Məhkəmə qərarları › İş №2(010)-2915/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2915/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2915/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X5katibliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun alınması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 900 manat məbləğində borcun, 404,76 manat kommunal borclar üzrə məbləğin, 100 manat yol xərcləri, notariat xərclərin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə alınmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, xx.xx.2017-ci il tarixində Cavabdeh ondan qəbzlə 900 (doqquz yüz) manat borc götürmüş və həmin məbləği 6 (altı) ay müddətində, yəni 2018-ci ilin yanvar ayına qədər ona hər ay 150 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin göstərilən müddətdə cavabdeh tərəfindən 900 manat məbləğində borc geri qaytarılmamışdır. Müxtəlif səbəblər gətirərək cavabdeh borcun qaytarılmasını uzadır. Bundan başqa, cavabdeh on il ərzində onun mənzilində kirayədə qalmış və ödənişlərini aparsa da, su və işıq istifadə etsə də, buna görə yığılmış borcunu ödəməmişdir. Belə ki, suyun istifadəsinə görə borc 257,76 manat təşkil edir. İşığa görə isə 147 manat ödənişini özü məcbur olaraq ödəmişdir. Bunlara əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 10 ilə yaxın idiaçıya məxsus evində kirayədə yaşamış və vaxtı-vaxtında ödənişlərini həyata keçirmişdir. Son zamanlar maddi imkanları aşağı olduğundan həm evin kirayəsinə borcu yaranmışdır. O, işin materiallarında olan 900 anat borclu olmasına dair qəbzi imzalasa da, həmin borcun bir hissəsini ödəmiş, təxminən 500 manat borcu qalmışdır. Bundan əlavə o, yaşadığı dövrdə kommunal borclarını evinə gələn nəzarətçilərə ödədiyində iddiaçının bu barədə iddia tələbini qəbul etmir. Məhkəmə proses iştirakçısınıdinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan xx.xx.2017-ci il tarixli iltizamdan müəyyən olunur ki, Cavabdeh İddiaçı 900 manat məbləğində borc almış, həmin borcu altı ay müddətində hər ay 150 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş **********90004 saylı Abunə kartından görünür ki, İddiaçı xx.xx.2011-ci ildən xx.xx.2017-ci il tarixədək elektrik enerjisindən sərfiyyata görə 148.50 manat məbləğində borcu var. Məhkəməyə təqdim olunmuş bildiriş-xəbərdarlıqdan müəyyən olunur ki, İddiaçı enerjidən istifadəyə görə 147 manat 63 qəpik məbləğində borcu olmuşdur. MilliÖn elektron ödəmə sisteminin qəbzindən müəyyən olunur ki, İddiaçı elektrik enerjisinin istifadəsinə görə xx xxxx 2019-cu il tarixdə 147 manat məbləğində ödəniş edilmişdir. Tərəflərin izahatları ilə işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh 2010- 2018-ci illərdə iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Rzayev küçəsində yerləşən 299 saylı evin 4 saylı mənzilində kirayədə yaşamışdır. Beləliklə də, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında borc münasibətləri yaranmış və qarşılıqlı razılaşmaya əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdə aldığı 900 manat pulu altı ay müddətinə hər ay 150 (bir yüz əlli) manat ödəmək şərti ödənilməsini üzərinə götürmüşdür. İşin digər müəyyən olunmuş halı ondan ibarətdir ki, Cavabdeh 2010-2018-ci illərdə iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Rzayev küçəsində yerləşən 299 saylı evin 4 saylı mənzilində kirayədə yaşamış və xx.xx.2011-ci ildən xx.xx.2017-ci il tarixədək elektrik enerjisindən sərfiyyata görə 147 manat məbləğində borc İddiaçı tərəfindən xx xxxx 2019-cu il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Sadalanan xüsusuatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında cavabdeh X4 borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə, ona qarşı irəli sürülmüş borcun qaytarılmasına dair iddia əsaslıdır. Bu baxımdan məhkəmə cavabdehin borcun bir hissəsinin qaytardığına dair dəlillərlə razılaşmayaraq qeyd edir ki, o, (cavabdeh) bu halı məhkəmədə sübüta yetirə bilməmişdir. Eləcə də, məhkəmə hesab edir ki, Cavabdeh 2010-2018-ci illərdə iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Rzayev küçəsində yerləşən 299 saylı evin 4 saylı mənzilində xx.xx.2011-ci ildən xx.xx.2017-ci il tarixədək kirayədə yaşadığı dövr ərzində istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 147 manat məbləğində borc İddiaçı tərəfindən xx xxxx 2019-cu il tarixdə ödənildiyindən, iddiaçının həmin pul vəsaitinin cavabdehdən tutulması barədə iddia tələbi əsaslıdır. Belə ki, işin faktiki hallarına əsasən sözügedən mənzil 2010-2018-ci illərdə iddiaçı tərəfindən cavabdehə kirayə verilmiş və **********90004 saylı Abunə kartın məlumatlarına görə xx.xx.2011-ci ildən xx.xx.2017-ci il tarixədək elektrik enerjisindən sərfiyyata görə 147 manat məbləğində borcun yaranması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi zərər vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıya məxsus olan mənzildə kirayədə qaldığı dövr ərzində kommunal xidmətlərdən yararlansa da, uzun müddət ödənişləri həyata keçirtməmişdir. İddiaçı xx xxxx 2019-cu il tarixdə elektrik enerjisinin istifadəsinə görə yaranmış borcu ödədiyindən zərərin əvəzinin tələb etmək hüququ yaranmışdır. Odur ki, İddiaçı tərəfindən elektrik enerjisindən sərfiyyata görəödənilmiş 147 manat məbləğində pul vəsaitin cavabdehdən tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bununla belə məhkəmı hesab edir ki, iddiaçı cavabdeh tərəfindən kirayədə qaldığı mənzildə sudan istifadə etməsinə görə yaranmış 257,76 manat məbləğində pulun tutulması barədə tələb irəli sürsə də, məhkəmyə sübut təqdim etməmişdir ki, həmin borcu da özü ödəmişdir. Bu isə ona zərər vurulmasına dəlalət etmədiyindən onun bu tələbi əsassız hesab edilməlidir. Eləcə də yol və notariat xərclərinə görə cavabdehdən 100 manat tutulması barədə iddia tələbini məhkəmə əsassız hesab edir və qeyd edir ki, iddiaçı bu tələblərin əsaslığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh İddiaçı xeyrinə 900 (doqquz yüz) manatborc məbləğivə vurulmuş zərərin aradan qaldırılmasına görə 147 (yüz qırx yeddi manat) manat tutulmalıdır. Eləcə də, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat borc məbləği, 147 (yüz qırx yeddi manat) manat vurulmuş zərərin əvəzi kimi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar