Məhkəmə qərarları › İş №2(010)-2843/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2843/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2843/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.02.2019-cu il tarixli müqaviləsinə əsasən, Lenovo İdeapad markalı kompüter üçün 1035 (min otuz beş) manat ödənilməmiş əsas borc, 310 (üç yüz on)manat dəbbə pulu, cəmi 1345 manat, 25.03.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********98902 HOFFMANN Neo A900, İMEİ kodu **********53108 HOFFMANN Neo A900 markalı 2 ədəd telefon üçün 80 (səksən) manat ödənilməmiş əsas borc, 22 (iyirmi iki) manat dəbbə pulu, cəmi 102 manat, 15.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41382 Samsung Galaxy A50 markalı telefon üçün 443 (dörd yüz qırx üç) manat ödənilməmiş əsas borc, 132 (yüz otuz iki) manat dəbbə pulu, cəmi 575 manat, 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 976 (doqquz yüz yetmiş altı) manat ödənilməmiş əsas borc, 288 (iki yüz səksən səkkiz) manat dəbbə pulu, cəmi 1264 manat, ümumilikdə 3286 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3316 manat Cavabdeh alınaraq “xxxx’’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddianın müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdeh, “xxxx” MMC ilə 03.02.2019-cu il, 25.03.2019-cu il, 15.05.2019-cu il, 10.07.2019-cu il, tarixlərindəki müqavilələrinə əsasən, Lenovo İdeapad markah kompüter, İMEİ kodu **********98902 HOFFMANN Neo A900, İMEİ kodu **********53108 HOFFMANN Neo A900 markalı 2 ədəd telefon, İMEİ kodu **********41382 Samsung Galaxy A50 markalı telefon, Samsung LED markalı televizor almış və nəticədə 3286 (üç min iki yüz səksən altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1667 (min altıyüz altmış yeddi) manat (24 ay x 69 manat + 11 manat ilkin ödəniş) olan Lenovo İdeapad markalı kompüter üçün 1345 (min üç yüz qırx beş) manat olmaqla ondan, 1035 (min otuz beş) manat ödənilməmiş əsas borc, 310 (üç yüz on) manat dəbbə pulu; 25.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 300 (üç yüz) manat (12 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********98902 HOFFMANN Neo A900, İMEİ kodu **********53108 HOFFMANN Neo A900 markalı 2 ədəd telefon üçün 102 (yüz iki) manat olmaqla ondan, 80 (səksən) manat ödənilməmiş əsas borc, 22 (iyirmi iki) manat dəbbə pulu; 15.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 882 (səkkiz yüz səksən iki) manat (16 ay x 55 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********41382 Samsung Galaxy A50 markah telefon üçün 575 (beş yüz yetmiş beş) manat olmaqla ondan 443 (dörd yüz qırx üç) manat ödənilməmiş əsas borc, 132 (yüz otuz iki) manat dəbbə pulu; 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1451 (min dörd yüz əlli bir) manat (18 ay x 80 manat + 11 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor üçün 1264 (min iki yüz altmış dörd) manat olmaqla ondan 976 (doqquz yüz yetmiş altı) manat ödənilməmiş əsas borc, 288 (iki yüz səksən səkkiz) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1766 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa. müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. 03.02.2019-cu il tarixli müqaviləsinə əsasən, Lenovo İdeapad markalı kompüter üçün 1035 (min otuz beş) manat ödənilməmiş əsas borc, 310 (üç yüz on)manat dəbbə pulu, cəmi 1345 manat, 25.03.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********98902 HOFFMANN Neo A900, İMEİ kodu **********53108 HOFFMANN Neo A900 markalı 2 ədəd telefon üçün 80 (səksən) manat ödənilməmiş əsas borc, 22 (iyirmi iki) manat dəbbə pulu, cəmi 102 manat, 15.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41382 Samsung Galaxy A50 markalı telefon üçün 443 (dörd yüz qırx üç) manat ödənilməmiş əsas borc, 132 (yüz otuz iki) manat dəbbə pulu, cəmi 575 manat, 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 976 (doqquz yüz yetmiş altı) manat ödənilməmiş əsas borc, 288 (iki yüz səksən səkkiz) manat dəbbə pulu, cəmi 1264 manat, ümumilikdə 3286 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3316 manat Cavabdeh alınaraq “xxxx’’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh öz izahatına əsasən, iddia tələbini qəbul etdiyini və cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməlidir. Mülki iş materiallarında olan 03.02.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən, Lenovo İdeapad markalı komputer almış və həmin əşyanı alınmasına görə 1667 manat pulu 24 ay ərzində, ilkin ödəniş 11 manat, hər ay 69 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 25.03.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********98902 HOFFMANN Neo A900, İMEİ kodu **********53108 HOFFMANN Neo A900 markalı 2 ədəd telefon almış və həmin əşyanı alınmasına görə 300 manat pulu 12 ay ərzində, ilkin ödəniş 0 manat, hər ay 25 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 15.05.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********41382 Samsung Galaxy A50 markalı telefon almış və həmin əşyanın alınmasına görə 882 manat pulu 16 ay ərzində, ilkin ödəniş 2 manat, hər ay 55 manat, ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 10.07.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən Samsung LED markalı televizor almış və həmin əşyanı alınmasına görə 1451 manat pulu 18 ay ərzində, ilkin ödəniş 11 manat, hər ay 80 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 19 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 03.02.2019-cu il tarixli müqaviləsinə əsasən, Lenova İdeapad markalı kompüter üçün 1035 (bir min otuz beş) manat ödənilməmiş əsas borc, 310 (üç yüz on) manat dəbbə pulu olmaqla ümumilikdə 1345 (bir min üç yüz qırx beş) manat; 25.03.2019cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********98902 HOFFMANN Neo A900, İMEİ kodu **********53108 HOFFMANN Neo A900 markalı 2 ədəd markalı telefon üçün 80 (səksən) manat ödənilməmiş əsas borc, 22 (iyirmi iki) manat dəbbə pulu olmaqla, ümumilikdə 102 (bir yüz iki) manat, 15.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41382 Samsung Galaxy A50 markalı telefon üçün 443 (dörd yüz qırx üç) manat ödənilməmiş əsas borc, 132 (bir yüz otuz iki) manat dəbbə pulu olmaqla ümumilikdə 575 (beş yüz yetmiş beş) manat, 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 976 (doqquz yüz yetmiş altı) manat ödənilməmiş əsas borc, 288 (iki yüz səksən səkkiz ) manat dəbbə pulu olmaqla ümumilikdə 1264 (bir min iki yüz altmış dörd) manat miqdarında borcu borcu vardır. Bütün müqavilələr üzrə ümumilikdə 2534 (iki min beş yüz otuz dörd manat) manat ödənilməmiş əsas borc, 752 (yeddi yüz əlli iki) manat dəbbə pulu olmaqla, cəmi 3286 (üç min iki yüz səksən altı) manat məbləğində borcu vardır. Mülki iş materiallarında olan 23 iyul 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxx” ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 10.02.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh, “xxxx” MMC ilə 03.02.2019-cu il, 25.03.2019-cu il, 15.05.2019-cu il, 10.07.2019-cu il, tarixlərindəki müqavilələrinə əsasən, Lenovo İdeapad markah kompüter, İMEİ kodu **********98902 HOFFMANN Neo A900, İMEİ kodu **********53108 HOFFMANN Neo A900 markalı 2 ədəd telefon, İMEİ kodu **********41382 Samsung Galaxy A50 markalı telefon, Samsung LED markalı televizor almış və nəticədə 3286 (üç min iki yüz səksən altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1667 (min altıyüz altmış yeddi) manat (24 ay x 69 manat + 11 manat ilkin ödəniş) olan Lenovo İdeapad markalı kompüter üçün 1345 (min üç yüz qırx beş) manat olmaqla ondan, 1035 (min otuz beş) manat ödənilməmiş əsas borc, 310 (üç yüz on) manat dəbbə pulu; 25.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 300 (üç yüz) manat (12 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********98902 HOFFMANN Neo A900, İMEİ kodu **********53108 HOFFMANN Neo A900 markalı 2 ədəd telefon üçün 102 (yüz iki) manat olmaqla ondan, 80 (səksən) manat ödənilməmiş əsas borc, 22 (iyirmi iki) manat dəbbə pulu; 15.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 882 (səkkiz yüz səksən iki) manat (16 ay x 55 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********41382 Samsung Galaxy A50 markah telefon üçün 575 (beş yüz yetmiş beş) manat olmaqla ondan 443 (dörd yüz qırx üç) manat ödənilməmiş əsas borc, 132 (yüz otuz iki) manat dəbbə pulu; 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1451 (min dörd yüz əlli bir) manat (18 ay x 80 manat + 11 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor üçün 1264 (min iki yüz altmış dörd) manat olmaqla ondan 976 (doqquz yüz yetmiş altı) manat ödənilməmiş əsas borc, 288 (iki yüz səksən səkkiz) manat dəbbə miqdarında borc yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 2534 manat məbləğində əsas borc Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 03.02.2019-cu il, 25.03.2019-cu il, 15.05.2019-cu il, 10.07.2019-cu il tarixli müqaviləsinin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 2534 manat məbləğində əsas borca tənasübsüz olaraq 752 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 752 manat məbləğində cərimə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2534 (iki min beş yüz otuz dörd) manat əsas borcu, 50 (əlli) manat cərimə pulu olmaqla, ümumilikdə 2584 (iki min beş yüz səksən dörd) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitininn əvəzi qismində 26 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 2534 (iki min beş yüz otuz dörd) manat əsas borcu, 50 (əlli) manat cərimə pulu olmaqla, ümumilikdə 2584 (iki min beş yüz səksən dörd) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin əvəzi qismində iddia qismən təmin edildiyindən 26 (iyirmi altı) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar