Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2973/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 1898,70 (min səkkiz yüz doxsan səkkiz manat, 70 qəpik) manat, faiz borcu üzrə 14,03 (on dörd manat, 03 qəpik) manat olmaqla, cəmi 1912,73 (min doqquz yüz on iki manat, 73 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 39,13 (otuz doqquz manat, 13 qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandanmda nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər S- FK-793 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC- yə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən (və ya İH qərarına) Cavabdeh1 ilə İddiaçı QSC arasında 29 oktyabr 2020-ci il tarixli 1 №-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 1 % olmaqla 60 ay müddətinə 2472 (iki min dörd yüz yetmiş iki manat, 47 qəpik) manat məbləğində qalıq kredit borcu restrukturizasiya edilmişdir. Həmin Müqavilənin 2.2-ci yarımbəndinə əsasən qalıq 2472 (iki min dörd yüz yetmiş iki manat, 47 qəpik) manat əsas borcun və ona hesablanmış faizlərin qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 29 oktyabr 2020-ci il tarixli, 1 №-li saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh2 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin iddiaçıya hazırda olan əsas borc üzrə 1898,70 (min səkkiz yüz doxsan səkkiz manat, 70 qəpik) manat, faiz borcu üzrə 14,03 (on dörd manat, 03 qəpik) manat olmaqla cəmi 1912,73 (min doqquz yüz on iki manat, 73 qəpik) manat təşkil edir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda iddiaçıya ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.
Tərəflərin izahatları
3. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək kredit müqaviləsi üzrə iddiaçıya qeyd olunan məbləğdə borcu olduğunu bildirdi.
İş materialları
6. 11 avqust 2015-ci il tarixli İddiaçı QSC ilə "xxxx" ASC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" ASC problemli kreditlərlə bağlı öz tələbetmə hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir.
7. İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında bağlanmış 29 oktyabr 2020-ci il tarixli, 1 №-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya Müqaviləsi”ndən və 1 nömrəli Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh1 2472.47 manat məbləğində qalıq kredit borcu illik 1 faiz olmaqla 60 ay müddətinə restrukturizasiya edilmiş və cavabdeh həmin kredit borcunu faizləri ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür.
8. 29 oktyabr 2020-ci il tarixli, 1 №-li Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 29 oktyabr 2020-ci il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar borclu ilə birlikdə Kreditor qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
9. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29 oktyabr 2020-ci il tarixli, 1 №-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya Müqaviləsi” üzrə iddiaçıya 1898,70 (min səkkiz yüz doxsan səkkiz manat, yetmiş qəpik) manat, faiz borcu üzrə 14,03 (on dörd manat, üç qəpik) manat olmaqla cəmi 1912,73 (min doqquz yüz on iki manat, yetmiş üç qəpik) manat məbləğində kredit borcu vardır.
10. İş matariallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1901 nömrəli bildirişdən görünür ki, cavabdehlərə borc məbləğinin 07 gün müddəti ərzində ödənilməsi, əks təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
11. İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında 29 oktyabr 2020-ci il tarixli, 1 №-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya Müqaviləsi”nin imzalanması, həmin müqavilə üzrə cavabdehin kredit borcunun restrukturizasiya edilməsi və Cavabdeh2 ilə iddiaçı arasında Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zaminlik müqaviləsinin imzalanması işin hallarını təşkil edir. Hazırda iddiaçı, cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək iddiaçıya kredit müqaviləsi üzrə qeyd olunan məbləğdə borcu olduğunu bildirmişdir. Digər Cavabdeh2 məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətinin öyrənilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
Məhkəmənin mövqeyi
13. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
14. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır.
15. Məhkəmə qeyd edir ki, tərəflərin izahatı və məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada icra edərək Cavabdeh1 qalıq 2472.47 manat kredit borcunu restrukturizasiya etsə də, lakin Cavabdeh1 öz öhdəliyini lazımi qaydada icra etməyərək müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri vaxtı-vaxtında yerinə yetirməmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi iş üzrə digər Cavabdeh2 ilə iddiaçı arasında Cavabdeh1 öhdəliyinin icrası ilə əlaqədar zaminlik müqaviləsi imzalanmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı kredit müqavilə üzrə nəzərdə tutulan borc məbləğini faizi ilə birlikdə cavabdehlərdən tələb etməkdə haqlıdır.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 39.13 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Mı̇ kayıl oğlu və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC BOKT-un xeyrinə 1898.70 manat əsas borc, 14.03 manat faiz borcu olmaqla cəmi 1912.73 manat kredit borcu və iş üzrə ödənilmiş 39.13 manat dövlət rüsumu tutularaq ödənilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Mı̇ kayıl oğlu və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC BOKT-un xeyrinə 1898.70 manat əsas borc, 14.03 manat faiz borcu olmaqla cəmi 1912.73 manat kredit borcu və iş üzrə ödənilmiş 39.13 manat dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.