Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-29/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Suraxanı rayon Mühafizə şöbəsinə qarşı “obyektdən istifadənin qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Suraxanı rayon Mühafizə şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı1 sahibliyində və istifadəsində olan “Tropikanka” kafesinin Suraxanı rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən ondan alınaraq və kafenin işçilərinin zorla kafedən çıxarılaraq Cavabdeh təhvil verilməsi, həmin kafenin xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək Cavabdeh sahibliyində və istifadəsində olmasının qanunsuz hesab edilməsi, Cavabdeh İddiaçı1 vurulmuş maddi ziyan hesabına 40000 manat, mənəvi ziyan hesabına 100000 manat, ödənilmiş dövlət rüsumu hesabına 30 manat pulun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh Suraxanı rayon Mühafizə Şöbəsinin əməkdaşları xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 sahibliyində və istifadəsində olan kafeni əllərindən alaraq və kafenin işçilərini zorla kafedən çıxararaq iş üzrə digər Cavabdeh təhvil verməklə iddiaçıların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurduqlarından AR Cinayət Məcəlləsinin 309.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri barədə AR MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxatılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6.-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Suraxanı rayon Mühafizə şöbəsinə qarşı “obyektdən istifadənin qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərinə və işə onların iştirakları olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etmədiklərinə görə baxılmamış saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Suraxanı rayon Mühafizə şöbəsinə qarşı “obyektdən istifadənin qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-29/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-29/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver