Məhkəmə qərarları › İş №2(010)-2906/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2906/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2906/2020 01.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Fiziki şəxs X2 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh iddiaçı Fiziki şəxs X2 xeyrinə ümumilikdə 192 (yüz doxsan iki) manat borc, 90 (doxsan) manat cərimə borcu, 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 302 (üç yüz iki) manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2020-ci il tarixdə məhkəmə poçt vasitəsi ərizə ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılması və iddianınıntəmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi belə əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Smart Telecom” mağazasının sahibi, fiziki şəxs X3 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 629(altı yüz iyirmi doqquz) manat olan 1 ədəd “X6 6 Pro” markalı telefon almış, nəticədə 192 (yüz doxsan iki) manat borc yaranmışdır. Bugünədək cavabdehə etdiyi müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və alqı-satqı qiyməti 629 (altı yüz iyirmi doqquz) manat (12 ay x 48 azn+53 azn ilkin ödəniş) olan 1 ədəd “X6 6 Pro ” markalı telefon üçün ümumilikdə 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə borcu (yəni 3 ay x 30 gün x 1 manat), (hər gün üçün ödənilməmiş məbləğin 3 % miqdarında cərimə) yaranmışdır. Borclu axırıncı ödənişi xx.xx.2019-cu il 100 (yüz) manat olmaqla cəmi 437 (dörd yüz otuz yeddi) (8ay x 48azn + 53 azn ilkin ödəniş) manat ödəniş etmişdir. Odur ki, Cavabdeh iddiaçı Fiziki şəxs X2 xeyrinə ümumilikdə 192 (yüz doxsan iki) manat borc, 90 (doxsan) manat cərimə borcu, 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 302 (üç yüz iki) manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, xx.xx.2018-ci il tarixdə iddiaçı ilə alqı-satqı müqaviləsi bağlayaraq ümumi dəyəri 629(altı yüz iyirmi doqquz) manat olan 1 ədəd “X6 6 Pro” markalı telefon almışvə nəticədə 192 (yüz doxsan iki) manat borc yaranmışdır.Maddi vəziyyəti ilə bağlı iddiaçıya heç bir ödəniş etməmişdir. İddiaçının hazırda tələb etdiyi cərimə məbləğinin miqdarı çox qeyd edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci iltarixli Alqı-satqı müqaviləsindən görünür ki, “Smart Telecom” mağazasının sahibi Fiziki şəxs X3 – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasənCavabdehalqı-satqı qiyməti ümumi dəyəri 629(altı yüz iyirmi doqquz) manat olan 1 ədəd “X6 6 Pro” markalı telefonu 53 manat ilkin ödəniş etməklə hər ay 48 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “Smart Telecom” Mağazası Fiziki şəxs X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəllərindən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 192manat məbləğində ödənilməmiş əsas məbləğ və 90manat məbləğində cərimə olmaqla – cəmi 282 manat məbləğində borcu vardır. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “Smart Telecom” Mağazası Fiziki şəxs X3 tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 629(altı yüz iyirmi doqquz) manat olan 1 ədəd “X6 6 Pro” markalı telefonu 53 manat ilkin ödəniş etməklə hər ay 48 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. Lakin, müqavilə şərtləri pozularaq alıcı tərəfindən əsas məbləğ üzrə 192manat məbləğində pul vəsaiti ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən,bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə özöhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi qismən təmin edilərək, xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 192 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə 5 manat məbləğinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 192manat məbləğində ödənilməmiş dəyəri və 5 manat məbləğində cəriməpulu olmaqla - cəmi 197 manat məbləğində pul vəsaiti Fiziki şəxs X2xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı Fiziki şəxs X2 iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 192 manat məbləğində borc və 5 manat məbləğində cərimə olmaqla cəmi 197 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 217 manat məbləğində pul vəsaiti X1nun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar