Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2939/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1698.27 manat əsas borc və 13.21 manat faiz borcu olmaqla, cəmi 1698.27 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı “xxxx” ASC ilə X6 arasında bağlanmış 03 iyul 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya illik 20 % ödənilməsi şərti ilə 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 4.4-cü bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. X1 17.02.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 35 saylı Notariat Ofisinin 21.10.2020-ci il tarixli 390 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X6 adına vərəsəlik işi açılmış və oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşında olan öhdəliyini icra etməmişdir. Ona görə də, müqavilə üzrə ödənilməmiş 1698.27 manat məbləğində əsas borcun və 13.21 manat məbləğində faiz borcunun və eləcə də, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının Cavabdeh iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 iyul 2019-cu il tarixli BPM**********06 №-li Kredit Müqaviləsindən görünür ki, borcverən “xxxx” ASC ilə borcalan X6 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə illik 20 % olmaqla 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 03 iyul 2019-cu il tarixli Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, X4 Banka olan borcunun müvafiq qrafik üzrə müəyyən olunmuş vaxtlarda hər ay cəmi 74.40 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini X6 imza etmişdir.Ödənişin son tarixi 03 iyul 2022-ci ildir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, cavabdeh X4 03 iyul 2019-cu il tarixli Kredit müqaviləsi üzrə “xxxx” ASC-yə 1698.27 manat məbləğində əsas borc və 13.21 manat məbləğinə faiz borcu olmaqla, cəmi 1711.48 manat məbləğində borcu vardır. İş materiallarında olan AZİİ 064154 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X6 17.02.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 35 saylı Notariat Ofisinin 21.10.2020-ci il tarixli 390 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X6 adına vərəsəlik işi açılmış oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, cavabdeh borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, X4 03 iyul 2019-cu il tarixli Kredit müqaviləsi üzrə “xxxx” ASC-yə 1698.27 manat məbləğində əsas borc və 13.21 manat faiz borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respubliksaı Mülki Məcəlləsini 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdən məlumdur ki, sözügedən kredit müqaviləsi üzrə kredit götürən X1 17 fevral 2020-ci il tarixdə vəfat etmiş və onun qanun üzrə vərəsəsi Cavabdehdur. Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətindən asılı olmayaraq sonuncu mərhum X4 mirası üzrə əmlak hüquqları ilə yanaşı hazırki kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasına görə də məsuldur və iddiaçı ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğuna görə iddia tələbi təmin olunmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 1698.27 manat məbləğində əsas borc və 13.21 manat məbləğində faiz borcu olmaqla cəmi 1711.48 manat məbləğində borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1698.27 (min altı doxsan səkkiz manat 27 qəpik) manat məbləğində əsas borc, 13.21 (on üç manat 21 qəpik) manat məbləğində faiz borcu və 30 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı olmaqla – cəmi 1741.88 ( min yeddi yüz qırx bir manat 88 qəpik) manat miqdarında pul vəsaiti iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2939/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2939/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver