Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2930/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Hesab edirəm ki, iddiaçı X1 iddia ərizəsindəki tələbinə ümumi rayon (şəhər) məhkəməsində, yəni Suraxanı rayon məhkəməsində baxılmalı olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, iddiaçının həmin ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsindəki tələbi Cavabdeh cəzasının artırılması ilə bağlıdır və iddiaçı bununla bağlı Şəki Apellyasiya Məhkəməsinə müraciət etmək hüququna malikdir. . Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçı X2 aidiyyatı üzrə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. HAKİM Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2930/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2930/2021
08.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver