların iki övladları vardır. Sonradan nikah məhkəmə qaydasında pozulmuş, cavabdehdən hər uşağa görə 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı aliment məbləğinin artırılaraq hər uşağa görə 170 manat müəyyən edilməsini xahiş edir. İşdə olan Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(010)- 2997/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X2 Cavabdeh qarşı nikahın ləğvi və aliment tutulması tələbinə dair iddiası təmin edilmiş, Bakı nikah evi tərəfindən 611 № li qeydlə xx.xx.2009-cu ildə X8 ilə X3 arasında bağlanmış nikah ləğv edilmiş, xx.xx.2009-cu ildə doğulmuş X9 və xx.xx.2012-ci ildə doğulmuş X4 anası X2 yanında saxlanılması, Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X6 və xx.xx.2012ci ildə doğulmuş X1 üçün iddiaçı X2 xeyrinə xx xxxx 2015-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manata çatmışdır. Ona görə də bir uşağın saxlanılması üçün təyin edilən alimentin miqdarı 2020-ci il üçün nəzərdə tutulmuş uşaqlar üçün yaşayış minimumuna uyğun olmalıdır. Məhkəmə hazırkı işdə alimentin artırılaraq 170 manat müəyyən edilməsini azyaşlının hüquq və mənafeləri baxımından qanuni hesab edir. Məhkəmə hər uşağa görə məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin artırılaraq hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat təyin edilməsini qanuni və əsaslı hesab edir. İddia tələbini alimentin xx xxxx 2020-ci il tarixdən hesablanmaqla tutulması hissəsini məhkmə əsaslı hesab etmir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında. Prosessual qanunvericiliyin tələbindən göründüyü kimi, dərhal icra olunmalı qətnamələr sırasında alimentin artırılması tələbinin təmin edilməsi barədə qətnamələr nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)- 2997/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə tutulmuş alimentin məbləğinin artırılaraq hər uşaq üçün hər ay 170 manat olmaqla, hər ay cəmi 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2840/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2840/2020
13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver