Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2985/2020 22.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı “xxxxxxx” KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 1877.70 manat əsas, 146.66 manat faiz, 10.62 cərimə, cəmi 2034.98 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 AZN məbləğində vəsaitin tutulması barədə əmrin çıxarımasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)-2618/2016 saylı məhkəmə əmri ilə (hakim R.Y.Həsənovun sədrliyi ilə) borclu Cavabdeh kreditor “xxxxxxx” KB ASC-in xeyrinə 1877.70 manat əsas, 146.66 manat faiz, 10.62 cərimə, cəmi 2034.98 manat borc pul və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Borclu Cavabdeh xx xxxx 2020-ci il tarixli etirazına əsasən Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.F.İbrahimovun sədrliyi ilə) Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)-2618/2016 saylı məhkəmə əmri ləğv edilməklə, iş üzrə materiallar Azərbaycan Respublikası ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaran iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxx” KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X2iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxxxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 33% ödəmək şərti ilə 2103 AZN məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə bocverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə “xxxxxxx” KB ASC-yə 1877,70 əsas, 146,66 AZN faiz, 10,62 AZN, cəmi 2034,98 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 1877,70 əsas, 146,66 AZN faiz, 10,62 AZN, cəmi 2034,98 (iki min otuz dörd manat doxsan səkkiz qəpik) AZN və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddianın təmin edilməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülki iş materiallarında olan: - xx.xx.2015-ci il tarixli № 3280nkBANK/15 saylı kredit və Bank hesabı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxxxxx” KB ASC -dən illik 33% ödəmək şərti ilə 36 ay müddətinə götürdüyü 2103 AZN məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxxxxx 2016-cı il tarixli UB-BANK/PİKMD/427990 saylı maliyyə arayışından görünür ki, Cavabdeh“xxxxxxx” KB ASC-yə 1877,70 (bir min səkkiz yüz yetmiş yeddi manat yetmiş qəpik) əsas, 146,66 (bir yüz qırx altı manat altmış altı qəpik) AZN faiz, 10,62 (on manat almtış iki qəpik) AZN, cəmi 2034,98 (iki min otuz dörd manat doxsan səkkiz qəpik) AZN məbləğində borcu vardır. - xx.xx.2015-ci il tarixli № 3280nkBANK/15 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh banka aylıq annuitet məbləği olaraq 93 AZN ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2016-cı il tarixli ünvan 1 ünvanında yaşayan borclu Cavabdeh göndərilmiş bildirişdən görünür ki, “xxxxxxx” KB ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli № 3280nkBANK/sayl kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka xx xxxxxx 2016-cı il tarixinə 1877,70 əsas, 146,66 AZN faiz, 10,62 AZN, cəmi 2034,98 AZN borcunun olması bildirilmişdir. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli arayışa əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iddianın təmin edilməsinə dair iddiaçının nümayəndəsinin izahatınıdinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından «xxxxxxx» KB ASC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli № 3280nkBANK/15 saylı kredit və Bank hesabı müqaviləsinə əsasən “xxxxxxx” KB ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1877,70 (bir min səkkiz yüz yetmiş yeddi manat yetmiş qəpik) əsas, 146,66 (bir yüz qırx altı manat altmış altı qəpik) AZN faiz, 10,62 (on manat altmış iki qəpik) AZN, cəmi 2034,98 (iki min otuz dörd manat doxsan səkkiz qəpik) AZN məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 1877,70 (bir min səkkiz yüz yetmiş yeddi manat yetmiş qəpik) əsas, 146,66 (bir yüz qırx altı manat altmış altı qəpik) AZN faiz, 10,62 (on manat almtış iki qəpik) AZN, cəmi 2034,98 (iki min otuz dörd manat doxsan səkkiz qəpik) AZNtutularaq “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2985/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2985/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver