Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2983/2021 13.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 4823,27 manat əsas borc, 73,89 manat faiz borcu və 51,63 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 349,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5298,04 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 06 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 6400 ABŞ dolları kredit götürmüşdür. 19 sentyabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 4823,27 manat olmaqla kreditin müddəti 19 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 ilə 19 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2021-ci il aprelin 07-dək Cavabdeh2 banka 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4823,27 manat əsas borc, 73,89 manat faiz borcu və 51,63 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4948,79 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa, 07 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 4823,27 manat əsas borc, 73,89 manat faiz borcu və 51,63 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 349,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5298,04 manat borcu vardır. 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqavilələrinin 9.3cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir.Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 4823,27 manat əsas borc, 73,89 manat faiz borcu və 51,63 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 349,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5298,04 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-in nü nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 06 avqust 2014-cü il tarixli 23-M-1-0-462-14 saylı Bank Hesab, Kredit və Zaminlik müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh2 illik 28 faiz olmaqla, 24 ay müddətinə qaytarmaq şərti ilə 6400 (altı min dörd yüz) ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Eyni zamanda Kredit müqaviləsinin təminatı olaraq zamin Cavabdeh1 borclu Cavabdeh2 borcu üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin əlavəsi olan 06.08.2014-cü il tarixli sənədindən görünür ki, Cavabdeh2 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 351,29 ABŞ dolları və 351,17 ABŞ dolları olmaqla 06.08.2016-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 19 sentyabr 2019-cu il tarixli 23-M-1-0-462-14 saylı Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 1 faiz olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 4823,27 manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan 19.09.2019-cu il tarixli 23-M-1-0-462-14 saylı zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında 19 sentyabr 2019-cu il tarixli 23-M-1-0-462-14 saylı Problemli kreditlərin restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin əlavəsi olan 19.09.2009-cu il tarixli sənədindən görünür ki, Cavabdeh2 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 4,02 manat, 102,55 manat və 102,56 manat olmaqla 19.09.2024-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır İş materiallarında olan 04.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 19 sentyabr 2019-cu il tarixli 23-M-1-0-462-14 saylı kredit üzrə bank hesabı müqaviləsinə əsasən 07.04.2021-ci il tarixinə 4823,27 (dörd min səkkiz yüz iyirmi üç manat iyirmi yeddi qəpik) əsas, 73,89 (yetmiş üç manat səksən doqquz qəpik) manat faiz borcu, 51,63 (əlli bir manat altmış üç qəpik) manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 349,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5298,04 (beş min iki yüz doxsan səkkiz manat dörd qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 26.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozması, kredit və faiz borcunun ödənilməsi barədə xəbərdar edilmiş, ondan borcun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh2 06 avqust 2014-cü il tarixli 23-M-1-0-462-14 saylı kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 06 avqust 2014cü il tarixli 23-M-1-0-462-14 saylı kredit müqaviləsi ləğv edilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhdəliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və alıcı satıcı qarşısında birgə məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, Cavabdeh2 06 avqust 2014cü il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 6400 ABŞ dolları kredit götürmüşdür. 19 sentyabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 4823,27 manat olmaqla kreditin müddəti 19 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 ilə 19 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il aprelin 07-dək Cavabdeh2 banka 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4823,27 manat əsas borc, 73,89 manat faiz borcu və 51,63 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4948,79 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.. Bundan başqa, 07 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 4823,27 manat əsas borc, 73,89 manat faiz borcu və 51,63 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 349,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5298,04 manat borcu vardır. 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 4823,27 manat məbləğində əsas borc Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 və Cavabdeh1 19 sentyabr 2019-cu il tarixli 23-M-1-0-462-14 saylı Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri üzrə 07.04.2021-ci il tarixinə 4823,27 (dörd min səkkiz yüz iyirmi üç manat iyirmi yeddi qəpik) əsas, 73,89 (yetmiş üç manat səksən doqquz qəpik) manat faiz borcu, 51,63 (əlli bir manat altmış üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4948,79 (dörd min doqquz yüz qırx səkkiz manat yetmiş doqquz qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 349,25 manat məbləğində əldən çıxmış faydanın tələb edilməsinə dair münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərziəsində qeyd olunan 349,25 manat məbləğində əldən çıxmış faydanın 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi əsasında yaranması iddia olunur. Lakin iddiaçı öz iddia ərizəsində qeyd iddiaçı öz iddia ərizəsində qeyd edilənlərə və məhkəməyə təqdim olunmuş iş materiallarına əsasən qeyd edir ki, əldən çıxmış faydanın yaranması iddia edilən 06 avqust 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən dəyişdirilmişdir. Qeyd olunanlara əsasən, artıq 06 avqust 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri qüvvəsini itirib, restrukturizasiya müqaviləsininin iddiaçı ilə cavabdeh arasında 19 sentyabr 2019-cu il tarixli müqavilə bağlanarkən tərəflər yenidən kredit münasibətlərinə daxil olaraq, əvvəlki kredit münasibətlərinə son qoymuşlar. Odur ki, iddiaçının artıq mövcud olmayan və şərtləri qüvvədən düşmüş kredit müqaviləsi üzrə əldən sıxmış faydanın tələb edilməsi əsassızdır və həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 19 sentyabr 2019-cu il tarixli 23-M-1-0-462-14 saylı Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri üzrə 07.04.2021-ci il tarixinə 4823,27 (dörd min səkkiz yüz iyirmi üç manat iyirmi yeddi qəpik) əsas, 73,89 (yetmiş üç manat səksən doqquz qəpik) manat faiz borcu, 51,63 (əlli bir manat altmış üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4948,79 (dörd min doqquz yüz qırx səkkiz manat yetmiş doqquz qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul tutularaq Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2983/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2983/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver