Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2953/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun bərpası” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında onun və uşaqlarının yaşayış hüququnun bərpa olunması. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. Ailə qurduqdan sonra ünvan 1 ünvanında X1 məxsus mənzilə köçərək orada yaşamışdır. Birgə nikahdan xx.xx.2013-cü ildə X4 və xx.xx.2017-ci ildə X5 doğulmuşdur. Hər iki övladı həmin ünvanda qeydiyyatdadır. xx.xx.2024-cü ildə cavabdeh ilə rəsmi qaydada boşanmışdır. Boşandıqdan sonra da xx.xx.2024-cü il tarixinədək həmin ünvanda uşaqları ilə birgə yaşamış, daha sonra cavabdeh tərəfindən uşaqları ilə birgə həmin mənzildən çıxarılmışdır. Hal-hazırda ünvan 1 ünvanında özünə və uşaqlarına məxsus şəxsi əşya və geyimlər var. Evdən çıxdıqdan sonra cavabdeh həmin əşyaları yığıb evin ortasına tökmüşdür. Uşaqlar hələ də həmin evdə qeydiyyatdadır, onların yaşayış hüququnun təmin olunmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Xahişini onunla əsaslandırdı ki, iddiaçı uzun müddət ailə münasibətlərinə əsaslanmaqla mübahisəli mənzilə gəlin köçmüş və orada yaşamışdır. Ev keçmiş qaynatasına məxsusdur. Evin çıxarışı var. Ev iki mərtəbədən ibarətdir. İki il atası kömək etmiş və birinci mərtəbəni təmir etmişlər. Qaynanası ilə xasiyyətləri tutmadığı üçün 1-ci mərtəbəyə köçmüşlər. 2024-cü ilin avqust ayına qədər orada yaşamışdır. Sonuncu dəfə noyabr ayında evə gedən zaman polis çağırmış və bir daha o evə getməməyini tələb etmişlər. Cavabdeh alimenti də vaxtında ödəmir. Cehiz əşyalarını götürməmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, hazırki iddia tələbi əsassızdır və bu səbəbdən təmin edilməməlidir. Ona görə ki, həmin mənzil onun mülkiyyətində deyil, atasının mülkiyyətindədir. O hazırda valideynləri ilə birgə yaşamır, kirayədə qalır. Uşaqları götürmək barədə iddiaçıya mesaj yazmış, cavabsız qalmışdır. Aliment ödəyir. Evi olsaydı, uşaqlarını öz yanında saxlayardı. İş materialları AZ-İİİ seriyalı, 159589 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİİ seriyalı, 955365 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(010)-1432/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları qət edilmişdir. AZ-İ seriyalı, 509381 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. 8119720 və ******* saylı arayışlardan görünür ki, X4 və X5 ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1998-ci il tarixli reyestr №20652 saylı seriya MH №166036 olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Məmmədov X2 adına xüsuisi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İşin faktiki halları İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı 2012-ci ildə Cavabdehla rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından 2013-cü ildə Məmmədli Xəyal və 2017-cü ildə Məmmədli Röyal doğulmuşdur. İddiaçı Cavabdehla ailə qurduqdan sonra mübahisəli evə köçmüş, nikah münasibətində olduğu dövrdə həmin fərdi yaşayış evində yaşamışdır. Hazırda iddiaçı cavabdehdən övladları ilə birgə ünvan 2 ünvanında yerləşən yaşayış yerinə köçürülməsini istəyir. Cavabdeh isə iddia tələbini qəbul etmir və iddia tələbinə etirazını onunla əsaslandırır ki, mübahisəli fərdi yaşayış evi atasına məxsusdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı 2012-ci ildə Cavabdehla rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından 2013-cü ildə Məmmədli Xəyal və 2017-cü ildə Məmmədli Röyal doğulmuşdur. İddiaçı Cavabdehla ailə qurduqdan sonra mübahisəli evə köçmüş, nikah münasibətində olduğu dövrdə həmin fərdi yaşayış evində yaşamışdır. Hazırda iddiaçı cavabdehdən övladları ilə birgə ünvan 2 ünvanında yerləşən yaşayış yerinə köçürülməsini istəyir. Cavabdeh isə iddia tələbini qəbul etmir və iddia tələbinə etirazını onunla əsaslandırır ki, mübahisəli fərdi yaşayış evi atasına məxsusdur. Məhkəmə tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, iddiaçının övladları ilə birlikdə köçürülməsini istədiyi fərdi yaşayış evinin mülkiyyətçisi iş üzrə Cavabdeh deyil. Həmin evin mülkiyyətçisi cavabdehin atasıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia ona cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır, ona görə də hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) edilməsi mümkün deyil. Belə ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-in 50-ci maddəsi). Məhkəmə, həmçinin, iddiaçıya izah edir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun bərpası” tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun bərpası” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova