Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2969/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2(010)-8528/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişərək Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutulub birgə nikahdan olan 20.09.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladı doğulmuşdur: 20.09.2005-ci il təvəllüdlü X4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2011-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahdan olan 20.09.2005-ci il təvəllüdlü X2 onun yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2(010)-8528/2015 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbi qismən təmin edilmiş, birgə nikahdan olan 20.09.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 108 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. O, 108 manat alimentlə qızını saxlamaqda çətinlik çəkir. Heç bir yerdə işləmir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2021-ci ildə respublikada uşaqlar üçün yaşayış minimumunun 175 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2(010)-8528/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutulub birgə nikahdan olan 20.09.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə etdi ki, uşağın saxlanılması üçün ilk dəfə 2015-ci ildə aliment təyin edilsə də cavabdeh aliment ödəməkdən yayınmış, iki il ərzində heç bir aliment ödəməmiş, borc yığılmış, yalnız keçən il cavabdehin iş yerini öyrəndikdən sonra onun əmək haqqından alimentin tutulması mümkün olmuşdur. Cavabdeh yığılmış borcunu hazırda da ödəməsə də həmin vaxtdan etibarən aliment əmək haqqından tutulur. Həm o, həm də cavabdeh sonradan ailə qurmuş, hər ikisinin başqa nikahdan uşaqları olmuşdur. Birgə nikahlarından doğulmuş 20.09.2005ci il təvəllüdlü X4 isə hazırda oxuyur və onun normal yaşayışını təmin etmək üçün bu alimentə ehtiyacı var. Odur ki, qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, məhkəmənin qətnaməsi ilə təyin edilmiş aliment onun əmək haqqından hər ay tutulur. Onun heç bir aliment borcu yoxdur. İddiaçı ilə nikahından sonra yenidən ailə qurmuş, bu nikahından oğlu doğulmuşdur. Hər bir halda qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.04.2009-cu il tarixdə verilmiş AZ-İ 114238 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 və X7 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 09.04.2011-ci il tarixdə 88 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra arvada Kərimova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 20.02.2018-ci il tarixdə verilmiş AZ-İV 071347 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) 20.09.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09.06.2006-cı il tarixdə 1260 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 23.07.2017-ci il tarixdə verilmiş, AZ-İİ 212436 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 və X8 arasında 23.07.2017-ci il tarixdə nikah bağlanmış, bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1985 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Səttarova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2(010)-8528/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş 20.09.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22.09.2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları dinlənilərək və yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikahından 20.09.2005-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli 2(010)-8528/2015 saylı qətnaməsinə əsasən Cavabdeh оğlundan 20.09.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin qətnamə əsasında tutulan aliment məbləğinin artırılmasını və birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda, həmçinin qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Həmçinin, uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsi və onun uşağa qulluq etməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, 20.09.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2(010)-8528/2015 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq 175 (yüz yetmiş beş manat) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesаb edir ki, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 175 (yüz yetmiş beş) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq 20.09.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2(010)-8528/2015 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Odur ki, Cavabdeh dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 20.09.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2(010)-8528/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh İddiaçı xeyrinə tutulsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2(010)-8528/2015 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2969/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2969/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver