Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2991/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə Banka 59545.15 manat əsas, 5960.57 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 65505.72 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 3 otaqlı, 60.92 m2 ümumi sahədən ibarət 1/93 saylı evin 30 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 3 otaqlı, 60.92 m2 ümumi sahədən ibarət 1/93 saylı evin 30 saylı mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 3 otaqlı, 60.92 m2 ümumi sahədən ibarət 1/93 saylı evin 30 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 20.11.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 20 noyabr tarixil kredit miüqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin "8 saylı" filialından illik 7%-lə 300 ay müddətinə 60.800 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh oglunun mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən, 3 otaqlı, 60.92 m2 ümumi sahədən ibarət 1/93 saylı evin 30 saylı mənzilini 2018ci il 21 noyabr tarixli alqı-satqı və ipoteka müqaviləsi yüklü edilmidir. Alqı-satqı və ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdir. 2018-ci il 20 noyabr tarixli kredit muüqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.2-ci bəndinə əsasən hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat mislində dəbbə pulu hesablayıb borcludan tələb edir. 2021-ci ilin martın 09-dək Cavabdeh oglunun 20 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 59.545,15 manat əsas və 5.960,57 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 65.505,72 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu odəməkdən boyun qaçirir. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndəriİmişdir. Ərizə bu orqanda qeydə alınmışdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini biidirmir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etmişdir ki, cavabdeh 21.04.2021-ci tarixdən kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Cavabdehin bu tarixdən əvvəlki ödənişləri də qeyri-müntəzəm olmuş, əvvəlki illər ərzində cəmi bir neçə dəfə və aylıq ödəniş məbləğindən az məbləğdə olan kredit ödənişləri etmişdir. Cavabdeh müqavilə öhdəliklərini pozaraq öhdəliklərini iki aydan çox icra etmədiyinə görə İpoteka Fondu bütün qalıq borcu Bankdan tələb etmiş, Bank da cəmi 59545.15 manat məbləğində pulu cavabdehin əvəzinə İpoteka Fondunun hesabına köçürmüşdür. Faiz əvvəlcə 8%, sonradan 18%-lə hesablanmışdır. Bu faizlər isə İpoteka Fondu tərəfindən müəyyən edilən və müqaviləyə uyğun hesablanan faizlərdir. Faiz məbləğləri ödəniş vaxtında edilmədiyi halda artır. Odur ki, Bank hazırda cavabdehdən həmin ödənilmiş qalıq borc məbləğini və ona hesablanmış faiz borcunu tələb edir. Hazırkı tarixə cərimə hesablanmamışdır. Bank tərəfindən cavabdehlə əlaqə saxlanılsa da cavabdeh Neft Daşlarında işlədiyindən onunla birbaşa əlaqə saxlamaq mümkün olmamış, cavabdehin anası bildirmişdir ki, ipoteka predmeti olan mənzili satıb borcu bağlayacaqlar. Bunun isə nə qədər müddətə baş verəcəyi məlum deyil. Digər tərəfdən, Bank tərəfindən faiz hesablanarkən ümumi borc məbləğinin kifayət qədər yüksək olduğu nəzərə alınaraq 2021-ci ilin aprel-iyun ayları üçün hesablanmış faizlər tələb edilməmişdir. Lakin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərsə Bank iddia tələbinin həcmini faiz borcuna münasibətdə artıracaqdır. Bu isə ümumi borcun 3000 manata yaxın məbləğdə artması deməkdir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" İKB ASC və Cavabdeh arasında bağlanmış 20.11.2018-ci il tarixli, 20-İP-AİF- 1-274-18 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh 300 ay müddətinə, illik 7%-lə 60800 manat məbləğində kredit verilməsi, Borcalan tərəfindən kredit məbləği və ondan istifadə üzrə faizlər, eləcə də müvafiq olaraq hesablanan dəbbə pulunu kredit müqaviləsi üzrə göstərilən qaydada ödəməyi öhdəsinə götürmüşdür. 20-İP-AİF-1-274-18 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmiş, 20.11.2018-ci tarixdən ~429,72 manat məbləğində pul ödənilməsi müəyyən edilmişdir. "xxxx" İKB ASC və Cavabdeh arasında bağlanmış 21.11.2018-ci il tarixli, 20-İP- AİF-1-274-18 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, bağlanmış 20.11.2018-ci il tarixli, 20-İP-AİF-1-274-18 nömrəli ipoteka saxlayanla Borclu arasında bağlanılmış 60800 manat məbləğində əsas kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqaviləyə əsasən daşınmaz əmlakın satış qiyməti 76000 manatdır, mənzilin dəyərinin 15200 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyan tərəfindən, 60800 manat məbləğində olan hissəsi isə Kreditoripoteka saxlayan tərəfindən 20.11.2018-ci il tarixli, 20-İP-AİF-1-274-18 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İpoteka predmeti: ünvan 1. "xxxx" İKB ASC tərəfindən Cavabdeh ünvanlanmış 01.02.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, borc vaxtında ödənilmədiyinə görə ipoteka predmetinə tutma yönəldilməyə başlanılması ilə bağlı borcluya məlumat verilmişdir. "xxxx" İKB ASC tərəfindən Cavabdeh ünvanlanmış 25.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun məbləği barədə məlumat verilərək borc ödənməyəcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərlıq edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş 09.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka 09.03.2021-ci il tarixə 59545,15 manat əsas, kreditin bitmə tarixinə 5960,57 manat faiz borcu vardır. "xxxx" MMC tərəfindən verilmiş 01.07.2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 65000 (altmış beş min) manat, likvid dəyəri isə 55000 (əlli beş min) manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" İKB ASC (İddiaçı ASC) və Cavabdeh arasında bağlanmış 20.11.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin alınması üçün iddiaçı Bank tərəfindən Cavabdeh 300 ay müddətinə, illik 7%-lə məbləğində kredit verilmiş, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, öhdəliyin icrasının təmini məqsədilə Bankla Cavabdeh arasında bağlanılmış ipoteka müqaviləsinə əsasən, tərəflər bu Müqavilə ilə müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Lakin Borcalan Cavabdeh müqavilə üzrə öhdəliyinə əməl etməyərək iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı Banka borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə kredit müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyi lazımınca icra etməmiş, nəticədə iddiaçı Banka borcu yaranmışdır ki, iddiaçı haqlı olaraq müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun ödənilməsinin tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 20.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməyən Cavabdeh 59545.15 manat əsas borc, 5960.57 manat faiz borcu olmaqla, cəmi 65505.72 manat (altmış beş min beş yüz beş manat yetmiş iki qəpik) məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Əlavə olaraq, iddiaçı Bank cavabdehlə aralarında olan kredit müqaviləsinin ləğvini də tələb etmişdir ki, məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bundan başqa, məhkəmə hesab edir ki, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Həmçinin, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, bu vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi (əgər olarsa) cavabdehə qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, tərəflər arasında ipoteka müqaviləsi 2015-ci ildə bağlanmışdır və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 36.1-ci maddəsinə görə isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.3-cü maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Hazırkı işdən görünür ki, kredit müqaviləsində müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbi ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. İpoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş qiymətləndirilmə nəticəsində ipoteka predmeti olan mənzilin həm bazar, həm də likvid qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadında ipoteka predmetinin ilkin satış qiymətininin müəyyən edilməsi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə tövsiyə edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti əmlakın likvid qiymətinə uyğun olaraq 55500 (əlli beş min beş yüz) manat məbləğində müəyyən edilməli, mənzil həmin qiymətlə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə tutulacaq borc həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. İpoteka predmeti olan mənzil satıldıqdan bir ay sonra cavabdehin buradan istifadə hüququnun itirilmiş hesab edilməsi və onun mənzildən çıxarılaraq mənzilin boşaldılması hissəsində məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırkı işdən görünür ki, mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur və bu səbəbdən iddiaçı mənzildə yaşayan şəxsin mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin nəzərə alınmalıdır ki, hərracın nəticələri üzrə alıcının Bank olacağı mütləq olmadığından boşaldılan mənzilin birbaşa Banka təhvil verilməsi müəyyən edilə bilməz. Mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununda ipoteka qoyulmuş əmlakla bağlı istifadə hüququnun itirilməsi birbaşa nəzərdə tutulmadığından məhkəmə bu hissədə iddia tələbini təmin edilməməsi qənaətinə gəlir. Digər tərəfdən, tərəflər arasında ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 59.4-cü maddəsinin tələbinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu, eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da Cavabdeh iddiaçı Bankın xeyrinə tutulmalıdır. Həmçinin, iş materiallarından görünür ki, iş üzrə mənzilin qiymətləndirmə xərci olan 150 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Belə olan halda həmin vəsait də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 59545.15 manat əsas borc, 5960.57 manat faiz borcu olmaqla, cəmi 65505.72 manat (altmış beş min beş yüz beş manat yetmiş iki qəpik) məbləğində pul, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 20.11.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, tutma Cavabdeh mükiyyətində olan ünvan 1 ünvanında yerləşən 60.92 m2 ümumi sahədən ibarət mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 55000 (əlli beş min) manat məbləğində müəyyən edilməklə mənzil həmin qiymətlə açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müvafiq borc həcmində ödəniş edilməli, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi (əgər qalıq olarsa) cavabdehə qaytarılmalı, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan bir ay sonra Cavabdeh mənzildən çıxarılmalı, mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 150 (yüz əlli) manat məbləğində xidmət haqqı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 20.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 59545.15 manat əsas borc, 5960.57 manat faiz borcu olmaqla, cəmi 65505.72 manat (altmış beş min beş yüz beş manat yetmiş iki qəpik) məbləğində pul, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 20.11.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Tutma Cavabdeh mükiyyətində olan ünvan 1 ünvanında yerləşən 60.92 m2 ümumi sahədən ibarət mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 55000 (əlli beş min) manat məbləğində müəyyən edilməklə mənzil həmin qiymətlə açıq hərracdan satılsın. Satışdan əldə edilən vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müvafiq borc həcmində ödəniş edilsin. Satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi (əgər qalıq olarsa) cavabdehə qaytarılsın. Tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan bir ay sonra Cavabdeh mənzildən çıxarılsın, mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 150 (yüz əlli) manat məbləğində xidmət haqqı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2991/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2991/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver