Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2992/2021 19.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh Ağayusif oğlu və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh Ağayusif oğluna qarşı kredit müqaviləsinə görə pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq iddiaçının iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunması barədə vəsatətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ cavabdehlər Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2014-cü il 13 noyabr tarixli kredit müqaviləsi üzrə banka 61.471,44 manat əsas, 50.506,06 manat faiz, 4.143,06 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 116.120,56 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 2014-cü il 13 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “1 saylı” filialından illik 25%-lə 48 ay müddətinə 34.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 30 noyabr 2016-cı il tarixli Əlavə sazişə əsasən kreditin qalıq məbləği (əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 35.668,92 ABŞ dolları Mərkəzi Bankın 30 noyabr 2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 61.771,44 manat təşkil etmişdir və kreditin müddəti 30 noyabr 2026-cı il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzil 2014-cü il 13 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 13 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cti bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il aprelin 07-dək Cavabdeh 2014-cü il 13 noyabr tarixli kredit müqaviləsi üzrə banka 61.471,44 manat əsas, 50.506,06 manat faiz, 4.143,06 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 116.120,56 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat vermiş onun vəkili Vəkil iddia tələbinin əsassız olduğunu və rədd olunmasını xahiş edərək cavabdehin mövqeyini onunla əsaslandırdı ki, tərəflər arasında bağlanan 13.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə olan borc 30.11.2016-cı il tarixdə ABŞ dollarının manata məzənnəsi ilə konvertasiya olunduğu zaman iddiaçı tərəfindən əlavə sazişin 1.3-cü bəndində ilkin müqavilə üzrə 34000 ABŞ dolları olan kreditin 35668,92 ABŞ dolları olduğuqeyd edilmişdir. Nəticədə bank öz xeyrinə məbləği əsassız olaraq artırmışdır. Həmçinin 2016-cı il sazişində öz əksini tapan35668,92 ABŞ dolları məbləğinm harada əmələ gəlməsi, həmin borc məbləğinə hansı halda əsas, hansı həddə faiz, hansı həddə cərimə daxil edildiyi qeyri-müəyyəndir. Belə olan halda iddia tələbinin əsaslığı sübuta yetirilmədiyindən iddia tələbinin əsassız olduğuna görə rədd olunmasını xahiş etmişdir. Cavabdeh Ağayusif oğlu nümayəndə və vəkili ilə razı olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 noyabr 2014-cü il il tarixli İstehlak Kredit Müqaviləsindən görünür ki, kredit verən "xxxx" İKB ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə illik 25 % olmaqla 34.000 (otuz dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.14-cü bəndinə əsasən, gecikdirilmiş borc yaranan halda - hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 %-i həcmində dəbbə pulu hesablanır. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən, Borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.14-cü bəndində nəzərdə tutulmuş miqdarda Banka dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 11.5-ci bəndinə görə borcalan həmin müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30 noyabr 2016-cı il tarixli Əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği (əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 35.668,92 ABŞ dolları Mərkəzi Bankın 30 noyabr 2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 61.771,44 manat təşkil etmişdir və kreditin müddəti 30 noyabr 2026-cı il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, Cavabdeh Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh imza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 30 noyabr 2026-ci il müəyyən olunmuşdur. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Belə ki, iş materiallarında olan 13 noyabr 2014-cü il tarixli 11-G-1-0-1242-14 (İ) saylı İpoteka Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzil ipoteka qoyan Cavabdeh tərəfindən ipoteka saxlayan "xxxx" İKB ASC qarşısında 13 noyabr 2014-cü il il tarixli 11-G-1-0-1242-14 saylı İstehlak kredit müqaviləsi üzrə veriləcək kreditin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin müvafiq qaydada təsdiq olunmuş Çıxarışın görünür ki, Cavabdehnın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzil nömrəli mənzilinə hüququ "xxxx" KB ASC-nin xeyrinə 13 noyabr 2014-cü il tarixli 11-G-1-0-1242-14 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu, 15 noyabr 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 2192 nömrəli reyestr kitabının 203877 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, iş üzrə ipoteka predmeti olan əmlaklara dair ipoteka saxlayan "xxxx" KB ASC-nin tutmanın yönəldilməsi haqqında bildirişi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən tərtib edilmiş 07 aprel 2021-ci il tarixli maliyyə arayışı və hesabdan çıxarış məlumatlarından görünür ki, a görə, Cavabdeh Banka 07 aprel 2021-ci il tarixinə 61471.44 manat əsas, 50506.06 manat faiz, 4143.06 manat cərimə borcu vardır. Beləliklə də, məhkəmə iclasında müəyyən edildi ki, borcalan Cavabdeh 2014-cü il 13 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “1 saylı” filialından illik 25%-lə 48 ay müddətinə 34.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 30 noyabr 2016-cı il tarixli Əlavə sazişə əsasən kreditin qalıq məbləği (əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 35.668,92 ABŞ dolları Mərkəzi Bankın 30 noyabr 2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 61.771,44 manat təşkil etmişdir və kreditin müddəti 30 noyabr 2026-cı il tarixədək uzadılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və borcunu və həmin borca hesablanmış faiz və cərimə borclarını ödəməmiş və bununla da müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2 maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olsa da öhdəliyini lazımınca icra etməmişdir. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin kredit müqaviləsi üzrə əsas və faiz borclarının tələb edilməsi ilə iddia tələbi əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın "4143.06 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh cəmi 50 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, tələbin cavabehə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bur hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə ödənişin yönəldilməsi hüququnun yaraması anı kimi təsbit edilmişdir. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə ödənişin yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Qeyd olunan normalara əsaslanaraq məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi hissədə iddia tələbini əsaslı hesab edir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aşağıdakı nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir. Tərəflər ipoteka müqaviləsi bağladıqları zaman ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə razılığa gələrək ipotekanın predmetinin bazar qiymətini 50000 manat məbləğində qiymətləndirilməsinə etiraz etməmişlər. Bununla belə, məhkəmə araşdırılması zamanı məsələ ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş qiymətləndirmə rəyinin nəticələrinə görə ipoteka predmetinin bazar dəyəri 70000 manat, likvid dəyəri isə 63000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Beləliklə də, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd olunan norması baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh tutulan borc məbləği ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzilinə yönəldilməli və "xxxx" tərəfindən verilmiş rəy nəzərə alınmaqla, ipoteka prdemetlnin ilkin satış qiyməti 63000 manat məbləğində müəyyən edilməlidir. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının “Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzilinə yönəldikdə Cavabdeh və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və o, satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılıb Banka təhvil verilməsi” barədə iddia qismən və yalnız Cavabdeh Ağayusif oğluna münasibətdə əsaslı olduğuna görə təmin edilməlidir və tərəflər arasında 13 noyabr 2014-cu il tarixli kredit müqaviləsinin ləğv olunmalıdır. Bununla bağlı məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində cavabdehlə yanaşı, ipoteka predmetində yaşayan şəxslərin çıxarılmalarını tələb etmiş, lakin həmin şəxslərin konktret kimlərdən ibarət olduğunu göstərməmişdir. Bu isə ona dəlalət edir ki, tələb, cavabdeh isrtisna olmaqla iş üzrə tərəf olmayan qeyrimüəyyən şəxslərə yönəlmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Deməli, işə baxan məhkəmə qəbul etdiyi məhkəmə aktı ilə iş üzrə tərəf olmayan şəxslərin üzərinə hər hansı vəzifə qoya, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmiş və dairəsi qeyrimüəyyən olan şəxslərə yönəlmiş iddia tələbini təmin edə bilməz. İş materiallarından görünür ki, iddiaçı "xxxx" KB ASC ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz)manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 61471.44 manat məbləğində əsas borc, 50506.06 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı olmaqla, cəmi 112097.50 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh tutulmalı olan cəmi 112097.50 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzilinə yönəldilsin və həmin əmlak açıq hərracda satılaraq, iddiaçıya olan borc ödənilsin. İpoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, Atamoğlan Rzayev küçəsində yerləşən, 3 otaqlı, 63.44 kv.m ümumi, 37.04 kv.m yaşayış, 26.4 kv.m yardımçı sahədən ibarət 4 saylı evin 37 saylı mənzilinin ilkin satış qiyməti 63000 manat məbləğində müəyyən edilsin. İpoteka predmenti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın və Cavabdeh əşyaları ilə birlikdə həmin evdən çıxarılsın. Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 13 noyabr 2014-ci il tarixli kredit müqaviləsi ləğv edilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2992/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2992/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver