Məhkəmə qərarları › İş №2(010)-2853/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2853/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2853/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı BOKT «xxxxxxxxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT «xxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı BOKT «xxxxxxxxxx» MMC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT «xxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə 1137,85 manat əsas borc, 206,67 manat faiz borcu, 170,68 manat cərimə borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 1545,60 manat kredit borcunun tutularaq BOKT «xxxxxxxxxx» MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində BOKT «xxxxxxxxxx» MMC ilə Cavabdeh arasında 166-EMB-0430-18 nömrəli kredit müqaviləsi və ona 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 34 faizlə 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020-ci il tarixə 1137,85 manat əsas borc, 206,67 manat faiz borcu, 170,68 manat cərimə borcu olmaqla, cəmi 1515,20 manat borcu qalmışdır. Kreditin qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz və cərimələr qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçı BOKT «xxxxxxxxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddiaçı BOKT «xxxxxxxxxx» MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 166-EMB-0430-18 nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 34 faizlə 2500 manat məbləğində kredit verilmişdir. O, həmin məbləği qızına vermiş və razılaşmalarına əsasən qalıq borcu da sonuncu ödəməli olmuşdur. Onlar borc məbləğinin xeyli hissəsini ödəmişlər, lakin qalıq borcu birdəfəyə ödəmək imkanı yoxdur. Lakin cərimə borcu ilə bağlı güzəşt edilərsə qalıq borcu qısa müddətdə ödəməyə çalışacaqdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - BOKT «xxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 166-EMB-0430-18 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 34 % olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə Əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 ay ərzində hər ay ödəniş cədvəlinə uyğun 145 manat, sonuncu ay isə 145,78 manat məbləğində annuitet ödəniş etməklə kredit borcunu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə 1137,85 manat əsas borc, 206,67 manat faiz borcu, 170,68 manat cərimə borcu olmaqla, cəmi 1515,20 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli BOKT «xxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, sonuncunun borcunun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh BOKT «xxxxxxxxxx» MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Ona görə də, məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh 1137,85 manat əsas borc, 206,67 manat faiz borcun tutulmasını əsaslı sayır. Tələb edilən cərimə borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 170,68 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 5 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, 166-EMB- 0430-18 saylı kredit müqaviləsi üzrə 1137,85 manat əsas borc, 206,67 manat faiz borcu, 5 manat cərimə borcu olmaqla, cəmi 1349,52 (bir min üç yüz qırx doqquz manat əlli iki qəpik) manat kredit borcu, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat və bank xidmət haqqı olan 0,40 (qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı X3 Təşkilatı "xxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, 166-EMB-0430-18 saylı kredit müqaviləsi üzrə 1137,85 manat əsas borc, 206,67 manat faiz borcu, 5 manat cərimə borcu olmaqla, cəmi 1349,52 (bir min üç yüz qırx doqquz manat əlli iki qəpik) manat kredit borcu, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat və bank xidmət haqqı olan 0,40 (qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı X3 Təşkilatı "xxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar