Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2895/2020 17.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclas katibi x1 iştirakı ilə, İddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhərində 17 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı BOKT «xxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh «17» Fevral 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 413.98 (dörd yüz on üç 98 qəpik) manat, «19» Fevral 2018-ci il il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfı) manat, cərimə üzrə 0.00 (sıfı) manat olmaqla ümumilikdə 413.98 (dörd yüz on üç manat 98 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 20 manat pul vəsaitinin x4 Təşkilatı “Azkredi MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT «xxxxxxxx» MMC tələbini onunla əsaslandırmışdır ki, x4 Təşkilatı “x3” MMC-nin Gədəbəy filialı ilə Cavabdeh arasında bağlanmış «17» Fevral 2016-cı il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə «19» Fevral 2018-ci il il tarixə qədər illik 25 % dərəcəsini tətbiq etməklə 1027 manat (bir min iyirmi yeddi manat) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2 və 4.1ci bəndləri). BOKT “x3” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh «12» May 2020-ci il il tarixli arayışa əsasən BOKT “xxxxxxxx” MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 413.98 (dörd yüz on üç 98 qəpik) manat, faiz üzrə 0.00 (sıfı) manat, vərimə üzrə 0.00 (sıfı) manat olmaqla ümumilikdə 413.98 (dörd yüz on üç 98 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, Cavabdeh «17» Fevral 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 413.98 (dörd yüz on üç 98 qəpik) manat, «19» Fevral 2018-ci il il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfı) manat, cərimə üzrə 0.00 (sıfı) manat olmaqla ümumilikdə 413.98 (dörd yüz on üç manat 98 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 20 manat pul vəsaitinin x4 Təşkilatı “Azkredi MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə mövcuddur və tələb MPM-nin 284-1-ci maddəsinə uyğundur. Ərizə icraata qəbul edilmiş və Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat icraatında baxılmışdır. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, x4 Təşkilatı “x3” MMC-nin Gədəbəy filialı ilə Cavabdeh arasında bağlanmış «17» Fevral 2016-cı il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə «19» Fevral 2018ci il il tarixə qədər illik 25 % dərəcəsini tətbiq etməklə 1027 manat (bir min iyirmi yeddi manat) məbləğində kredit verilmişdir. İş materiallarında olan 17.02.2016-cı il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdeh tərəfindən aylıq ödənişlərin ayda 43 manat olmaqla, 19.02.2018-ci il tarixədək yekunlaşdıırlması nəzərdə tutulub. İş materiallarında olan 17.02.2016-cı il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh 1027 manat məbləğində pulu tam şəkildə qəbul etmişdir. İş materiallarından müəyyən olunur ki, BOKT “x3” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir) İş materiallarında olan 12.05.2020-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, cavabdehin 19.02.2018-ci il tarixinə BOKT «xxxxxxxx» MMC-ə 413,98 manat əsas borcu vardır. İş materiallarında olan xəbərdalıqdan və onun ünvan sahibinə çatdırılmasının təsdiq edən qəbzdən müəyyən olunur ki, Cavabdeh öhdəliklərinin icrası barədə xəbərdar edilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından BOKT «xxxxxxxx» MMC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 20 AZN dövlət rüsumu cavabdehdən BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh BOKT «xxxxxxxx» MMC-nin xeyrinə 413,98 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 20 AZN ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh BOKT «xxxxxxxx» MMC-nin xeyrinə 413,98 manat əsas borc və ödənilmiş 20 AZN dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №2(010)-2895/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2895/2020
17.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver