Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2970/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASCCavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə Cavabdeh iddiaçı "İddiaçı" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli. 060/0159143/000A saylı kredit müqaviləsinə əsasən 1650 manat əsas, 249,71 manat faiz olmaqla, cəmi 1899,71 manat, xx.xx.2019-cu il tarixli, 060/0159145/000A saylı kredit xətti müqaviləsinə əsasən 279,66 manat əsas, 39,58 manat faiz, cəmi 319,24 manat olmaqla, ümumilikdə 2218,95 manat kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli. 060/0159143/000A saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 26.9 faiz dərəcəsi ilə 1700 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli. 060/0159143/000A saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. İddiaçı ASC borcalanla bağladığı kredit müqaviləsinin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2019-cu il tarixli. 060/0159143/000A saylı kredit müqaviləsinə əsasən 1650 manat əsas, 249,71 manat faiz olmaqla, cəmi 1899,71 manat, xx.xx.2019-cu il tarixli, 060/0159145/000A saylı kredit xətti müqaviləsinə əsasən 279,66 manat əsas, 39,58 manat faiz, cəmi 319,24 manat olmaqla, ümumilikdə 2218,95 manat kredit borcu yaranmışdır. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Elsevər Əkbərov məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli. 060/0159143/000A saylı kredit müqaviləsi və ona əlavədən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 26,9 faizlə 36 ay müddətinə 1700 manat məbləğində kredit verilmiş, cavabdeh həmin məbləği hər ay 69,31 manat olmaqla, 36 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür İşdə olan xx.xx.2019-cu il tarixli. 060/0159143/000A saylı kredit kartı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 25 faizlə xx.xx.2022-ci il tarixədək 300 manat məbləğində kredit limiti ayrılmış və həmin məbləğdən istifadə üçün kart verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 135000/542 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə, xx.xx.2019-cu il tarixli. 060/0159143/000A saylı kredit müqaviləsinə əsasən 1650 manat əsas, 249,71 manat faiz olmaqla, cəmi 1899,71 manat, xx.xx.2019-cu il tarixli, 060/0159145/000A saylı kredit xətti müqaviləsinə əsasən 279,66 manat əsas, 39,58 manat faiz, cəmi 319,24 manat məbləğində borcu vardır. İş matariallarına əlavə edilmiş xx.xx.2019-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğini ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi hər iki kredit müqaviləsi üzrə əsas və faiz borclarının tutulması hissəsində tam əsaslıdır. Bu səbəblə Cavabdeh xx.xx.2019-cu il tarixli. 060/0159143/000A saylı kredit müqaviləsinə əsasən 1650 manat əsas, 249,71 manat faiz borcu və xx.xx.2019-cu il tarixli, 060/0159145/000A saylı kredit xətti müqaviləsinə əsasən 279,66 manat əsas və 39,58 manat faiz borcututulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "İddiaçı" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli. 060/0159143/000A saylı kredit müqaviləsinə əsasən 1650 manat əsas, 249,71 manat faiz olmaqla, cəmi 1899,71 manat, xx.xx.2019-cu il tarixli, 060/0159145/000A saylı kredit xətti müqaviləsinə əsasən 279,66 manat əsas, 39,58 manat faiz, cəmi 319,24 manat olmaqla, ümumilikdə 2218,95 (iki min iki yüz on səkkiz manat doxsan beş qəpik) manat kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "İddiaçı" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli. 060/0159143/000A saylı kredit müqaviləsinə əsasən 1650 manat əsas, 249,71 manat faiz olmaqla, cəmi 1899,71 manat, xx.xx.2019-cu il tarixli, 060/0159145/000A saylı kredit xətti müqaviləsinə əsasən 279,66 manat əsas, 39,58 manat faiz, cəmi 319,24 manat olmaqla, ümumilikdə 2218,95 (iki min iki yüz on səkkiz manat doxsan beş qəpik) manat kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2970/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2970/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver