Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2941/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı (bundan sonra İddiaçı MMC) borclu Cavabdeh qarşı “borcun ödənilməsi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.1998-ci ildə Salyan şəhərində doğulmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh 10.11.2019cu il tarixli müqavilə üzrə 3600 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3620 manat məbləğində pul vəsaitinin tutularaq kreditor İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ilə iş üzrə borclu Cavabdeh arasında bağlanmış 10.11.2019-cu il tarixli malın nisyə satılması haqqında alğı-satqı müqaviləsinə əsasən, borclu Cavabdeh kreditordan bir ədəd, dəyəri 3700 manat olan “İphone 11 Pro 64 GB Gold” markalı mobil telefon əldə etmişdir. Borclu göstərilən məbləğdən 100 manat ilkin ödəniş etdikdən sonra qalıq 3600 manatı hər ay 300 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borclu müqavilə üzrə borcunu ödəməkdən imtina etmişdir. Bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də borclu müqavilə öhdəliklərini icra etməmişdir. Odur ki, borcludan 10.11.2019-cu il tarixli müqavilə üzrə 3600 manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 3620 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.09.2020-ci il tarixli, 2(010)-3879/2020 saylı əmri ilə ərizə təmin edilmişdir. Daha sonra, borclu Cavabdeh həmin əmrə etiraz verərək məhkəmədən əmrin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(010)-2941/2021 saylı qərardadı ilə əmr ləğv edilmiş, iş iddia icraatına keçirilərək məhkəmə iclası təyin edilmişdir. Məhkəmənin əvvəlki iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə teleqramla müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Satıcı İddiaçı MMC və alıcı Cavabdeh arasında bağlanmış 10.11.2019-cu il tarixli, FSK3310 nömrəli malın nisyə satılması haqqında alğı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçıdən 12 ay müddətində aylıq 300 manat məbləğində hissə-hissə ödəniş etmək şərti ilə 3700 manat məbləğində məişət avadanlığı əldə etmiş, 100 manat məbləğində ilkin ödəniş etmiş, qalan 3600 manat məbləği müqavilədə müəyyən edilmiş hissələrlə İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. 18.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 10.11.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 3600 manat borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 06.04.2020-ci il tarixli pretenziyadan görünür ki, alıcıya müqavilə üzrə ödənilməmiş əsas borcun məbləği barədə məlumat verilmiş, borc ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMCdən aralarında bağlanmış nisyə alğı-satqı müqaviləsi əsasında dəyəri 3700 manat olan mobil telefon almış, 100 manat məbləğində ilkin ödəniş etdikdən sonra qalan 3600 manat məbləğində pulu 12 ay müddətinə hər ay 300 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüş, buna baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən ödənilməmiş qalıq borcun cavabdehdən tutulması məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alğısatqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malı borcluya vermişdir. Borclu isə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alğı-satqı müqaviləsi üzrə ödənilməmiş cəmi 3600 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bu cür nəticəyə gələrkən məhkəmə onu da nəzərə alır ki, hər nə qədər cavabdeh X2 məhkəmə əmrinə verdiyi etirazda müqavilə üzrə borc məbləğinin kreditorun göstərdiyi məbləğdə olmadığını, borcun artırıldığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, tərəfindən müqavilə üzrə ilkin ödənişdən başqa hər hansı ödəniş edildiyini təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3600 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Bu Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilməmiş 10 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilməmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2941/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2941/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver