Məhkəmə qərarları › İş №2(010)-2981/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2981/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2981/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 2015-ci il 07 dekabr tarixli kredit müqaviləsi üzrə banka 37923.97 manat məbləğində əsas borc, 3097.41 manat məbləğində faiz borcu, 61.65 manat cərimə borcu olmaqla, cəmi 41083.03 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 2 otaqlı, 47.24 kv.m ümumi, 30.14 kv.m yaşayış sahədən ibarət 56 saylı evin 29 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 2 otaqlı, 47.24 kv.m ümumi, 30.14 kv.m yaşayış sahədən ibarət 56 saylı evin 29 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 2 otaqlı, 47.24 kv.m ümumi, 30.14 kv.m yaşayış sahədən ibarət 56 saylı evin 29 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən, 2 otaqlı, 47.24 kv.m ümumi, 30.14 kv.m yaşayış sahədən ibarət 56 saylı evin 29 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, 07.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “MXM” filialından illik 8%-lə 300 ay müddətinə 44.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzilini 2015-ci il 07 dekabr tarixli alqısatqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. Alqı-satqı və ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 07 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat mislində dəbbə pulu hesablayıb borcludan tələb edir. 07.04.2021-ci ilədək Cavabdeh 07.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 37923.97 manat məbləğində əsas borc, 3097.41 manat məbləğində faiz borcu, 61.65 manat cərimə borcu olmaqla, cəmi 41083.03 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir.Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki,o iddia tələbini qəbul edir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzili onun mülkiyyətindədir. "xxxx" İKB ASC ilə onun arasında bağlanmış 07.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 44000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi onunla bağlanmış 07.12.2015-ci il tarixli Alqı-satqı və İpoteka müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzili "xxxx" İKB ASC-nin (İddiaçı ASC)-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda həmin evi satmaq niyyətindədir ki, banka olan borcu ödəyə bilsin. Buna görə də iddia tələbini qəbul edərək ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş 6-İP-AİF-1-0-824-15 saylı, 07.12.2015-ci il tarixli kredit müqaviləsinə və ona əlavədən müəyyən edilir ki, "xxxx" İKB ASC (İddiaçı ASC) ilə borclu Cavabdeh arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya illik 8% olmaqla 300 ay müddətə 44000,00 məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş "xxxx" İKB ASC, satıcı İbrahimova Mətanət Əhliyat qızı və alıcı- ipoteka qoyan Cavabdeh arasında bağlanmış 07.12.2015-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 30.12.2015-ci il tarixli, seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzili "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 07.04.2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-yə 37923.97 manat məbləğində əsas borc, 3097.41 manat məbləğində faiz borcu, 61.65 manat cərimə borcu olmaqla, cəmi 41083.03 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış 15.02.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İşə əlavə edilmiş “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin 30.07.2021-cı il tarixli LF 21 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzili bazar qiymətlərinə uyğun olaraq dəyəri 55 000 manat, likvid dəyəri 46 500 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" İKB ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında 07.12.2015-ci il tarixli, 6-İP-AİF-1-0-824-15 saylı kredit müqaviləsi bağlanmış, bu müqavilə ilə iddiaçı cavabdehə illik 8 % olmaqla 300 ay müddətə 44 000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh arasında 07.12.2015-ci il tarixli «alqı-satqı və ipoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş üzrə iddiaçı "xxxx" İKB ASC (İddiaçı ASC) həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bunun nəticəsində borclunun bank qarşısında 6-İP-AİF-1-0-824-15 saylı, 07.12.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 37923.97 manat məbləğində əsas borc, 3097.41 manat məbləğində faiz borcu, 61.65 manat cərimə borcu olmaqla, cəmi 41083.03 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirmədiyindən "xxxx" İKB ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış 6-İP-AİF-1-0-824-15 saylı, 07.12.2015-ci il tarixli kredit müqaviləsi ləğv olunmalı və Cavabdeh 07.12.2015-ci il tarixli 6-İP-AİF-1-0-824-15 saylı kredit müqaviləsi üzrə 37923.97 manat məbləğində əsas borc, 3097.41 manat məbləğində faiz borcu, 61.65 manat cərimə borcu olmaqla, cəmi 41083.03 manat borc və 30(otuz) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10(on) manat dövlət rüsumunun və 30(otuz) manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzilin likvid dəyəri 46500(qırx altı min beş yüz) manat müəyyən olunmalı, tələb ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzilə yönəlməli və ev açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı və Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin ev boşaldılmalı və banka təhvil verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin ilkin mərhələdə borc məbləğini ödəyəcəyi təqdirdə cavabdehin istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış 6-İP-AİF-1-0-824- 15 saylı, 07.12.2015-ci il tarixli kredit müqaviləsi ləğv olunsun. Cavabdeh 07.12.2015-ci il tarixli 6-İP-AİF-1-0-824-15 saylı kredit müqaviləsi üzrə 37923.97 manat məbləğində əsas borc, 3097.41 manat məbləğində faiz borcu, 61.65 manat cərimə borcu olmaqla, cəmi 41083.03 (qırx bir min səksən üç manat, üç qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzilin likvid dəyəri 46500 (qırx altı min beş yüz) manat müəyyən olunsun. Tələb ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzilinə yönəldilsin və ev açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-nin xeyrinə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 29 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin ev boşaldılsın və banka təhvil verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar