Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2907/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Tural Nurulla oğlu Məmmədovun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 665 nömrəli nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 onun yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 250 manat olmaqla, cəmi hər ay 500 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 665 nömrəli nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 onun yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 250 manat olmaqla, cəmi hər ay 500 manat sabit pul məbləğində aliment tutulması və birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz 200” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 1814/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddia tələbi ayrıca icraata ayrılmış, ona yeni qeydiyyat nömrəsi verilmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Mercedes Benz 200” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı iki uşaqları doğulmuşdur. Tərəflər birgə nikahda olarkən cavabdeh X2 xx.xx.2018-ci il tarixdə “Mercedes Benz 200” markalı, **-RV- *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır və hazırda sonuncunun mülkiyyətindədir. İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilən tarixdə Masallı Rayon Məhkəməsində işi olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, qeyd edilən avtomobili birgə nikah dövründə əldə etdiyini və onun 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasına etirazının olmadığını, lakin iddiaçı tərəfin hansı əsasla avtomobilin 2/3 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasını əsaslandırmadıqlarını bildirdi və məhkəmədən qanuni qətnamə qəbul edilməsini xahiş eti. Məhkəmə cavabdehin izahatını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - AZ-İİ 118059 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitablarında 655 nömrəli qeyd aparılmışdır. - AZ-İV 294717 və AZ-İİİ 930319 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2015-ci ildə, X7 isə xx.xx.2017-ci ildə doğulmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdır. -Daxili İşlər Nazirliyi Baş Dövlət X8 xx.xx.2020-ci il tarixli, ********* nömrəli məktubundan görünür ki, ünvan 1 mənzil 26 ünvanında qeydiyyatda olan Cavabdeh adına xx.xx.2018-ci il tarixdən “Mercedes Benz 200” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar, xx.xx.2018-ci il tarixdə Cavabdeh adına “Mercedes Benz 200” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. Hazırda İddiaçı nikahın pozulması tələbinə dair iddiası məhkəmənin icraatındadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.-ci maddəsinə əsaən ər-arvadın ümumi birgə mülkiyyətinə: - 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. İşdən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan “Mercedes Benz 200” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə rəsmi qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2014-cü il tarixində bağlandığına görə xx.xx.2018-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan avtomobil birgə nikah dövründə əldə edilmiş hesab edilməlidir. Avtomobilə payın müəyyən edilməsi ilə bağlıməhkəmə qeyd edir ki, avtomobil üzərində iddiaçının 2/3 hissədə payının müəyyən edilməsi hissəsində iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Göründüyü kimi Azərbaycan Rspublikası Ailə Məcəlləsinin tələblərinə əsasən ərarvadın ümumi əmlakının bölünməsi zamanı onların bu əmlakdakı payları bərabər hesab edilir. ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Beləliklə, məhkəmə hesab edir ki, həmin avtomobilə iddiaçının 1/2 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi? Lakin, iddiaçı Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan hallara dair iş materiallarına heç bir sübut əlavə etməmiş, bunu təsdiq edən halları məhkəmə iclasında əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Birgə nikah dövründə alınmış “Mercedes Benz 200” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə İddiaçı mükiyyət hüququ tanınsın. Cavabdeh 10 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2907/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2907/2020
28.08.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver