Məhkəmə qərarları › İş №2(010)-29/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-29/2022

30.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-29/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili X5, Cavabdeh vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1na fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1621 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul (keçmiş Pleşakov) küçəsi, 2 saylı binanın sol tərəfində yerləşən 600 kv.m torpaq sahəsinin onun ölçülərinin hüdudları daxilində hasara alınmasına maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Hüseynağa Nəcəfqulu oğlu onun doğma atasıdır. Sonuncuya Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1621 saylı sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul (keçmiş Pleşakov) küçəsi, 2 saylı binanın sol tərəfində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və ayrılmış torpaq sahəsinə dair xx.xx.1998-ci il tarixdə ayrıca akt tərtib edilmişdir. Bundan sonra atası və onun tərəfindən 1999-cu ildə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər, həmin vaxtdan hazıradək qeyd olunan fərdi yaşayış evində yaşayırlar. Həmin fərdi yaşayış evinə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/03-8/2302 nömrəli xx.xx.2005-ci il tarixli məktubla ünvan 1 ünvanı təyin edilmişdir. X1 25 iyun 2014cü ildə vəfat etdikdən sonra, həmin fərdi yaşayış evi onun və ailəsinin istifadəsində olmaqla, hazıradək həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Atası vəfat etdikdən sonra, qeyd olunan sərəncamın onun adına dəyişdirilməsi ilə əlaqədar Suraxanı rayonu İcra Hakimiyyətinə müraciət etsə də, xx.xx.2014-cü il tarixli məktubla ona həmin torpaq sahəsini vərəsəliklə adına keçirməsi tövsiyyə edilmişdir. Bundan sonra vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri 10 saylı Notariat ofisinə müraciət etmiş və ona həmin torpaq sahəsinə mərhum atasının adına çıxarış verilməsi üçün ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktub verildi. Həmin quruma müraciət etdikdə məlum oldu ki, torpaq sahəsinə çıxarış verilməsi üçün onun hüdudları hasara alınmalıdır, əks təqdirdə çıxarışın verilməsindən imtina edilə bilər. Atasının adına olmasına baxmayaraq, faktiki onun istifadəsində olan torpaq sahəsi üç tərəfdən hasara alınsa da, qonşusu olan Cavabdeh ilə arasında sahə hasarlanmamışdır. Dəfələrlə cavabdehə və onun valideynlərinə istifadəsində olan torpaq sahəsinin hasara alınmasına maneə yaratmamaqla bağlı müraciət etsə də, cavabdeh əsassız mübahisə yaradaraq, həmin torpaq sahəsinin ona və ailə üzvlərinə heç bir aidiyyəti olmadığı halda, arasında hasar çəkilməsinə əsassız maneə yaradır. Bu səbəbdən o, istifadəsində olan torpaq sahəsinin hasarlanmasını həyata keçirə bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1998-ci il tarixdə 1621 saylı sərəncama əsasən Hüseynağa Nəcəfqulu oğluna fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsi, Pleşakov küçəsi 2 saylı evin sol tərəfindəki sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin həmin sərəncamda torpaq sahəsinin yerləşdiyi ərazi göstərilməmişdir. Həmin 6 sot torpaq sahəsinin iddiaçıya aid olması sübut edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin 19 aprel 2005-ci il tarixli məktubundan görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “14 iyul” küçəsində Hüseynağa Nəcəfqulu oğlu tərəfindən tikilmiş fərdi yaşayış evinə “ünvan 3 ünvanı təyin edilmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı 675399 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Hüseynağa Nacafquli oğlu 25 iyun 2014-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ 652964 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. X2, anası X9. İş materiallarına əlavə edilmiş Yeni Suraxanı qəsəbəsi inzibati ərazi dairəsinin 13 fevral 2020-ci il tarixli 453 saylı arayışından görünür ki, İddiaçı 1999-cu ildən Yeni ünvan 5 ünvanında qeydiyyatsız yaşayır. Həyat yoldaşı X3, oğlu X6r. Sərəncam 21 sentyabr 1998ci ildə mərhum Hüseynağa Nacafquli oğlunun adınadır. İş materiallarına əlavə edilmiş Yeni Suraxanı qəsəbəsi inzibati ərazi dairəsinin 16 fevral 2020-ci il tarixli 352 saylı arayışından görünür ki, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsi ev 22A-da X4 qeydiyyatdadır və yaşayır. Anası və atası bu ünvanda qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarından əlavə olunmuş Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1998-ci il tarixdə 1621 saylı sərəncamdan görünür ki, Hüseynağa Nəcəfqulu oğluna fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsi, Pleşakov küçəsi 2 saylı evin sol tərəfindəki sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüququ şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 16 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1621 saylı sərəncamına əsasən Hüseynağa Nəcəfqulu oğluna ayrılmış və xx.xx.1998-ci il tarixli ayrıc aktında torpaq sahəsinin perimetrik ölçüləri, istinad və istinad məsafələri qeyd edilmədiyindən sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Şərti işarələnmiş sahə ilə mövcud göstərilən sahə uyğun gəlmir. İddiaçının sənəd üzrə torpaq sahəsi 600 kv.m, faktiki istifadəsində olan sahə 255 kv.m təşkil edir. Qeyd olunan Ayrıc Aktında (cizgidə) istinad məsafələri və ölçüləri qeyd olunmadığı üçün sahənin naturada tanıdılması mümkün olmamışdır. Bununla bağlı cizgini tərtib edən təşkilata müraciət olunmalıdır. Qeyd olunan sualın cavabı 1-ci və 3-cü sualların cavab bəndində aydın göstərilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli 10/5812 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X12 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşunun təşkil şöbəsinin mühəndisi Elnur Quliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1621 saylı sərəncamına əsasən Hüseynağa Nəcəfqulu oğluna ayrılmış və xx.xx.1998-ci il tarixli ayrıc aktında torpaq sahəsinin perimetrik ölçüləri, istinad və istinad məsafələri qeyd edilmədiyindən sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən: İddiaçının sənəd üzrə torpaq sahəsi 600 kv.metr, faktiki istifadəsində olan sahə 255 kv.metr təşkil edir. Mütəxəssis rəyinə əsasən: Qeyd olunan Ayrıc Aktında (cizgidə) istinad məsafələri və ölçüləri qeyd olunmadığı üçün sahənin naturada tanıdılması mümkün olmamışdır. Bununla bağlı cizgini tərtib edən təşkilata müraciət olunmalıdır. Mütəxəssis rəyinə əsasən: Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1621 saylı sərəncamına əsasən Hüseynağa Nəcəfqulu oğluna ayrılmış və xx.xx.1998-ci il tarixli ayrıc aktında torpaq sahəsinin perimetrik ölçüləri, istinad və istinad məsafələri qeyd edilmədiyindən sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən: Qeyd olunan Ayrıc Aktında (cizgidə) istinad məsafələri və ölçüləri qeyd olunmadığı üçün sahənin naturada tanıdılması mümkün olmamışdır. Bununla bağlı cizgini tərtib edən təşkilata müraciət olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin materiallarından və iddiaçının izahatından mübahisəsiz qaydada görünür ki, mübahisəli torpaq sahəsi xüsusi mülkiyyətdə deyil, torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə, torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəlik qaydasında keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlər əsasında yaranır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1998-ci il tarixdə 1621 saylı sərəncama əsasən Hüseynağa Nəcəfqulu oğluna fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsi, Pleşakov küçəsi 2 saylı evin sol tərəfindəki sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri 10 saylı Notariat ofisinə müraciət etmiş və ona həmin torpaq sahəsinə mərhum atasının adına çıxarış verilməsi üçün ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktub verilmişdir. Həmin qurum torpaq sahəsinə çıxarış verilməsi üçün onun hüdudlarının hasara alınmasını tələb etmişdir. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyindən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1621 saylı sərəncamına əsasən Hüseynağa Nəcəfqulu oğluna ayrılmış və xx.xx.1998-ci il tarixli ayrıc aktında torpaq sahəsinin perimetrik ölçüləri, istinad və istinad məsafələri qeyd edilmədiyindən sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən: İddiaçının sənəd üzrə torpaq sahəsi 600 kv.metr, faktiki istifadəsində olan sahə 255 kv.metr təşkil edir. Mütəxəssis rəyinə əsasən: Qeyd olunan Ayrıc Aktında (cizgidə) istinad məsafələri və ölçüləri qeyd olunmadığı üçün sahənin naturada tanıdılması mümkün olmamışdır. Bununla bağlı cizgini tərtib edən təşkilata müraciət olunmalıdır. Mütəxəssis rəyinə əsasən: Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1621 saylı sərəncamına əsasən Hüseynağa Nəcəfqulu oğluna ayrılmış və xx.xx.1998-ci il tarixli ayrıc aktında torpaq sahəsinin perimetrik ölçüləri, istinad və istinad məsafələri qeyd edilmədiyindən sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən: Qeyd olunan Ayrıc Aktında (cizgidə) istinad məsafələri və ölçüləri qeyd olunmadığı üçün sahənin naturada tanıdılması mümkün olmamışdır. Bununla bağlı cizgini tərtib edən təşkilata müraciət olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ayrıc aktında qeyd olunan torpaq sahəsinin perimetrik ölçüləri, istinad və istinad məsafələri qeyd edilmədiyindən və sahənin naturada tanıdılması mümkün olmadığından, o cümlədən sərəncamla fərdi yaşayış evi tikmək üçün ayrılmış və iddiaçı tərəfin istifadəsində olan torpaq sahəsi ilə və ayrıc aktında qeyd olunan torpaq sahəsinin üstü-üstə düşməsini müəyyən etmək mümkün olmadığından İddiaçı Cavabdeh və üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 50 manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar