Məhkəmə qərarları › İş №2(010)-2862/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2862/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2862/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2014-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 372,38 manat məbləğində əsas borcun, 143,34 manat məbləğində faiz borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-2508/2014 saylı məhkəmə əmri ilə borclular Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 372,38 manat məbləğində əsas borc, 143,34 manat məbləğində faiz borcu və 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 535,72 manat miqdarında borc məbləği kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyriniə tutulması əmr edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-2508/2014 saylı məhkəmə əmri ləğv edilmiş və iş üzrə materiallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2013-cü il tarixli istehlak kredit müqaviləsinə əsasən bank cavabdehə 6 ay müddətinə illik 30% olmaqla 500 manat məbləğində kredit vermişdir. Cavabdeh1 həmin müqaviləni Cavabdeh2 zamini kimi imzalamış və müqavilənin 5.6.3-cü bəndinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəlikləriniicra etmədiyi tədqirdə Cavabdeh2 ilə bank qarşısında birgə məsuliyyət daşımasını üzərinə götürmüşdür. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtənda və lazımı qaydada icra etmədiyindən qeyd olunan müqavilə üzrə yaranmış borcun tutulması ilə bağlı xx xxxxx 2014-cü il tarixdə məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhəkəməsinin xx xxxxx 2014-cü il tarixli əmri ilə hər ikji cavabdehdən müştərək qaydada 372, 38 manat məbləğində əsas borcun, 143,34 manat faiz borcunun və 20 manat dövlət rüsumunun, cəmi 535,72 manat borcun tutulması barədə məhkəmə əmri qəbul olunmuşdur. Buna baxmayaraq məhkəmə qərarı ilı müəyyən olunan borc hazıra kimi banka ödənilməmişdir. Belə olan halda tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etməyərək izahatında göstərdi ki, cavabdehin xahişi ilə bankla müqaviləni imza etmişdir. Belə olan halda Cavabdeh2 öz borcunu ödəmək iqtidarında olduğuna görə özünə münasibətdə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh2 “Kredit alan”, Cavabdeh1 “Zamin” olmaqla, onlarla İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2013-cü il tarixli Z-FG03438Q/13A saylı müqaviləyə əsasən, Cavabdeh2 illik 30% ödəmək şərti ilə 6 ay müddətinə 500 manat məbləğində kredit vermişdir. Borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zamin Cavabdeh1 da “Bank” qarşısında öhdəlikləri yaranmış və onların Banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlə birlikdə cəmi 515,72 manat təşkil edir. Bunun 372,38 manatı əsas məbləğ üzrə borc və 143,34 manatı isə faiz üzrə borc təşkil edir. Borclular müqavilənin şərtlərini pozmuş və müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. İş materiallannda olan xx xxxx 2014-cü il tarixli, 1239/12 CSD saylı arayışdan görünür ki, xx xxxx 2013-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 "İddiaçı" ASC-yə 372,38 manat əsas borc, 143,34 manat məbləğində faiz borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı ASC ilə bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və sonuncunun iddiaçı qarşısında 372,38 manat məbləğində əsas borc, 143,34 manat məbləğində faiz borcu yaranmışdır. Cavabdeh1 da zaminlik müqaviləsi üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və Cavabdeh2 borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2013-cü il tarixli Z-FG03438Q/13A saylı kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, bu öhdəliyin lazımınca icra edilməməsi sayılmalıdır. Həmçinin Cavabdeh1 borcalan Cavabdeh2 məsuliyyətini öz üzərlərinə götürdüyündən hər iki cavabdeh kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 372,38 manat məbləğində əsas borc, 143,34 manat məbləğində faiz borcu olmaqla – cəmi 515,72 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 112.1 və 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı məhkəmə əmri çıxarılması üçün ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Təsvir olunanlara əsasən, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərə aid edilərək, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 372,38 (üç yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 143,34 (bir yüz qırx üç manat otuz dörd qəpik) manat məbləğində faiz borclu olmaqla cəmi 515,72 (beş yüz on beş manat yetmiş iki qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar