Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2988/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların yerləşdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əşyaların yerləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciətedərək,1 ədəd çarpayı, 1 ədəd dolab, 2 ədəd komod, 2 ədəd yataqyanı tumbalar, 1 ədəd çılçıraq, 1 dəst pərdə, 1 ədəd “Samsunq” markalı televizor, 1 ədəd “Blomberq markalı soyuducu, 1 ədəd “Ariston” markalı paltaryuyan, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd böyük masa, 12 ədəd oturacaq, 1 ədəd komod, 2 ədəd dolab, 1 ədəd televizor altı, 1 ədəd çılçıraq, 1 dəst qonaq otağı üçün pərdə, 2 ədəd xalçanın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 50 ünvanında olan otaqlarına yerləşdirilməsi və cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində izahat verən Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsindəyazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı xx xxxxxx 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 50 ünvanına köçmüş və özünə məxsus olan cehiz əşyalarından istifadə etmişdir. 2017-ci ildə iddiaçı ilə cavabdeh arasında nikah pozulmuşdur. Bundan sonra Cavabdeh tərəfindən cavabdeh İddiaçı həmin evdə yaşamasına maneələr olduğuna görə cavabdeh məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə X1 yetkinlik yaşına çatmayan övladı X2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 50 saylı evdən istifadə hüquqları tanınması və həmin evə köçürülmələri qət edilmişdir. Buna baxmayaraq cavabdeh və onunun hazırki həyat yoldaşı iddiaçının istifadə hüququ ola evin otaqlarından sərbəst istifadə etməsinə, eləcə də iddia tələbində qeyd olunan əşyalardan istifadə etməsinə mane olur, həmin əşyalar isə evin həyətinə atılmışdır. İddiaçının həmin mənzildən istifadə hüquqları olduğuna görə cavabdeh və sonucunun ailə üzvlərinin iddiaçıya məxsus şyaların evə yerləşdirilməsinə maneə törətmələri qanunsuzur. Belə olan halda iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ilə razılaşmayaraq izahatında göstərdi ki, iddia tələbində qeyd olunan əşyalar salamatdır və evin həyətində yerləşdirilib. Lakin o, yenidən ailə həyatı qurduğuna görə həmin əşyaların onun evində yerləşdirilməsi istisna olunur. Əslində, cavabdeh bu iddianı qəsdən, ona təsir göstərmək məqsədilə qaldırmışdır. Belə ki, 2019-cu ildə məhkəmə qətnaməsi əsasında ididiaçının onun mülkiyyətində olan mənzilinə köçürülməsi qət edilsə də, sonuncu hələdə köçməmişdir. Halbuki, nə onun, nə ailə üzvlərinin iddiaçının köçürülməsinə və otaqlardan birindən istifadə olunmasına maneə yoxdur. Odur ki, qərəzli olaraq onun hüquqlarının pozulmasına yönəlmiş iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarınıdinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı iddia tələbi təmin olunmuş və onun yetkinlik yaşına çatmayan övladı, xx.xx.2010-cu il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl kücəsi, 50 saylı evdən istifadə hüquqları tanınmaqla onların həmin evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Prosessual qanunvericiliyinin bu normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan mənzildən istifadə hüququnun mövcüdluğu işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin106.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla cavabdeh tərəfindən iddiaçıya məxsus əşyaların mövcüdluğu və evinin həyətinə çıxarılması iddiaçını bu faktları (əşyaların mövcüdluğunu) sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunan normalara əsaslanaraq məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətçi ilə birlikdə mənzildən istifadə etmə hüququna malik olan şəxs olduğuna görə sonuncunun əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməlidir. Bu isə ona dəlalət edir ki, o, (iddiaçı) mənzildən istifadə hüququna malikdirsə həmin mənzildə vaxtı ilə yaşayıb istifadə etdiyi və özünə məxsus əşyalardan istifadə edilməsi ilə əlaqədar ona törədilən hər hansı maneədən qorunmalıdır. Odur ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehəaid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh qarşı “əşyaların yerləşdirilməsi”nə dairiddia tələbitəmin olunsun və ona 1 ədəd çarpayı, 1 ədəd dolab, 2 ədəd komod, 2 ədəd yataqyanı tumbalar, 1 ədəd çılçıraq, 1 dəst pərdə, 1 ədəd “Samsunq” markalı televizor, 1 ədəd “Blomberq markalı soyuducu, 1 ədəd “Ariston” markalı paltaryuyan, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd böyük masa, 12 ədəd oturacaq, 1 ədəd komod, 2 ədəd dolab, 1 ədəd televizor altı, 1 ədəd çılçıraq, 1 dəst qonaq otağı üçün pərdə, 2 ədəd xalçanın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 50 ünvanında olan otaqlarına yerləşdirilməsi ilə bağlı Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılsın. Cavabdeh 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2988/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2988/2020
26.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver